Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib (FOTOLAR)14 Mart 2017, 16:05 (GMT +4) Bakı, 14 mart, SalamNews, K.Orxan. Bu gün Gənclər və İdman Nazirliyində Bakıda keçirilmiş Böyük Dəbilqə beynəlxalq turnirdə 7 medal qazanan cüdo üzrə Azərbaycan milli komandasının və Hollandiyanın Eindhoven şəhərindəki "Dutch Open” beynəlxalq turnirindən 10 medalla qayıdan taekvondo yığmasının üzvləri ilə görüş keçirilib.
SalamNews xəbər verir ki, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov idmançıları təbrik edib və ona gələcək yarışlarda uğurlar arzulayıb. Bildirib ki, hər iki yığmanın beynəlxalq turnirdə uğurlu çıxışı ölkədə idmana olan qayğının nəticəsidir.
Cüdo üzrə Azərbaycan yığmasının məşqçisi Fərhad Əliyev Azərbaycan idmançılarının Bakıda keçirilmiş Böyük Dəbilqə turnirində uğurlu çıxış etdikərini qeyd edib. O, heyət üzvlərinin İslamiadaya daha səylə hazırlaşacaqlarını söyləyib.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Böyük Dəbilqə turnirini 1 qızıl, 2 gümüş, 4 bürünc medalla başa vurub. Taekvondo yığması isə Hollandiyanın Eindhoven şəhərindəki “Dutch Open” beynəlxalq turnirini 10 medalla başa vurub.
|