Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

V Qlobal Bakı Forumu çərçivəsində Qara dəniz-Baltik dənizi təhlükəsizlik icmasının yaradılması məsələsi müzakirə edilib  

17 Mart 2017, 19:18 (GMT +4)

Bakı, 17 mart, SalamNews. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumu çərçivəsində “Qara dəniz-Baltik dənizi təhlükəsizlik icmasının yaradılması: Fəaliyyət planına doğru” adlı panel iclasında mövzu ətrafında geniş müzakirələr aparılıb.

SalamNews AZƏRTAC-a istinadən xəbər verir ki, iclasın moderatoru – Rusiya Federasiyasının sabiq Dövlət katibi, Baş nazirin müavini Gennadi Burbulis Bakı Forumunun dünyanı düşündürən mühüm məsələləri müzakirə etmək və gələcəyə baxış üçün əlverişli platforma olduğunu deyib. Bildirib ki, Forumda müzakirə edilən mövzular bu gün dünyanın qarşılaşdığı ən mühüm problemləri və baş verən prosesləri əhatə edir.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov qeyd edib ki, Qara dəniz-Baltik dənizi ətrafı ölkələrdə hazırda müəyyən problemlər qarşıya çıxır və bu regionda təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Ona görə də həmin regionda təhlükəsizlik icmasının yaradılması aktualdır və bu prosesdə müəyyən irəliləyişlər müşahidə olunur.

Moldovanın sabiq Prezidenti Petru Luçinski deyib ki, Avropanın müəyyən regionlarında təhlükəsizlik icmalarının yaradılması nəinki qitə ölkələri üçün, ümumilikdə dünyada baş verən proseslər fonunda mühüm əhəmiyyətə malikdir. Çünki bu, çox aktual və vacib məsələdir.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers qeyd edib ki, Bakı Forumunda belə bir məsələnin müzakirəsi təqdirəlayiqdir. Çünki Forumda Qara dəniz-Baltik dənizi regionu ölkələri daha çox təmsil olunur. “Düşünürəm ki, həmin ölkələr regionda təhlükəsizlik icmasının yaradılması və fəaliyyət planının inkişaf etdirilməsi üzrə səylərini artıracaqlar”, – deyə Valdis Zatlers qeyd edib.

Paneldə mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

 

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

08 Aprel 2020, 22:39 (GMT +4)
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri koronavirusa yoluxub

08 Aprel 2020, 21:35 (GMT +4)
Qənirə Paşayeva aztəminatlı ailələr üçün 3000 maska hədiyyə edib

08 Aprel 2020, 19:25 (GMT +4)
Vaxtı bitən şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artırılıb

08 Aprel 2020, 19:05 (GMT +4)
DMX-nın Çağrı Mərkəzinə 22320 zəng daxil olub

08 Aprel 2020, 18:51 (GMT +4)
Jalə Əhmədova: Azərbaycan xalqının bütün uğurlarının təməlində xalq-iqtidar birliyi dayanır

08 Aprel 2020, 18:36 (GMT +4)
Azərbaycanda maskaların pulsuz paylanması gündəmdə deyil

08 Aprel 2020, 18:30 (GMT +4)
“AzerGold” tərəfindən ixrac əməliyyatları həyata keçirilmir

08 Aprel 2020, 18:10 (GMT +4)
Azərbaycanda 1 tibb işçisi koronavirusa yoluxub 

08 Aprel 2020, 18:05 (GMT +4)
TƏBİB: Karantinə riayət etməsələr, ölkə rəhbərinə müraciət edəcəyik

08 Aprel 2020, 18:00 (GMT +4)
Şaban ayının 15-i on ikinci imamın mübarək mövlud günüdür

08 Aprel 2020, 18:00 (GMT +4)
Nazirlik: Sabahın dərs cədvəli açıqlanıb

08 Aprel 2020, 17:59 (GMT +4)
ÜST Belarusun COVID-19 ilə mübarizə üsullarını qiymətləndirəcək

08 Aprel 2020, 17:53 (GMT +4)
Azərbaycanda karantin rejiminin müddəti uzadıla və tədbirlər sərtləşdirilə bilər

08 Aprel 2020, 17:47 (GMT +4)
Koronavirusun aşkarlanması üçün Gəncə və Naxçıvanda laboratoriyalar qurulub

08 Aprel 2020, 17:41 (GMT +4)
Hikmət Hacıyev: Rusiyadan Azərbaycana cənazələrin gətirilməsi təşkil edilib

08 Aprel 2020, 17:38 (GMT +4)
Putin "koronavirus infeksiyası" üzərində qələbə vəd edib

08 Aprel 2020, 17:35 (GMT +4)
“Könüllü donor” kampaniyasına başlanıb

08 Aprel 2020, 17:31 (GMT +4)
UNICEF Azərbaycan COVİD-19-a qarşı mübarizə aparan ailələr üçün praktiki təlimatları açıqlayıb

08 Aprel 2020, 17:20 (GMT +4)
“AccessBank” tender elan edib

08 Aprel 2020, 17:12 (GMT +4)
ÜST Trampın vəsaitin dayandırılmasının mümkünlüyü barədəki fikirlərinə münasibət bildirib

08 Aprel 2020, 17:08 (GMT +4)
Azərbaycanda 822 nəfər koronavirusa yoluxub, 63 nəfər sağalıb, 8 nəfər vəfat edib

08 Aprel 2020, 17:07 (GMT +4)
İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

08 Aprel 2020, 17:04 (GMT +4)
Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb

08 Aprel 2020, 16:57 (GMT +4)
Kreml Putinin böyük çıxışının anonsunu verib

08 Aprel 2020, 16:44 (GMT +4)
Bakıda genişmiqyaslı dezinfeksiya işləri davam etdirilir

08 Aprel 2020, 16:37 (GMT +4)
Misir koronavirusa görə komendant saatı rejiminin müddətini artırıb

08 Aprel 2020, 16:30 (GMT +4)
Dövlət Komitəsi Həcc ziyarətinə getmək istəyənlərə çağırış edib

08 Aprel 2020, 16:10 (GMT +4)
"Twitter" qurucusu COVID-19 ilə mübarizə aparmaq üçün 1 milyard dollar bağışlayıb

08 Aprel 2020, 16:07 (GMT +4)
Gənclərlə iş sahəsində çalışan təlimçilərə müraciət edilib

08 Aprel 2020, 15:57 (GMT +4)
Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı artıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66