Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

Mətbuat Şurası bir neçə sayta xəbərdarlıq edib

04 Aprel 2017, 17:22 (GMT +4)

Bakı, 4 aprel, SalamNews. Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantını açan MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Şuradan SalamNews-a verilən məlumata görə, iclasda müzakirə edilən ilk məsələ Bakı şəhər 20 saylı məktəbin direktor əvəzi Yaqut Məmmədovanın «Rubrika.az» saytına qarşı müraciəti olub. İclasda sözügedən media orqanının rəhbəri Nicat Mahmudovla yanaşı mübahisəli vəziyyətlə bağlı adı çəkilən «pia.az» saytının baş redaktoru Azər Qaramanlı da iştirak edib. Şikayətə səbəb olduğu bildirilən «siam.az» və «anaxeber.az» saytlarının nümayəndələri iclasa qatılmayıblar. Şikayətçi tərəfin nümayəndəsi bildirib ki, «Rubrika.az» saytı məsələ ilə bağlı təkzib versə də, digər saytlar narazılıq doğuran materialı yayımlayıblar.

Araşdırma nəticəsində məlum olub ki, həmin material «pia.az» saytında yayımlanmayıb. «Rubrika.az» saytının rəhbərinin diqqətinə çatdırılıb ki, hər hansı məsələ ilə əlaqədar material hazırlanarkən qarşı tərəfin mövqeyinə aydınlıq gətirilməsi obyektivliyin təmin olunması baxımından vacibdir. Jurnalist bunu mütləq şəkildə nəzərə almalıdır. Əks halda hazırlanmış materialın qərəz məqsədli olduğu barədə fikir formalaşır. Peşə fəaliyyətinə həssas yanaşan, ictimai missiya yerinə yetirməyi qarşısına məqsəd qoyan hər hansı kütləvi informasiya vasitəsi belə şübhələrin yaranmasına əsas verməməlidir. «Rubrika.az» saytının rəhbərliyinə mövcud xüsusda tövsiyələr verilib. Saytın rəhbəri N.Mahmudov iradlarla razılaşıb. Məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməyən «siam.az» və «anaxeber.az» saytları isə müzakirədən yayınmaqla qərəzli mövqedə olduqlarını isbatlayıblar. Hər iki kütləvi informasiya vasitəsinin fəaliyyəti ilə daha ciddi ölçü tədbirinin götürülməsi məqsədəuyğun sayılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin «cumhuriyyet.net» saytına qarşı şikayətinin müzakirəsi zamanı bildirilib ki, sözügedən sayt qarşı tərəfin fikrinə aydınlıq gətirməlidir. Baş redaktor Nəsimi Şərəfxanlı iradı səmimi qəbul edib, təkzib veriləcəyini və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mövqeyinə aydınlıq gətirəcək materialın dərcinə hazır olduğunu diqqətə çatdırıb. Komissiya üzvləri həmçinin şikayətçi dövlət qurumuna mətbuatla işin daha səmərəli aparılması üçün tövsiyələrini veriblər.

Bakı şəhər Badamdar qəsəbə sakini Bəylərova Süsən Xanoğlan qızının «azxeber.com» saytı ilə bağlı müraciəti zamanı komissiya üzvləri cavabdeh sayta material təqdim edərkən diqqətli olmağı, qarşı tərəfin mövqeyinə aydınlıq gətirməyi tövsiyə ediblər. Saytın təmsilçisi Hacıbəy Heydərli yanlışlığın tez bir zamanda aradan qaldırılacağını, təkzib veriləcəyini və qarşı tərəfin mövqeyinə aydınlıq gətiriləcəyini vurğulayıb.

Xəzər rayonu 26 saylı BŞX-nin təsərrüfat müdiri Adışirinov Nemət Fikrət oğlunun «Daryaz.az» saytı ilə bağlı şikayətinə gəlincə, komissiya üzvləri bildiriblər ki, cavabdeh media orqanının tənqid obyektinə münasibətdə tutduğu mövqe yanlışdır. O, təkzib verməli, qarşı tərəfin mövqeyinə aydınlıq gətirməlidir. Oxşar hallar təkrarlanacağı təqdirdə sayt barədə daha ciddi ictimai qınaq tədbiri seçiləcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mətbuat Şurasının sədri Fuad Abbasovla görüşüb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub

Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

Mətbuat Şurası təhqir olunan jurnalistin müdafiəsi ilə bağlı çağırış edib 

Mətbuat Şurası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Azərbaycan Mətbuat Şurası KİV-ə müraciət edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Azərbaycan Mətbuat Şurası Gürcüstan parlamentinə müraciət ünvanlayıb

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurası Baş Prokurorluğa və Ukraynanın Azərbaycandakı Səfirliyinə müraciət edib

Veteran jurnalistə Mətbuat Şurasının diplomu təqdim edilib

Dövlət Gömrük Komitəsi və Mətbuat Şurası birgə yazı müsabiqəsi təşkil edir  gedib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurası Ramil Usubova müraciət edib

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası olub

Mətbuat Şurasının sədri KİV-lərə təşəkkür edib

21 Noyabr 2019, 13:30 (GMT +4)
Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir

21 Noyabr 2019, 13:22 (GMT +4)
Cavid Qurbanov gənc kadrları işlə təmin edib

21 Noyabr 2019, 13:10 (GMT +4)
Hollandiya Fələstinə verdiyi yardımları dayandırıb

21 Noyabr 2019, 13:00 (GMT +4)
Azərbaycanda bələdiyyə sədri həbs edilib

21 Noyabr 2019, 12:55 (GMT +4)
“Azərenerji”: SES-lərdə tezliyin tənzimlənməsi avtomatik olacaq

21 Noyabr 2019, 12:38 (GMT +4)
Rusiya hərbi polisi ABŞ-ın Suriyadakı keçmiş bazasını tutub

21 Noyabr 2019, 12:25 (GMT +4)
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

21 Noyabr 2019, 12:21 (GMT +4)
İsrail qüvvələri İordan çayının qərbində 8 fələstinlini həbs edib

21 Noyabr 2019, 12:20 (GMT +4)
ESET: Azərbaycan şirkətlərinin 37%-i informasiya təhlükəsizliyi üçün büdcəyə sahib deyil

21 Noyabr 2019, 12:11 (GMT +4)
Tramp Konqresi "ifritə ovuna" son qoymağa çağırıb

21 Noyabr 2019, 12:08 (GMT +4)
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb

21 Noyabr 2019, 11:58 (GMT +4)
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi vəfat edib

21 Noyabr 2019, 11:45 (GMT +4)
Etirazçılar İraq-Küveyt sərhəd keçidini bağlayıblar

21 Noyabr 2019, 11:40 (GMT +4)
Jurnalistikada təhsil alan tələbələr üçün müsabiqə elan edilib

21 Noyabr 2019, 11:25 (GMT +4)
Demokratlar Baydenin oğlunun impiçment dinləmələrinə çağrılmasına qadağa qoyub

21 Noyabr 2019, 11:20 (GMT +4)
Əfqan Abdullayev Təhsil Nazirliyində yeni vəzifəyə təyin edilib

21 Noyabr 2019, 11:11 (GMT +4)
Suriyanın şimalında ordu və qruplaşmalar yenidən qarşılıqlı hücuma keçiblər, 20 ölü var

21 Noyabr 2019, 11:10 (GMT +4)
“Nar” abunəçilərini arzuolunmaz mesajlardan və avtomatik qoşulmalardan qoruyur

21 Noyabr 2019, 10:52 (GMT +4)
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşləri keçirilib

21 Noyabr 2019, 10:50 (GMT +4)
Siciliyada partlayış nəticəsində azı dörd nəfər ölüb

21 Noyabr 2019, 10:36 (GMT +4)
Beş Avropa dövləti ABŞ-ın Fələstində salınan yəhudi massivlərilə bağlı mövqeyini tənqid edib

21 Noyabr 2019, 10:33 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

21 Noyabr 2019, 10:17 (GMT +4)
Zelenskinin təyyarəsinin mühərriyində problem yaranıb

21 Noyabr 2019, 09:58 (GMT +4)
İsraildə hökumətin təşkili növbəti dəfə uğursuz alınıb

21 Noyabr 2019, 09:48 (GMT +4)
Zelenski: Rusiya tərəfindən göndərilən gəmilərdə avadanlıq çatışmır

21 Noyabr 2019, 09:37 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

21 Noyabr 2019, 09:25 (GMT +4)
Sepah İranın 4 əyalətində İğtişaşlara rəhbərlik edənlərin saxlanıldığını bildirib

21 Noyabr 2019, 09:14 (GMT +4)
ABŞ-ın AB-dəki daimi nümayəndəsi Trampın günahsız olduğunu sübut edib

21 Noyabr 2019, 09:01 (GMT +4)
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27 ili tamam olur

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66