Turistlərin Azərbaycana cəlb edilməsi üçün əlimizdən gələni edirik - Nigar Arpadarai05 Aprel 2017, 13:05 (GMT +4) Bakı, 5 aprel, SalamNews, K.Orxan. Bu il ölkəmizdə keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisinə maraq ötən illə müqayisədə daha çoxdur. Həm yerli həm də xarici vətəndaşlar yarışa öz maraq göstərir.
SalamNews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.
O deyib ki, Bakı Şəhər Halqası olaraq xarici turistlərin Azərbaycana cəlb edilməsi üçün əlimizdən gələni edirik. Aparılan təbliğat kampaniyası sayəsində inanırıq ki, bu ölkımizdə gələcək turistlərin sayı daha da artacaq.
N.Arpadarai qeyd edib ki, hazırda pit-binasında tikinti işləri tam sürətlə aparılır. Bununla yanaşı, Bakı şəhər halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işləri görülür. Trekin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində baryerlər quraşdırılıb.
Qeyd edək ki, bu gün “Bakı Şəhər Halqası” tərəfindən media nümayəndələri üçün press-tur keçirilib. Jurnalistlərə paytaxt Bakıda aparılan işlərlər bağlı ətraflı məlumat verilib. BŞH-nin Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Batçer jurnalistlərlə deyib ki, hazırda tikinti işlərinin 80 faizi yerli şərkətlər tərəfindən həyata keçirilir. Əsas məqsəd də budur ki, gələcəkdə də yerli şirkətlər bu işlərdə daha fəal olmalıdır. Trekin asfalt işləri və təhlükəsiz baryerlər yerli şirkətlər tərəfindən həyata keçirilir. Pit binasının tikintisinə 4 yerli şirkət cəlb olunub. Tribunaları da yerli şirkət quraşdırır. İnşaat işlərində yerli kadrların hazırlanmasına xüsusi önəm verilir.

|