Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Binəqədidə gənclər hərbi xidmətə yola salınıb 

06 Aprel 2017, 09:19 (GMT +4)

Bakı, 6 aprel, SalamNews. Azərbaycan Respublikası vətəndaşlarının 2017-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında “Azərbaycan Prezidentinin 10 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq, Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında rayon gənclərinin müddətli həqiqi hərbi xidmətə yolasalınma mərasimi keçirilib.

SalamNews-un məlumatına görə, yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə İbad İbrahimov, Böyük Vətən Müharibəsi iştirakçıları, Milli qəhrəman Mirzə Quliyev, aprel şəhidlərinin valideynləri, Biləcəri qəsəbə I məhəllə məscidinin axundu Musa İbrahimov, QHT sədrləri, hərbi xidmətə yola salınan gənclər, məktəblilər iştirak ediblər.

İlk öncə yolasalınma mərasimi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Binəqədi rayonun şəhidləri Emin Bağırov və Fəxrəddin Qurbanlının məzarlarını ziyarət etməklə başlayıbdır. Şəhidin məzarını ziyarət edən gənclər onun timsalında vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın əmri ilə azad edəcəklərinə inandıqlarını bildiriblər.

Hərbi xidmətə yola salınacaq gənclər daha sonra Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” Parkına yola düşdülər. Parkın ətrafında gəncləri vətənimizə, dövlətimizə yüksək əhval-ruhiyyə ilə xidmət etmələrinə mənəvi dəstək olmaq üçün rayon ictimaiyyəti toplaşıb. Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə gül dəstələri qoyulub. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov tədbiri açıq elan etdikdən sonra Dövlət Himni ilə səsləndirilib.

Çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədr müavini Cahangir Qocayev, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, general-mayor Məmmədhüseyn Sarıyev, Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, aprel şəhidləri Fəxrəddin Qurbanlı və Emin Bağırovun valideynləri hərbi xidmətə yola düşən gənclərimizə vətənin keşiyində durmağı, lazım gələrsə vətən torpağının azadlığı uğrundan canlarından belə keçməyə hazır olmağı tövsiyə ediblər. Natiqlər çıxışlarında bildiriblər ki, vətənin maddi və mənəvi sərvətlərini qorumaq, iqtisadi qüdrətinin yüksəlməsinə nail olmaq, həmişə mübariz əhval-ruhiyyədə olmaq lazımdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə-obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətindən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə vətəni sevməklə ölçülmür.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib, xalq artisti Mübariz Tağıyevin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, 179 və 182 saylı tam orta məkətbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunda kompazisiyalar nümayiş edilib.

Tədbirin bədii hissəsi bitdikdən sonra gənclər Azərbaycan Bayrağını öpüb Qurani-Kərimin altından keçərək Böyük Vətən Müharibəsi veteranlarından xeyir-dua alıb hərbi xidmətə yollanıblar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb

“ASAN könüllüləri” Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçir

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri ilə görüş keçirilib

“ASAN könüllüləri”nin növbəti qrupu Bakının Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçir

Binəqədi rayon İcra Hakimiyyəti ötən ilin hesabatını verib

Binəqədi Rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılmasının vəziyyəti müzakirə olunub

"ASAN könüllüləri" Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçir

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66