Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Sovetski ərazisindəki “Hacı Cavad” məscidi də söküləcək (FOTO)

12 Aprel 2017, 17:27 (GMT +4)

Bakı, 12 aprel, SalamNews. Bir neçə gündür sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən Sovetski ərazisindəki “Hacı Cavad” məscidinin sökülmə qərarına etiraz olaraq şəhər sakinlərinin bir qrupu ibadət ocağının yerləşdiyi əraziyə toplaşıb. Ərazidə həmçinin çoxsaylı polis əməkdaşlarını, rəsmi qurumların nümayəndələri gəlib.

SalamNews xəbər verir ki, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında hər hansı bir məscidin sökülməsinin tərəfdarı olmadığını bildirib.

O, həmçinin qeyd edib ki, Hacı Cavad məscidi Qafqaz Müsəlmanlar İdarəsinin qeydiyyatında deyil. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da gündəmdəki məsələyə münasibət bildirib. Komitə sədri deyib ki, həmin məscidlər heç bir qeydiyyatda deyil, köhnə olduğu üçün yararsız hala düşüb. Ərazidə bütün köhnə tikililər sökülür, o cümlədən də orada iş aparılır.

Həmin ərazinin ətrafında 4 böyük məscid var və necə lazımdırsa fəaliyyət göstərir, insanlar ibadətlərini edirlər. Bu səbəbdən oradakı sakinlərin heç bir narazılığı yoxdur, əksinə məqbul sayırlar. Orada yaşayan insanlarla söhbət aparmışıq, lazım gələrsə, başqa yerdə eyni məhəllə məscidinin tikiləcəyi nəzərdə tutulur. Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin KİV-ə verdiyi məlumata görə, hal-hazırda məscidin söküntüsü müvəqqəti dayandırılıb. Bu qərar sakinlərlə danışıqdan sonra verilib. İbrahim Mehdiyev deyib ki, sözü gedən məscid plana düşdüyündən, onsuz da söküləcək. Sadəcə, yaxın vaxtlarda həmin məscidin köçürüləcəyi ərazi açıqlanacaq.

Qeyd edək ki, Bakının Sovetski ərazisində yerləşən “Hacı Əbdülrəhimbəy Qulubəyov” məscidi artıq sökülüb, “Hacı Cavad” məscidinin isə sökülməsi nəzərdə tutulur.

Onu da bildirək ki, hər iki məscid qədim yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində qeydiyyatdadır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Yanvar 2019, 18:42 (GMT +4)
Azərbaycanda ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Qərargah yaradılıb

15 Yanvar 2019, 18:21 (GMT +4)
“ASAN Xidmət”in səlahiyyətləri daha da artırılıb

15 Yanvar 2019, 18:13 (GMT +4)
Azərbaycanın Yaponiyadakı səfiri geri çağırılıb

15 Yanvar 2019, 18:02 (GMT +4)
ÜGT-nin Baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyətilə tanış olub

15 Yanvar 2019, 17:52 (GMT +4)
Bakcell sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb

15 Yanvar 2019, 17:43 (GMT +4)
Moskva məhkəməsi səkkiz Ukrayna dənizçisinin həbs müddətini uzadıb 

15 Yanvar 2019, 17:39 (GMT +4)
Ticarətin asanlaşdırılması mövzusunda seminar keçirilir

15 Yanvar 2019, 17:28 (GMT +4)
Elmar Məmmədyarov Minsk qrupunun həmsədrləri ilə görüşüb

15 Yanvar 2019, 17:24 (GMT +4)
Daha bir ərəb lideri Dəməşqə rəsmi səfərə hazırlaşır

15 Yanvar 2019, 17:22 (GMT +4)
“Azərenerji” ASC kadr məsələsi ilə bağlı daha bir yenilik edib

15 Yanvar 2019, 17:15 (GMT +4)
Hava şəraiti ilə əlaqədar 1700-dən çox neftçi təxliyyə ediləcək

15 Yanvar 2019, 17:12 (GMT +4)
Rusiyada dollarlardan imtina tendensiyası davam edir - Medvedev

15 Yanvar 2019, 17:07 (GMT +4)
Ekologiya və təbii sərvətlər naziri Biləsuvarda vətəndaşlarla görüşəcək

15 Yanvar 2019, 16:56 (GMT +4)
Dövlət Dəniz Agentliyi hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq edib

15 Yanvar 2019, 16:47 (GMT +4)
DİM “ASAN ödəniş” sisteminə inteqrasiya edilib

15 Yanvar 2019, 16:33 (GMT +4)
AzTV-nin rəhbəri vəzifəsindən azad edilib

15 Yanvar 2019, 16:31 (GMT +4)
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir

15 Yanvar 2019, 16:28 (GMT +4)
Ermənistanda "donuz qripi"ndən daha bir nəfər ölüb

15 Yanvar 2019, 16:27 (GMT +4)
Ərəb dövlətləri ilə əlaqələrimiz misilsiz dərəcədə möhkəmlənib – İsrail baş naziri

15 Yanvar 2019, 16:12 (GMT +4)
Bəzi dövlət orqanlarının ləğvi ilə əlaqədar müsahibələr keçirilməyəcək

15 Yanvar 2019, 16:03 (GMT +4)
ƏƏSMN-nin 700-ə yaxın əməkdaşı barəsində intizam tənbeh tədbirləri tətbiq edilib

15 Yanvar 2019, 15:52 (GMT +4)
İngiltərə Parlamenti "Brexit" üzrə razılaşmanı nəzərdən keçirəcək

15 Yanvar 2019, 15:39 (GMT +4)
Nazir Ramin Quluzadə Xızı şəhərində vətəndaşlarla görüşəcək

15 Yanvar 2019, 15:34 (GMT +4)
Haşd-Şabi ABŞ Ordusunun İraqda kəşfiyyat əməliyyatının qarşısını aldığını bildirib

15 Yanvar 2019, 15:30 (GMT +4)
Təhsil Nazirliyi köçürülmək istəyən tələbələrə müraciət edib

15 Yanvar 2019, 15:21 (GMT +4)
Nazirlik: Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı təmin edəcək

15 Yanvar 2019, 15:14 (GMT +4)
Ərdoğan və Putin yanvarın 23-də təkbətək görüş keçirəcək

15 Yanvar 2019, 15:00 (GMT +4)
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

15 Yanvar 2019, 14:57 (GMT +4)
İran qonşu ölkələrə ixrac etdiyi neft-kimya məhsulları ilə bağlı təminat verib

15 Yanvar 2019, 14:48 (GMT +4)
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gələcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66