Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

Azərbaycanın dünyaya tanıdılmasında Formula 1 bizə çox böyük dəstək oldu - Nigar Arpadarai (MÜSAHİBƏ)

14 Aprel 2017, 14:20 (GMT +4)

Bakı, 14 aprel, SalamNews, K.Orxan. Bakı Şəhər Halqasının (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai paytaxta görülən son işlərlə, biletlərin satışıyla, jurnalistlər üçün keçiriləcək təlimlə, o cümlədən yarışı izləyəcək vətəndaşlarla bağlı SalamNews-a geniş müsahibə verib.

- Formula 1 yarışına hazırlıq işlərilə bağlı hazırda son vəziyyət necədi?

- İlk öncə onu qeyd edim ki, yarışa çox az vaxt qalıb. Biz çalışırıq ki, başladığımız bütün işləri yekunlaşdıraq, Bakı trasını hazır vəziyyətə gətirək. Ümumilikdə isə bizim işlərimiz ötən ilin sentyabr ayından başlayıb. Ötən ilin dekabr, noyabr aylarından hədəf seçdiyimiz ölkələrdə təbliğat işləri aparılır. Çoxsaylı tədbirlər, kampaniyala, fanatların toplaşdığı yerlərdə xüsusi aksiyalar keçirilir. Bununla yanaşı bizim könüllülərin, marşalların qeydiyyatı bu aylar ərzidnə aparılır və onların hamısı qrup halında təlimlərə başlayıb. Digər tərəfdən Pit binasında dayanacaqlar olan hissədə tikinti işləri aparılır. Tras boyu təhlükəsizlik baryerləri qurulmağa başlayıb. Hazırda da işlər öz sürəti ilə davam edir.

- Sevindirici haldır ki, Filarmoniya tribunasında bütün yerlər tamamilə satılıb. Bu barədə fikilərinizi bilmək istərdik.

- Builki yarışa maraq çox artıb. Ötən il yarışa başladığımız zaman biz gözləyirdik ki, gələn il yarışa maraq çox olacaq, biletlər daha da çox satılacaq. Çünki, bilirdik ki, Bakı canlı yayımda göstəriləndən sonra, insanlar Qran Prini görəndən sonra daha çox maraq olacaq. Belə də oldu. Hazırda biletlərin 66 faizi xarici ölkələrə satılıb. Biletlərin satış xəritəsinə baxsaq, orada 48 ölkədən bilet alındığının şahidi olarıq. Bu rəqəm isə daima artır. Azərbaycan vətəndaşları da yarışa böyük maraq göstərirlər. Bu da bizi çox sevindirir.

- Jurnalistlərin akkreditasiyası ilə bağlı son məlumat necədi ?

- BŞH-ə 100-ə yaxın media qurumdan jurnalist yarışda akkreditasiya üçün müraciət edib. Jurnalistlərimiz görürlər ki, aylar keçdikcə biz onlarla daha da sıx əməkdaşlıq edirik. Bu aylar ərzində jurnalistlər üçün bir neçə təlimlər keçirilib. Ən böyük təlimimiz isə yanvar ayında oldu. İki gün ərzində beynəlxalq təlimçi Dan Mason və Formula-1 yarışının şərhçisi Aleksey Popov media nümayəndələrinə "Formula-1" yarışına hazırlıqla bağlı, o cümlədən bu sahədə olan yeniliklərlə bağlı ətraflı məlumat verdilər. 

Aprel ayının sonunda yerli jurnalistlərimiz üçün daha bir təlimimiz olacaq. Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində “Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirəcəyik. Bu günlər ərzində çalışacağıq ki, media nümayəndələrini Forumula 1 dünyasına gətirək ki, onlar da reqlamenti, qaydaları bilsinlər. Bildiyiniz kimi bu yarış elə də asan bir idman növü deyil. Orada kifayət qədər kompleks məsələlər var. Onu anlamaq üçün bir müddət izləmək lazımdır. Jurnalist ilk növbədə trekdə nə baş verdiyini dərindən bilməlidir. 

- BŞH operativ olaraq mətbuata yollarda aparılan işlərlə bağlı məlumat verir. Ümumiyyətlə yarış zamanı nəqliyyatın hərəkəti necə tənzimlənəcək?

- Qarşıdakı günlərdə biz paytaxt sakinlərinə də bildirəcəyik ki, Niyazi küçəsində olan qəmbər daşlar asfalt qatı ilə yenilənəcək. Keçən il də vəd etdiyimiz kimi, 6 km-lik asfalt ərazisi olduğu kimi qalır. Sadəcə olaraq Niyazi küçəsində asfalt salınacaq. Yarış bitdikdən sonra isə həmin küçə olduğu kimi öz vəziyyətinə qaytarılacaq. Bu barədə də ictimaiyyətə məlumat veriləcək.

- FİA nümayəndələri yola baxış keçirmək üçün Bakıya gələcəklər?

- Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinqin başçılıq etdiyi nümayəndə heyəti yarışdan əvvəl trekdə görülən hazırlıq işlərini yoxlamaq üçün Bakıya gələcək. Ç.Vaytinq yolların vəziyyətinə qiymət verdikdən sonra yarış açıq hesab olunacaq.

- Siz xarici ölkələrdə mütamadi olursunuz. Hansısa ölkədə bizim şəhər trasının bənzəri varmı?

- Bildiyiniz kimi yarışlar dünyanın 20 ölkəsində keçirilir. Hər bir Qran Prinin trasının öz özəlliyi var. Bizim Bakı trassı isə çox gözəl, unikaldır. Həmçinin bu şəhər trasıdır. Şəhər trassı Monoko, Sinqapurda var. Bizim trassı bəziləri Monokoya, həmçinin Sinqapura bənzədirlər. Lakin mən hesab edirəm ki, bizim çox özəl və unikal trasımız var. Çünki, bu trass vasitəsi ilə köhnə Bakını göstərə bilirik. Trass boyu Qoşa Qala, İçərişəhər, Qızqalası var. Həmçinin yeni tikiliilərimiz də var ki, bu da öz-özlüyündə Bakı trasının unikal olmasının göstəricisidir.

- Artıq Azərbaycan idman ölkəsi kimi tanınır. Nə zamansa Azərbaycanda yarışların şəhər trasında deyil, stasionar trasda keçirilməsi planlaşdırılırmı?

- Bu sualı mən yox, aidiyyatı dövlət qurumları cavablandırmalıdır. İndiki mərhələdə bizdə olan cavab budur ki, hələ ki, şəhər trası olacaq. Əsas məqsədimiz ölkənin turizm potensialına bir töhfə verməkdir. Bunun üçün biz turistləri Bakıya dəvət edib, paytaxtın gözəlliyini onlara göstərməliyik. Lakin avto idmana maraq daha da artarsa, ola bilər ki, dövlət tərəfindən belə bir qərar qəbul edilsin ki, şəhərdən kənarda bir tras tikilsin.

- Hansı dünya şöhrətli idmançıların bu yarışlarda iştirak edəcəyi gözlənilir?

- Ötən il bütün Qran Prilərdə iştirak edən pilotların hamısı bu ildə də Bakı yarışına qatılacaqlar. Bilet alan insanların avtoqraf sessiyalarına qoşulmalarına xüsusi imkan yaradılacaq. Bu həm də pilotlarla ünsiyyət deməkdir. Bu baxımdan hər şey plana uyğun aparılır.

- Bileti alıb yarışı izləyəcək vətəndaşlarımıza nələri tövisyyə edərdiniz?

- Hər şeydən öncə onu bildirmək istəyirəm ki, Formula 1 yarışı doğurdanda böyük bir tədbirdi. Biz keçən il də gördük ki, bu yarış keçirildikdən sonra dünya mediasında Azərbaycanın, Bakının tanıdılması üçün bu yarış bizə çox böyük dəstək oldu. Biz bunu bilet satışından, ölkəyə gələn turistlərin sayının çoxalmasından da görürük. Dövlətin keçirdiyi tədbirlərin sırasında Formua 1 yarışının olması əminik ki, uğurlu bir nəticəyə gətirib çıxardacaq.

Digər tərəfdən bilet alan insanları əmin edirik ki, onlar üçün çox maraqlı bir proqram hazırlanıb. Belə ki, bilet alan insanlar həm gəlib yarışı izləyə biləcəklər, həmçinin 2 km-lik bulvar ərazisində çox saylı əyləncələrə pulsuz qatıla biləcəklər. Həmçinin 3 dünya ulduzunun konsert proqramın da iştirak edə biləcəklər. Biz hələ ki, dünya ulduzlarının adlarını bəlli etmirik. Amma əminik ki, adlar açıqlandıqdan sonra bizim bilet satışımız daha da artacaq.

Üzümu vətəndaşlara tutub deyərdim ki, indidən bilet almağa tələssinlər. Artıq Filarmoniya tribunasına bütün yerlər satılıb. Digər tribunalarda satışlar yaxşı gedir. Ümid edirik ki, xaricilərlə yanaşı, ölkə vətəndaşlarımız da bu yarışı izləyəcəklər. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Virtual Formula 1 Azərbaycan Qran-Prisi təşkil olunacaq

Formula 1 Azərbaycan Qran-Prisinin könüllüləri “Könüllü qonşu” aksiyasına qoşulublar

BŞH: Formula 1 üçün indiyədək alınmış biletlər keçərli sayılır 

Formula 1 Azərbaycan Grand Prisi təxirə salına bilər

Formula 1 Azərbaycan Qran-Prisinə media akreditasiya bu gün başa çatır

Formula 1 Azərbaycan Qran-Prisinə yerli media nümayəndələrinin akkreditasiyası davam edir

Formula 1-in rəhbəri Azərbaycan Qran-Prisinin könüllüləri və marşalları ilə görüşüb

Nazir: Turizm baxımından "Formula 1" üzrə Azərbaycan Qran-prisinin faydaları var

Formula 1 yarışları indiyədək Azərbaycana 500 milyon dollardan çox gəlir gətirib

Formula 1 Azərbaycan Qran-Prisinin dəqiq cədvəli açıqlanıb

İlham Əliyev: "Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir"

Formula 1 Azərbaycan Qran Prisi 2020 üçün marşalların qəbuluna başlanıb

Hamilton Formula 1 üzrə dünya çempionatının cari mövsümünü qələbə ilə başa vurub

Formula 1: Müsabiqədə qalib gələn jurnalist Barselonaya göndəriləcək

Formula 1 və “EURO 2020” tədbirləri ilə bağlı işçi qrupu yaradılıb

Formula 1 yarışlarını işıqlandıran jurnalistlər üçün ingilis dili kursları keçiriləcək

"Formula 1": Azərbaycan Qran-prisinin biletləri bu gün satışa çıxarılacaq

Formula 1 gəlirli olmasa, “Mercedes” layihəni tərk edəcək

Formula 1 və Mayami yürüşün keçirilməsi barədə prinsipial razılıq əldə ediblər

Formula 1: “Ferrari” rəsmi adını dəyişib

30 May 2020, 17:44 (GMT +4)
Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub, 3 nəfər vəfat edib

30 May 2020, 17:00 (GMT +4)
Azərbaycan nefti bahalaşıb

30 May 2020, 16:50 (GMT +4)
Bakıda iki marşrutun hərəkət istiqaməti dəyişdiriləcək

30 May 2020, 16:43 (GMT +4)
Moskvada sərnişin təyyarəsi hava limanına enişdən sonra alovlanıb

30 May 2020, 16:41 (GMT +4)
“Fəvvarələr meydanı”nda fleşmob keçirənlər saxlanılıb

30 May 2020, 16:30 (GMT +4)
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb

30 May 2020, 16:24 (GMT +4)
Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

30 May 2020, 16:20 (GMT +4)
"Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub

30 May 2020, 16:10 (GMT +4)
Bakıda daha bir marşrut xətti “BakuBus”un ixtiyarına verilib

30 May 2020, 16:01 (GMT +4)
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib

30 May 2020, 15:49 (GMT +4)
Özbəkistanda karantin rejimi iyunun 15-dək uzadılıb

30 May 2020, 15:44 (GMT +4)
Bakıda istixanada narkotik bitkiləri əkib-becərən şəxs saxlanılıb

30 May 2020, 15:30 (GMT +4)
Milli Məclisin son iclasının gündəliyinə dəyişiklik edilib

30 May 2020, 15:21 (GMT +4)
Baydenin fikrincə ABŞ polisinin iş prinsipləri dəyişdirilməlidir

30 May 2020, 15:10 (GMT +4)
DİN: AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib

30 May 2020, 14:54 (GMT +4)
Rusiyada son sutka ərzində daha 8 952 nəfər koronavirusa yoluxub

30 May 2020, 14:30 (GMT +4)
Tibbi maskalardan istifadə edilməməsinə görə cərimələr müəyyənləşib

30 May 2020, 14:17 (GMT +4)
Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

30 May 2020, 14:15 (GMT +4)
DGK: "Samur" postundan keçən yük avtomobillərinin sayı artıb

30 May 2020, 14:01 (GMT +4)
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı artıb

30 May 2020, 13:40 (GMT +4)
Moskvada daha 3599 nəfər koronavirusdan sağalıb

30 May 2020, 13:30 (GMT +4)
Sabah Milli Məclisin plenar iclası keçiriləcək

30 May 2020, 13:22 (GMT +4)
Almaniyada koronavirusdan təxminən 8,5 min nəfər ölüb

30 May 2020, 13:20 (GMT +4)
Dahi satirik şair Mirzə Ələkbər Sabirin doğum tarixidir

30 May 2020, 13:15 (GMT +4)
Su hovuzunda və yaşadığı evdə narkotik becərənlər saxlanılıb

30 May 2020, 13:04 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanib

30 May 2020, 12:45 (GMT +4)
Zaxarova ABŞ-ın ÜST-lə bağlı qərarına münasibət bildirib

30 May 2020, 12:45 (GMT +4)
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq

30 May 2020, 12:25 (GMT +4)
Zakir Həsənov Azərbaycan Ordusunun rəhbər heyəti ilə xidməti müşavirə keçirib

30 May 2020, 12:15 (GMT +4)
Ləki-Qəbələ dəmir yolu xəttində tikinti işlərinin 70 faizi tamamlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66