Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Muğam Mərkəzində aprel döyüşlərində iştirak etmiş zabitlər gənclərlə görüşüblər (FOTOLAR)

18 Aprel 2017, 15:50 (GMT +4)

Bakı, 18 aprel, SalamNews. Beynəlxalq Muğam Mərkəzində aprel döyüşlərində iştirak etmiş yüksək rütbəli zabitlərin gənclər təşkilatlarının nümayəndələri ilə görüşü keçirilib. Görüşü Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Müdafiə Nazirliyi və Beynəlxalq Muğam Mərkəzi ilə birgə təşkil edib.

SalamNews xəbər verir ki, əvvəlcə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev aprel döyüşlərinin önəmindən danışıb, bu qələbənin Azərbaycan əsgərində, eləcə də xalqımızda, gənclərdə böyük ruh yüksəkliyi yaratdığını vurğulayıb.

Fərhad Hacıyev fondun fəaliyyət göstərdiyi 5 ildə vətənpərvərlik haqqında 463 layihəni maliyyələşdirildiyini bildirib, həmçinin qurumun cari və gələcək fəaliyyətində vətənpərvərlik mövzusunda layihələrə xüsusi önəm veriləcəyini deyib.

Sonra aprel döyüşlərinin iştirakçıları – polkovnik-leytenant Vüqar Abduləzimov, polkovnik-leytenant Xəqani Cəfərov, polkovnik-leytenant Elmar Zeynalabdinov və leytenant Səbuhi Mehdizadə Azərbaycan Ordusunun aprel zəfərindən danışıb, gənclərin çoxsaylı suallarını cavablandırıblar.

Zabitlər düşmənin Azərbaycan əsgərinin qarşısında durmaq gücündə olmadığını, aprel döyüşlərinin də bunu sübut etdiyini deyiblər. Bildirilib ki, aprel döyüşlərində erməni əsgərlərinin silahlarını ataraq qaçmaları bunu bir daha göstərdi. Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Ordumuzun həm şəxsi heyətinin döyüş hazırlığı, həm ruh-yüksəkliyi, həm də hərbi-texniki təchizatı yüksək səviyyədədir. Silahlı Qüvvələrimiz ən müasir silahlarla təchiz olunur. Aprel döyüşlərində onların yalnız kiçik bir qismindən istifadə edildi. Əgər düşmən torpaqlarımızdan öz xoşuna çıxmasa, Azərbaycan əsgəri ona daha neçə-neçə aprel məğlubiyyəti yaşadacaq.

Qeyd olunub ki, ötən ilin aprelində erməni təxribatının qarşısını qəhrəmanlıqla alan silahlı qüvvələrimiz əks-hücuma keçərək minlərlə hektar Azərbaycan torpağını, bir neçə strateji yüksəkliyi, o cümlədən Talış və Lələtəpəni düşmən tapdağından azad ediblər. Talış yüksəkliyinin azad olunması nəticəsində Goranboyun Tapqaraqoyunlu kəndinə təhlükə yaradan düşmən təxribatlarının qarşısı alınmış oldu.

Qəhrəman zabitlər bildiriblər ki, ötən ilin aprelində Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində digər strateji yüksəkliyin - Lələtəpənin düşməndən azad edilməsi Cəbrayıl rayonunun işğalda olmayan yeganə kəndi - Cocuq Mərcanlı üçün təhlükəni aradan qaldırdı. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.

Qeyd olunub ki, Azərbaycan əsgəri qələbə ruhuna köklənib, mənfur düşməni torpaqlarımızdan qovub-çıxarmaq əzmindədir və bunun üçün Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir.

Görüşdə aprel döyüşlərinə həsr olunmuş film nümayiş olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Məktəblinin dostu" təhsil sahəsindəki ən uğurlu layihələrdəndir - Fərhad Hacıyev

Fərhad Hacıyev: Əgər biz varıqsa, bu ölkə varsa, Heydər Əliyev də olacaq

Fərhad Hacıyev: İnanıram ki, ulu öndərimizin irsi bundan sonra da yaşayacaq

Fərhad Hacıyev 2-ci Avropa Oyunlarına həsr olunmuş görüşdə iştirak edib

Fərhad Hacıyev: Gənclər Fondu Azərbaycanın gələcəyi və gənclər üçün açılmış bir səhifədir

İntiqam Babayev və Fərhad Hacıyev Gənclər üçün Təhsil Mərkəzinin Gəncədəki ofisində olublar

Azərbaycan öz gəncliyini yetişdirməyə qadir dövlətdir - Fərhad Hacıyev

Fərhad Hacıyev: "Azərbaycanda gənclər siyasəti dövlətin prioritet sahələrindən biridir"

Fərhad Hacıyev İƏT-ə üzv ölkələrin konfransında iştirak edir

Gənclərin ideyalarının reallaşması işinə böyük önəm veririk - Fərhad Hacıyev

Növbəti ildən ipoteka kreditlərinin faiz dərəcəsi aşağı salınacaq - Fərhad Hacıyev

Fərhad Hacıyev: "Gənclərin radikal dini təşkilatlara qoşulmasının qarşısını almaq üçün layihələrə maliyyə vəsaiti ayrılacaq"

17 İyul 2019, 19:57 (GMT +4)
“Azercell”: Məlumatlar həqiqəti əks etdirmir

17 İyul 2019, 18:04 (GMT +4)
Gələn il AMEA 75 yaşını qeyd edəcək

17 İyul 2019, 17:56 (GMT +4)
İlin I yarısında BTC ilə 16 mln. tona yaxın neft nəql edilib

17 İyul 2019, 17:52 (GMT +4)
İsrail Qüdsün əhalisinin etnik tərkibini dəyişdirməyə çalışır - Çavuşoğlu

17 İyul 2019, 17:43 (GMT +4)
SalamNews Azərbaycan İlahiyat İnstitutu tərəfindən təltif edilib (FOTOLAR)

17 İyul 2019, 17:33 (GMT +4)
Türkiyə XİN Ərbildə baş verən hücumla bağlı bəyanat yayıb

17 İyul 2019, 17:27 (GMT +4)
Şurada onlayn konsultativ xidmətin ilk təqdimatı keçirilib

17 İyul 2019, 17:25 (GMT +4)
ABŞ yeni Səddamlara silah satışını dayandırmalıdır - Cavad Zərif

17 İyul 2019, 17:17 (GMT +4)
Ağdaşda qanunsuz fəaliyyət göstərən limonad sexi aşkarlanıb (FOTOLAR)

17 İyul 2019, 17:09 (GMT +4)
“AMEA-nın professoru” adına seçki keçirilib

17 İyul 2019, 17:02 (GMT +4)
İraqda türk diplomatlara hücumla bağlı təfərrüatlar açıqlanıb 

17 İyul 2019, 16:59 (GMT +4)
Azərbaycanda biznes üçün yeni İcra və Kommunikasiya planları hazırlanıb

17 İyul 2019, 16:48 (GMT +4)
Azərbaycanda sosial şəbəkələrin fəaliyyətində problem yaranıb

17 İyul 2019, 16:39 (GMT +4)
Xaçmaz və Ucarın qaz təchizatında fasilə yaranıb

17 İyul 2019, 16:30 (GMT +4)
Suriya Ordusu Ən-Nusraya qarşılıq vermək üçün şimala əlavə qüvvələr göndərib

17 İyul 2019, 16:29 (GMT +4)
"CinemaPlus"da “Super Yay” aksiyasına start verilib

17 İyul 2019, 16:24 (GMT +4)
ETSN-də arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib

17 İyul 2019, 16:18 (GMT +4)
Ərbildə baş verən partlayışda azı 3 türk diplomat həyatını itirib - Reuters

17 İyul 2019, 16:14 (GMT +4)
Cari il ərzində Gəncədə Təlim-Tədris Mərkəzi istifadəyə veriləcək

17 İyul 2019, 16:10 (GMT +4)
Lavrov: Rusiya ABŞ-ın İdlib ətrafında vəziyyəti gərginləşdirmək cəhdlərindən narahatdır

17 İyul 2019, 16:02 (GMT +4)
Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək

17 İyul 2019, 15:52 (GMT +4)
Livanda fələstinlilərin düşərgələrində etiraz və aksiyalar davam edir (VİDEO)

17 İyul 2019, 15:50 (GMT +4)
Baş prokuror Zakir Qaralov Şabranda sakinləri qəbul edəcək

17 İyul 2019, 15:41 (GMT +4)
ABŞ Myanmar ordusunun bir sıra generallarına qarşı sanksiyalar tətbiq edib

17 İyul 2019, 15:32 (GMT +4)
Azərbaycan əhalisinin sayı açıqlanıb

17 İyul 2019, 15:24 (GMT +4)
AQTA: “Rusiyadan 118 ton kənd təsərrüfatı məhsulunun geri qaytarılmasına dair xəbərlər yanlışdır”

17 İyul 2019, 15:12 (GMT +4)
AQTA sədri: “Azərbaycanda model sallaqxanalar yaradılacaq”

17 İyul 2019, 15:03 (GMT +4)
Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub

17 İyul 2019, 15:02 (GMT +4)
Səudiyyə Yeni Zenlandiya terroru qurbanlarının yaxınlarından 200-ə həcc ziyarəti hədiyyə edib

17 İyul 2019, 14:53 (GMT +4)
Bakıda "Meyvəli" bazarda kütləvi zəhərlənmə olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12