Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

BDU-da "Fizikaya müasir baxış" adlı beynəlxalq konfrans keçirilib

20 Aprel 2017, 13:35 (GMT +4)

Baki, 20 aprel, SalamNews. Bakı Dövlət Universitetində (BDU) “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən SalamNews-a verilən məlumata görə, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransın plenar iclasını BDU-nun rektoru, akademik Abel Məhərrəmov açaraq onun işinə uğurlar arzulayıb. Bildirib ki, respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdiyi konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim ediləcək.

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı, professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhathi də çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.

Sonra konfrans işini Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Biologi və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində davam etdirib. İki gün davam edəcək konfransda 130-dək məruzə dinləniləcək.

Qeyd edək ki, konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması da nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

18 Yanvar 2019, 14:40 (GMT +4)
"Azərişıq": Ölkədə elektrik enerjisinin verilməsində ciddi problem yaranmayıb

18 Yanvar 2019, 14:31 (GMT +4)
AQTA-da 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 14:22 (GMT +4)
“Nar”-ın “Full” paketlərindən istifadə edən abunəçilərin  sayı sürətlə artır

18 Yanvar 2019, 14:15 (GMT +4)
Mövlud Çavuşoğlu ABŞ-a səfər edəcək

18 Yanvar 2019, 14:03 (GMT +4)
Gömrük Komitəsinə 2018-ci ildə 2,5 milyon elektron müraciət daxil olub

18 Yanvar 2019, 14:00 (GMT +4)
“AtaSığorta” iri sığorta ödənişləri həyata keçirib

18 Yanvar 2019, 13:59 (GMT +4)
OPEC tədbirlərinin Bakıda keçirilmə vaxtı dəqiqləşib

18 Yanvar 2019, 13:54 (GMT +4)
Türkiyə İdlib razılaşmasının pozulmasına imkan verməyəcək - Türkiyə XİN

18 Yanvar 2019, 13:42 (GMT +4)
Avropa dövlətləri ABŞ-ın İrana qarşı Polşa konfransına qatılmaq istəmir - KİV

18 Yanvar 2019, 13:31 (GMT +4)
Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır

18 Yanvar 2019, 13:23 (GMT +4)
Energetika Nazirliyində 20 Yanvar faciəsinin 29-cu ildönümü anılıb

18 Yanvar 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 13:08 (GMT +4)
Əfqanıstanda qar uçqunu nəticəsində 8 nəfər ölüb 

18 Yanvar 2019, 12:53 (GMT +4)
Türkiyə Kolumbiyada baş vermiş terror aktını pisləyib

18 Yanvar 2019, 12:39 (GMT +4)
Qayda pozan sürücülərin avtomobilləri duracağa aparılacaq

18 Yanvar 2019, 12:33 (GMT +4)
Nazirlik: Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılmayacaq

18 Yanvar 2019, 12:20 (GMT +4)
Polad Bülbüloğlu: Biz Dağlıq Qarabağla bağlı vəziyyətdə Moskvanın köməyinə ümid edirik

18 Yanvar 2019, 12:20 (GMT +4)
DİN: Ötən gün 33 nəfər saxlanılıb

18 Yanvar 2019, 12:07 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

18 Yanvar 2019, 11:59 (GMT +4)
Nazir Azad Rəhimov Abşeronda vətəndaşlarla görüşüb (FOTO)

18 Yanvar 2019, 11:55 (GMT +4)
İlk dəfə olaraq İsrailin təhlükəsizlik şurasının sədri Səudiyyə üzərindən Hindistana gedib

18 Yanvar 2019, 11:51 (GMT +4)
Dövlət Reklam Agentliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

18 Yanvar 2019, 11:43 (GMT +4)
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq

18 Yanvar 2019, 11:39 (GMT +4)
DSMF tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

18 Yanvar 2019, 11:33 (GMT +4)
Suriya Ordusu hücuma keçmək istəyən kamikadzeləri məhv edib (VİDEO)

18 Yanvar 2019, 11:24 (GMT +4)
Rusiyada iki “Su-34” qırıcı təyyarəsi toqquşub

18 Yanvar 2019, 11:10 (GMT +4)
İŞİD Maqnitoqorskdakı partlayışa görə məsuliyyəti üzərinə götürüb

18 Yanvar 2019, 10:59 (GMT +4)
İntensiv aksiyalardan sonra Sudan hökuməti məvacibləri qaldırıb

18 Yanvar 2019, 10:58 (GMT +4)
Tramp ABŞ nümayəndə heyətinin Davosa səfərini ləğv edib

18 Yanvar 2019, 10:46 (GMT +4)
Azərenerji : Yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində qəza halı baş verməyib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66