Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakının Binəqədi rayonunda hesabat yığıncağı keçirilib

21 Aprel 2017, 10:56 (GMT +4)

Bakı, 21 aprel, SalamNews. Binəqədi rayonunda 2017-ci ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb. O, bu ilin ilk üç ayı ərzində rayonununun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən də danışıb. Bildirib  ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə davam edir.

Hesabat məruzəsi ətrafında çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər Binəqədi rayonu ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərinin tərkib hissəsi kimi, rayonun mikrorayonlarında və qəsəbələrində yeni parklar, xiyabanlar, yaşayış məntəqələrində nümunəvi məhəllələr salınmış, park və məhəllələrdə fəvvarələr, şəlalələr çoxsaylı müasir oturacaqlar, uşaq idman-oyuncaq elementləri, quraşdırılmış, yol kənarlarında və nümunəvi məhəllələrdə milli ornamentləri özündə əks etdirən landşaft memarlığına uyğun çəmən örtüyü salınmış, həmin çəmənliklərdə müasir dekorativ və ekzotik ağac növləri əkilib.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2017-ci ilin I rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər davam etdirilməkdədir.

Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış  edənlər Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyəti Biləcəri Stansiyasının rəisi Məmmədov Elçin, Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Azər Məmmədov rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışıblar və qarşıda duran vəzifələri müzakirə etdilər. Sonra Şura iclasının qərar layihəsi oxunub.

İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışmış, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğulayıb. Natiq bildirib ki, biz də öz növbəmizdə cənab Prezidentin tapşırıqlarına və tövsiyələrinə əsasən Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsini qarşımıza məqsəd qoyuruq.

İclasın sonunda Rayonun ictimai-siyasi və sosial-iqtisadi  həyatında fərqlənən bir qrup şəxslər təltif edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

06 Dekabr 2019, 13:36 (GMT +4)
Qərb, İsrail və bir sıra ərəb dövlətləri Türkiyə-Liviya razılaşmasından narahatdır

06 Dekabr 2019, 13:34 (GMT +4)
Tramp: ABŞ Səudiyyə Ərəbistanına 12 min əsgər göndərmək niyyətində deyil

06 Dekabr 2019, 13:26 (GMT +4)
Məşhur yazıçı bu dəfə buzlaqlar ölkəsində (FOTOLAR)

06 Dekabr 2019, 13:22 (GMT +4)
Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar

06 Dekabr 2019, 13:05 (GMT +4)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

06 Dekabr 2019, 13:01 (GMT +4)
Trampa impiçment elan edilməlidir - Blumberq

06 Dekabr 2019, 12:57 (GMT +4)
Azərbaycan ilə İrlandiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub

06 Dekabr 2019, 12:37 (GMT +4)
“Kapital Bank” yenilənən “Cəlilabad” filialını istifadəyə verib

06 Dekabr 2019, 12:32 (GMT +4)
Prezident Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olub

06 Dekabr 2019, 12:29 (GMT +4)
Hərbçilərimizi İraqdan çıxarmağa niyyətində deyilik - ABŞ

06 Dekabr 2019, 12:28 (GMT +4)
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib

06 Dekabr 2019, 12:20 (GMT +4)
Tramp Rusiya nümayəndələrinə vizaların verilməməsi problemi ilə məşğul olacağına söz verib

06 Dekabr 2019, 12:03 (GMT +4)
ABŞ İranın iki həbsxanasına sanksiya tətbiq edir

06 Dekabr 2019, 11:58 (GMT +4)
“Qala Sığorta” və “Qala Həyat” rabitə işçiləri üçün xüsusi kampaniya keçirir

06 Dekabr 2019, 11:52 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” QSC-də Dünya Bankının missiyası ilə müzakirələr aparılıb

06 Dekabr 2019, 11:47 (GMT +4)
İlin sonunadək “Yaşıl dəhliz”lə 7 milyard dollarlıq ticarət əməliyyatlarının aparılması proqnozlaşdırılır

06 Dekabr 2019, 11:45 (GMT +4)
Fransadakı nümayişlərdə təxminən 1,5 milyon insan iştirak edir

06 Dekabr 2019, 11:35 (GMT +4)
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir

06 Dekabr 2019, 11:22 (GMT +4)
"İslam terrorizmi" anlayışı mövcud deyil - Ərdoğan

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66