Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Tanınmış yazıçı Natəvan Dəmirçioğlunun yaradıcılıq gecəsi keçirilib (FOTOLAR)

28 Aprel 2017, 08:59 (GMT +4)

Bakı, 28 aprel, SalamNews. Tanınmış yazıçı, publisist, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Beynəlxalq Radiosunun şöbə müdiri, Bakı Dövlət Universitetinin müəllimi və jurnalistika üzrə ekspert Natəvan Dəmirçioğlunun İncəsənət Gimnaziyasında yaradıcılıq gecəsi keçirilib.

SalamNews xəbər verir ki, xanım yazarın oxucularına, gənc nəslə daha yaxından tanıdılması məqsədilə keçirilən tədbirdə tanınmış ziyalılar və mədəniyyət xadimləri, N.Dəmirçioğlunun qələm dostları, tələbələri və jurnalistlər iştirak edib. Milli Məclisin Mədəniyyət Komissiyasının sədr müavini Jalə Əliyeva, Bakı Dövlət Universitetinin professoru İfrat Əliyeva, Xalq Artisti Eldost Bayram, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, Universitet YAP Qadınlar Şurasının sədri, dosent Salatın Əhmədli və digər qonaqlar yazarın sevincini bölüşüb. Tədbirin daha da maraqlı alınmasında əvəzsiz rol oynayan gimnaziyanın istedadlı şagirdləri N.Dəmirçioğlunun əsərlərindən səhnəciklər göstərib, şeirlər, musiqi nömrələri səsləndiriblər.

Yaradıcılıq gecəsində maraqla qarşılanan məqamlardan biri də N.Dəmirçioğlunun ibtidai sinif müəlliməsi, Qazax rayonundan təşrif buyuran Şərqiyə müəllimənin çıxışı olub. Tanınmış yazarın ömür yolunun uşaqlıq illərindən xatirələrini bölüşən Şərqiyə müəllimə onun istedadı, nizam-intizamı, ədəbiyyata olan marağından fəxrlə danışıb.

Tədbirdə çıxış edən mədəniyyət nümayəndələrinin də vurğuladığı kimi 90-cı illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi Natəvan Dəmirçioğlunun imzasını ədəbi mühitdə, elmi camiədə çox yaxşı tanıyırlar. Görüş ədibin məktəblilərə daha yaxından tanıdılması məqsədini daşımaqla bərabər, məktəblilərin bədii ədəbiyyata, söz sənətimizə marağını artırmaq, onları mütaliəyə yaxınlaşdırmaqda əvəzsiz rol oynayıb.

Tədbirin sonunda şagirdlər Natəvan xanıma suallarını ünvanlayıb.

Qeyd edək ki, Natəvan Dəmirçioğlu Azərbaycan ədəbiyyatına çox sayda şair və yazıçılar, ədəbiyyat xadimləri bəxş etmiş Qazax rayonunda anadan olub. Natəvan Dəmirçioğlunun bədii əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub, Rusiyada, Ukraynada, Türkiyədə, Amerikada nəşr olunub. Onun əsərləri haqqında Azərbaycan, Moskva və Qazaxıstan mətbuatında müxtəlif resenziyalar çap olunub. 2006-cı ildə ”Qılınc və Qələm” ədəbi mükafatına layiq görülüb, 2010-cu ildə "İlin qadın yazıçısı” elan edilib. O, 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin imzası ilə və 2010-cu illərdə prezident İlham Əliyevin fərmanı ilə prezident təqaüdünə layiq görülüb. Natəvan Dəmirçioğlu "Açar” romanının, "Üç nöqtə", "Səbət", "Yetim" povestlərinin, "Dözüm”,"Avey əfsanəsi", "Kəlağayı" və sair hekayələrin, yüzlərlə bədii-publisistik, elmi məqalələrin müəllifidir.

2014-cü ildə Azərbaycanlı yazıçı Natəvan Dəmirçioğlunun "Yetim” əsəri Türkiyədə "Ölmədən öncə okumanız gərəkən 1001 kitab” seryasından "İlin ən yaxşı 50 romanı" siyahısında nəşr


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Natəvan Dəmirçioğlunun Zərifə Əliyeva ilə bağlı məruzəsi böyük maraqla qarşılanıb

Müsahibə götürən jurnalist müsahibdir, müstəntiq deyil - iddialılıq yolverilməzdir - Natəvan Dəmirçioğlu

20 Yanvar 2019, 00:01 (GMT +4)
Bu gün Azərbaycanda 20 Yanvar - Ümumxalq Hüzn Günüdür

19 Yanvar 2019, 18:47 (GMT +4)
BŞBPİ Bakıda keçirilmiş mitinqlə bağlı məlumat yayıb

19 Yanvar 2019, 18:39 (GMT +4)
Bakıda müxalifətin mitinqi keçirilib

19 Yanvar 2019, 17:00 (GMT +4)
Ümumxalq hüzn günü münasibəti ilə qanvermə aksiyası keçirilib

19 Yanvar 2019, 16:52 (GMT +4)
“ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb

19 Yanvar 2019, 16:47 (GMT +4)
Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

19 Yanvar 2019, 16:40 (GMT +4)
Son sutka ərzində  1,5 mindən çox qaçqın Suriyaya dönüb

19 Yanvar 2019, 16:33 (GMT +4)
Bakı Dövlət Universitetində 20 Yanvar qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 16:28 (GMT +4)
MirHəsən Seyidov: 20 yanvar ümumxalq mübarizəsi əsasında müstəqilliyimiz möhkəmləndi

19 Yanvar 2019, 16:22 (GMT +4)
Mixail Qusmana Rusiya Dövlət Dumasının mükafatı təqdim edilib

19 Yanvar 2019, 16:15 (GMT +4)
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

19 Yanvar 2019, 15:57 (GMT +4)
Qüdsdə 800 fələstinli ailə evlərindən çıxarılmaq təhlükəsi ilə üzləşib – BMT qurumu

19 Yanvar 2019, 15:44 (GMT +4)
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb

19 Yanvar 2019, 15:32 (GMT +4)
BMT ATƏT MQ-nin Qarabağ münaqişəsinin həllinə dair səylərini dəstəkləməyə hazır olduğunu bəyan edib

19 Yanvar 2019, 15:30 (GMT +4)
Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

19 Yanvar 2019, 15:22 (GMT +4)
Zimbabve Prezidenti “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub (FOTO)

19 Yanvar 2019, 15:20 (GMT +4)
Türkiyə ilə ABŞ arasındakı ticarət dövriyyəsi artmaqda davam edir 

19 Yanvar 2019, 15:15 (GMT +4)
Bakıya gətiriləcək 18 metrlik avtobuslar geniş prospektlərdə istifadə olunacaq

19 Yanvar 2019, 15:01 (GMT +4)
Hindistanda 20 Yanvar qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 14:47 (GMT +4)
Penitensiar Xidmətin baş idarəsində əməliyyat müşavirəsi keçirilib

19 Yanvar 2019, 14:44 (GMT +4)
Ərəb Dövlətləri Liqası zirvə toplantısının yeganə dövlət başçısı məlum olub

19 Yanvar 2019, 14:38 (GMT +4)
ASCO 20 Yanvar faciəsinə həsr olunan sənədli film hazırlayıb (VİDEO)

19 Yanvar 2019, 14:35 (GMT +4)
Tramp: Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək

19 Yanvar 2019, 14:32 (GMT +4)
Rusiya yeni raket və peyk əleyhinə müdafiə sistemini uğurla sınaqdan keçirib - CNBC

19 Yanvar 2019, 14:30 (GMT +4)
Gömrükçülər narkotik vasitə aşkarlayıb

19 Yanvar 2019, 14:22 (GMT +4)
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq

19 Yanvar 2019, 14:10 (GMT +4)
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında görüş keçirilib

19 Yanvar 2019, 14:05 (GMT +4)
Əfqanıstanda silahı yerə qoyan Hikmətyar prezidentliyə namizədliyini irəli sürüb

19 Yanvar 2019, 13:56 (GMT +4)
Dövlət Təhlükəsizliyi Xidmətində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19 Yanvar 2019, 13:48 (GMT +4)
KİV: MKİ Kaşıkçı cinayəti ilə bağlı məlumatları ictimaiyyətə açıqlamalıdır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66