Mobil versiya RU AZ
_




QAFQAZ » DİN

Gürcüstanda 30-a yaxın QHT islamın məzhəblərə parçalanmasına etiraz olaraq bəyanat yayıb

02 May 2017, 09:32 (GMT +4)

Bakı, 2 may, SalamNews. Gürcüstanda 30-a yaxın QHT müsəlman icmasının məzhəblərə görə parçalanmasına etiraz bəyanatı yayıblar .

SalamNews-un məlumatına görə, görə, bəyanatda deyilir:

"Çox təssüfverici haldır ki, ölkədə dini zəmində qarşıya çıxan narahatedici bir məqamdan dolayı Gürcüstanda fəaliyyət göstərən 30-a yaxın Azərbaycanlı Qeyri Hökümət Təşkilatları birgə etiraz bəyanatı bildirmək məcburiyyətində qaldılar.

Buna səbəb bu günlərdə “Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (ÜGMADİ)” adlı bir təşkilatın sədri Mir Təqi Əsədovun ölkə müsəlmanları adından çıxış edərək Konistitusiya Məhkəməsinə müraciət edib qardaş Şiə və Sünnü müsəlmanların bir dini idarədə olmalarını yanlış və diskriminasiya halı hesab etdikləri oldu. Əhalinin fikrini nəzərə almadan xristian icmalarını nümunə göstərərək dövlətin müsəlmanları Pravaslav və Katolik kimi ayrı iki İdarədə (Şiə idarəsi və Sünnü İdarəsi) tanımasını tələb edirlər.

QHT sədrləri Gürcüstanın Baş naziri cənab Qiorqi Kvirikaşviliyə, Gürcüstan Konistitusiya Məhkəməsinin sədri cənab Zaza Tavadzeyə, Gürcüstan Parlamentinin sədri cənab İrakli Kobaxidzeyə, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri cənab Zaza Vaşakmadzeyə, Gürcüstan Xalq Müdafiəçisi (Ombudsman) cənab Uça Nanuaşviliyə müraciət unvanlayaraq Azərbaycanlı müsəlmanları heç bir əsasları olmadan parçalama məqsədi daşıyan fikri əsassız və yersiz hesab etdiklərini qeyd etdilər. Müraciətdə bildirilir ki, “tarix boyu Gürcüstanda və bütün qafqazda iki məzhəb bir idarədə İslamın əsas prinsiplərində birləşərək bir-birinin fərqli etiqad və ehkamına hörmət və sayqı nümayiş etdirib birgə fəaliyyət göstəriblər. Dünyaya örnək olan bu tarixi ənənəni pozmaq istəyində olanlar həqiqətdə Azərbaycanlı müsəlmanları parçalamaq, bir millət olan Gürcüstan vətəndaşını iki hissəyə bölmək və gələcəkdə onları qarşı-qarşı qoymaq niyyətindədirlər. Qeyd etmək istəyirik ki, bu qərəzdi fikiri həm din xadimləri həm də ki, hər iki məzhəbə mənsub azərbaycanlı müsəlman əhali qətiyyətlə pisləyir, müsəlman kütlənin fikrini nəzərə almadan onların adından belə çirkin addımı də ictimaiyyətə qarşı ciddi hörmətsizlik və siyasi təxribat hesab edirlər.

Bu gün dünyada böyük din alimləri birliyə, həmrəyliyə səslədiyi bir zamanda təəsüflə ara-sıra bəzi ölkələrdə məzhəb savaşı çıxaranların da şahidi oluruq. Biz həmin qarşıdurmaları pisləyən bir xalq olaraq bu sahədə keçimişmizdən örnək alıb barış, qardaşlıq və birlik ənənəsini yaşatmalıyıq. Həmin fərqli düşünən qardaşlara da dini fəliyyətlərində uğurlar diləyir bir olmağa, birgə olmağa və birlik ənənəsini qorumağa dəvət edirik”


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

25 İyun 2019, 18:06 (GMT +4)
Gömrük Akademiyası Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi ilə əməkdaşlığı genişləndirir

25 İyun 2019, 18:00 (GMT +4)
İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb

25 İyun 2019, 17:54 (GMT +4)
BŞİH: Çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur

25 İyun 2019, 17:51 (GMT +4)
Birinci vitse-prezident görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib

25 İyun 2019, 17:47 (GMT +4)
Tehran nüvə silahı əldə etməyə can atmır - İran XİN rəhbəri

25 İyun 2019, 17:25 (GMT +4)
“Nar” 4G istifadəçilərinin sayı700 minə çatıb

25 İyun 2019, 17:20 (GMT +4)
Ermənistanın keçmiş prezident Robert Koçaryan həbs edilib

25 İyun 2019, 17:13 (GMT +4)
Səfir Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir

25 İyun 2019, 17:07 (GMT +4)
İlahiyyat İnstitutunda Qarabağ qazisi Kamil Musəvi ilə görüş təşkil olunub

25 İyun 2019, 16:53 (GMT +4)
Nazirlik: Temperaturun yüksəlməsi təhlükəli hadisələrin artması ilə səciyyələnir

25 İyun 2019, 16:46 (GMT +4)
NRYTN rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib

25 İyun 2019, 16:42 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri yerlərdə vətəndaşları qəbul ediblər

25 İyun 2019, 16:42 (GMT +4)
İqtidar partiyasının lideri Talakvadze Gürcüstan parlamentinin yeni spikeri seçilib

25 İyun 2019, 16:17 (GMT +4)
S-400-ün tədarükü iyulda başlayacaq - Ərdoğan

25 İyun 2019, 16:09 (GMT +4)
İmişlidə 50 min əhalinin istifadə etdiyi yol yenidən qurulur  

25 İyun 2019, 15:59 (GMT +4)
"Minsk 2019": Azərbaycan cüdoçuları çıxışlarını başa vurublar

25 İyun 2019, 15:48 (GMT +4)
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır

25 İyun 2019, 15:48 (GMT +4)
Ukrayna nümayəndə heyəti AŞPA-nın toplantı zalını tərk edib

25 İyun 2019, 15:41 (GMT +4)
Külli miqdarda narkotik vasitə aşkar edilib 

25 İyun 2019, 15:34 (GMT +4)
Prezident İlham Əliyev Ramil Usubovu qəbul edib

25 İyun 2019, 15:27 (GMT +4)
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil olunacaq

25 İyun 2019, 15:18 (GMT +4)
Prezident İlham Əliyev Şirməmməd Hüseynovun vəfatı ilə bağlı nekroloq imzalayıb

25 İyun 2019, 15:08 (GMT +4)
Nəsimiyə həsr olunmuş sənədli filmin regionlarda və paytaxtda təqdimatı keçiriləcək

25 İyun 2019, 15:03 (GMT +4)
Şagird yerdəyişməsi elektronlaşdırılır

25 İyun 2019, 14:54 (GMT +4)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur

25 İyun 2019, 14:45 (GMT +4)
Zelenski AŞPA-nın Rusiya ilə bağlı qərarını məyusluqla qarşılayıb  

25 İyun 2019, 14:30 (GMT +4)
Bakıda mənzildən 30 min manatlıq qızıl oğurlanıb

25 İyun 2019, 14:23 (GMT +4)
Müdafiə naziri Silahlı Qüvvələr günü ərəfəsində xidməti müşavirə keçirib

25 İyun 2019, 14:21 (GMT +4)
Cin XİN: ABŞ-ın birtərəfli sanksiyaları əks təsir göstərir

25 İyun 2019, 14:17 (GMT +4)
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12