Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Şuşanın işğal ildönümü ilə bağlı bəyanat yayıb

08 May 2017, 09:13 (GMT +4)

Bakı, 8 may, SalamNews. Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

İctimai Birlikdən SalamNews-a daxil olan bəyanatda bildirilir ki, son iki yüz ildə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırım, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törədiblər. XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olmuş Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox əhali öz doğma torpağından məcburən köçkün düşmüş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 min nəfər müxtəlif dərəcəli xəsarət alaraq əlil olub, 5 min nəfərdən çox insan isə əsir və itkin düşüb. Eyni zamanda, bu dövrdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən, ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər dinc insan həlak olub və 1705 nəfər yaralanıb.

XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsidir. Dinc insanlara qarşı törədilən vəhşiliklər bütün beynəlxalq normalara zidd olmaqla yanaşı, bəşəriyyətə qarşı törədilən amansız cinayətlərdir. Çox təəssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunub.

Bu cinayətlərin içərisində 25 il bundan əvvəl - 1992-ci il mayın 8-də Azərbaycanın tarixi mədəniyyət məkanı olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ölkəmizin mədəni irsinə vurulmuş ağır zərbədir. Bu işğal zamanı Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali öz doğma torpağından didərgin salınıb.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Azərbaycan tarixində mühüm yer tutan, canlı təbiət muzeyi və abidələr şəhəri olan Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya və turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb.

Bütün bunlarla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidələr də erməni vandalları tərəfindən dağıdılıb, məbədgah və məscidlər təhqirlərə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, tarzən Sadıqcanın evləri, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və s. tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilib və dağıdılıb.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid erməni hərbi birləşmələri tərəfindən tamamilə yerlə-yeksan olunub. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilib, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılıb.

Ermənistan Respublikası tərəfindən Azərbaycanın ərazi bütövlüyünün pozulması, dünya mədəniyyətinin nümunələri sayılan memarlıq abidələrinin dağıdılması və mənimsənilməsi, insan hüquqlarının, o cümlədən mədəni hüquqların kütləvi şəkildə, kobudcasına pozulması beynəlxalq hüquq normalarına və prinsiplərinə tamamilə ziddir. Azərbaycanın tarixi və mədəniyyət, eyni zamanda, dini abidələrinin vəhşicəsinə dağıdılması və qəsdən məhv edilməsi “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına, eləcə də “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasına zidd olsa da, beynəlxalq birlik bu cinayətlərin qarşısının alınmasında qəti mövqe göstərmir, bu vandalizmə ikili standartlarla yanaşır.

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən artıq, o cümlədən Şuşa şəhərinin sayı 33 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini dəstəkləməyə çağırır.

Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunana qədər “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də mədəniyyət mərkəzi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin yüzilliklər boyu yaşadığı Şuşa şəhərində Azərbaycanın tarixi, memarlıq və dini abidələrin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.

Biz humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin.

Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluğunun başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır. Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinə təcavüzə məruz qalaraq oradan qovulmuş 80 mindən çox azərbaycanlının doğma torpaqlarına qayıtmasından sonra mümkündür.

Bu səbəbdən, münaqişənin nizama salınması prosesində Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.





Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Şuşanın Baş planının detalları açıqlanıb

Azərbaycanın diaspor nümayəndələri Şuşaya yola düşüb

Cavid Qurbanov: Şuşa istiqamətində dəmir yolunun layihələndirməsi aparılır

Ayətullah Xameneinin nümayəndəsi: “Şuşada namaz qılmaq arzum idi”

Yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tunellərin inşası başlayıb

Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub, cavab atəşi açılıb

MN: Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub

Azərbaycandakı dini konfessiya rəhbərləri Şuşaya səfər ediblər

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Şuşaya səfərə gedir

Xarici diplomatlar Şuşada Cıdır düzündə olublar

Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin Füzuli və Şuşaya səfəri başlayıb

Şuşada döyüş sursatları aşkar edilib

Prezident: “Müharibədə qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb”

Putin: Heç kim Dağlıq Qarabağdakı böhranın dərinləşməsində maraqlı deyil

Ankarada Azərbaycan Evi və Şuşa Konfrans Mərkəzi açılıb (FOTO)

Prezident: Dağlıq Qarabağ münaqişəsi həll olunub, bununla bağlı danışıqlar aparası heç nə yoxdur

“Şuşanın azad olunmasına görə” medalı 20 polkovnik, 57 polkovnik-leytenanta verilib

Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Putin: Rusiyanın həlledici töhvəsi Dağlıq Qarabağdakı münaqişəni dayandırdı 

Nazir: “Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini daha üst səviyyəyə qaldıracaq”

31 İyul 2021, 17:00 (GMT +4)
Bu gün Bakıda 546 küçə dezinfeksiya edilib

31 İyul 2021, 16:45 (GMT +4)
Bakıda iki avtomobil toqquşub, ölən var

31 İyul 2021, 16:40 (GMT +4)
Gürcüstanda son sutkada COVID-19-a yoluxanların sayı 3 mindən çox olub

31 İyul 2021, 16:35 (GMT +4)
“Şahdəniz”dən hasil edilən 98 mlrd kubmetr qaz ixrac edilib

31 İyul 2021, 16:24 (GMT +4)
İranda Qədir-Xum bayramı münasibətilə minlərlə məhbus əfv edilib

31 İyul 2021, 16:23 (GMT +4)
Prezident Ərdoğan meşə yanğınınlarının baş verdiyi bölgələri ziyarət edəcək 

31 İyul 2021, 16:15 (GMT +4)
“Müzəffər Sərkərdə, yenilməz Ordu” adlı vətənpərvərlik tədbiri keçirilib (FOTO)

31 İyul 2021, 16:00 (GMT +4)
Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub

31 İyul 2021, 15:50 (GMT +4)
AÇG və “Şahdəniz”dən 567 mln tondan çox neft hasil edilib

31 İyul 2021, 15:43 (GMT +4)
Bayden Kuba hökumətinə qarşı yeni sanksiyalar vəd edib

31 İyul 2021, 15:40 (GMT +4)
Azərbaycan Ordusunun əsgəri şəhid olub

31 İyul 2021, 15:30 (GMT +4)
FHN-də yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

31 İyul 2021, 15:27 (GMT +4)
Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 246-ya çatıb

31 İyul 2021, 15:15 (GMT +4)
Bakıda onlayn yolla "patı" satan şəxs saxlanılıb

31 İyul 2021, 15:02 (GMT +4)
Əlcəzair Səudiyyənin əl-Ərəbiyyə telekanalının nümayəndəliyinin bağlanılması barədə qərar verib

31 İyul 2021, 15:00 (GMT +4)
Sabunçuda dənizdə batan şəxsin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib

31 İyul 2021, 14:50 (GMT +4)
Bu il Azərbaycanda 20,3 mlrd kubmetr qaz hasil edilib

31 İyul 2021, 14:44 (GMT +4)
Rusiyada son sutkada 23 807 koronavirusa yoluxma aşkar edilib

31 İyul 2021, 14:40 (GMT +4)
Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

31 İyul 2021, 14:30 (GMT +4)
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərib

31 İyul 2021, 14:24 (GMT +4)
Çavuşoğlu: Azərbaycandan yanğınların söndürülməsinə kömək üçün 102 nəfər gəlib

31 İyul 2021, 14:20 (GMT +4)
Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb

31 İyul 2021, 14:11 (GMT +4)
Tokio-2020: Çin medal sıralamasına liderlik edir

31 İyul 2021, 14:10 (GMT +4)
MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

31 İyul 2021, 14:00 (GMT +4)
Yarım ildə Azərbaycanda 3,3 milyon ton neft emal edilib

31 İyul 2021, 13:52 (GMT +4)
Türkiyə Tokio-2020-də ilk qızıl medalını qazanıb

31 İyul 2021, 13:50 (GMT +4)
Bu il Azərbaycan 14 mln ton neft ixrac edib

31 İyul 2021, 13:40 (GMT +4)
Masallı polisi əməliyyat keçirib, saxlanılan var

31 İyul 2021, 13:38 (GMT +4)
Müəmmər Qəddafinin oğlu son 10 ildə ilk dəfə olaraq kamera qarşısına çıxıb (FOTO)

31 İyul 2021, 13:30 (GMT +4)
Polis akkumulyator oğrularını saxlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66