Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalı ilə bağlı bəyanat yayıb

08 May 2017, 12:06 (GMT +4)

Bakı, 8 may, SalamNews. Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşa şəhərinin işğalı ilə bağlı bəyanat yayıb.

XİN-dən SalamNews-a verilən məlumata görə, bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.

Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaq. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir. Bununla beynəlxalq ictimaiyyət bir daha Ermənistana aydın edir ki, işğal nəticəsində əldə edilmiş mövcud status-kvo heç vaxt qəbul etməyəcək. Həmçinin, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik edərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmağa imtina edir, işğal edilmiş ərazilərin fiziki, demoqrafik və mədəni xüsusiyyətlərini dəyişdirir, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş yüz minlərlə azərbaycanlının Dağlıq Qarabağ və işğal olunmuş ətraf yeddi rayona qayıtmasını və bu ərazilərdəki öz əmlakına sahib olmaq hüququnu rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir.

Ermənistan beynəlxalq hüququn ali prinsipi olan xalqların öz müqəddəratı təyin etmə prinsipindən sui-istifadə edərək, ölkəsinin qonşu dövlət olan Azərbaycanın ərazilərini güc tətbiq etməklə, ilhaq edilməsi cəhdlərini ört- basdır etməyə çalışır. Ermənistanın Azərbaycanda yaşayan ermənilərin vəziyyətinin öz müqəddəratını təyin etmə kimi təqdim etməyə çalışmasının BMT nizamnaməsi və Helsinki yekun aktında təsbit olunmuş öz müqəddəratı təyin etmə ilə heç bir əlaqəsi yoxdur. Əslində öz müqəddəratını təyin etmə prinsipi etnik təmizləmə nəticəsində didərgin düşmüş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin sayı 80 mindən artıq olan azərbaycanlı əhalisi, o cümlədən Şuşa şəhərinin 33 mindən artıq sakininin Dağlıq-Qarabağ regionuna qayıtmasını tələb edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində onların erməni icması ilə sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti beynəlxalq hüquqa əsasən üzərinə düşən öhdəliklərinə əməl edərək Azərbaycan ərazilərinin işğalına son qoyulması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, danışıqlarda konstruktiv addımların atılması üçün Ermənistanın sülhə məcbur edilməsinə və ona ciddi siyasi-diplomatik təzyiqlərin göstərilməsinə çağırır.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nəticələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

Hizbullah, HƏMAS, Husilər və sair hərəkatlar Qüds günü ilə bağlı birgə bəyanat veriblər (VİDEO)

ABŞ Rusiyanın Təhlükəsizlik Şurasının Venesuelaya dair bəyanat layihəsini bloka salıb

Ərəb Dövlətləri Liqası İsrailin Fələstin ərazilərini özünə əlavə etməsilə bağlı bəyanat verib

Fələstinli hərəkatlar ərazilərin İsrailə əlavə edilməsilə bağlı bəyanat verib

XİN Şuşanın işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

G20 ölkələrinin səhiyyə nazirləri ortaq bəyanatı razılaşdıra bilməyiblər

Milli Məclisdə təmsil olunan siyasi partiyalar bəyanat yayıb

Dağlıq Qarabağın azərbaycanlı icması qondarma "seçkilərlə" bağlı bəyanat yayıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycan XİN Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb

ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verib

KİV: Yunanıstan Türkiyəyə dəstəyə dair NATO bəyanatına veto qoyub

Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

XİN və Baş Prokurorluq Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Ukrayna mətbuatına Xocalı soyqırımı ilə bağlı bəyanat ünvanlanıb

Əfqanıstan hökuməti qarşıdurmaların dayandırılması ilə bağlı bəyanat verib

XİN sözçüsü: Bu bəyanat Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir

Xarici İşlər Nazirliyi seçkilərlə bağlı bəyanat yayıb

03 İyun 2020, 13:07 (GMT +4)
Ayətullah Xamenei ABŞ-dakı etirazlar və toqquşmalara maraqlı münasibət bildirib

03 İyun 2020, 13:01 (GMT +4)
Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

03 İyun 2020, 12:58 (GMT +4)
Moskvada koronavirusdan sağalanların sayı 90 min nəfəri keçib

03 İyun 2020, 12:43 (GMT +4)
Qazaxda top mərmisi aşkarlanıb

03 İyun 2020, 12:22 (GMT +4)
Tripolidə hava limanı uğrunda döyüşlər yenidən baş qaldırıb (VİDEO)

03 İyun 2020, 12:20 (GMT +4)
AP: Çin koronavirusla bağlı ÜST-ə məlumat verməyi qəsdən gecikdirib  

03 İyun 2020, 12:15 (GMT +4)
DİM: Ali məktəblərə ərizə qəbulu iyulun 10-dək uzadılıb

03 İyun 2020, 12:08 (GMT +4)
Baş Prokurorluq: Daha bir tikinti şirkətinin təsisçiləri barədə cinayət işi başlanıb

03 İyun 2020, 11:56 (GMT +4)
Senatda Trampı pisləyən qətnamə blok edilib

03 İyun 2020, 11:43 (GMT +4)
DİM buraxılış imtahanında iştirak edənlərə müraciət edib

03 İyun 2020, 11:33 (GMT +4)
ABŞ-ın xristian dini liderləri Trampın kilsə qarşısından bəyanat verməsini tənqid ediblər

03 İyun 2020, 11:30 (GMT +4)
Bakı küçələrində yenidənqurma işləri aparılır

03 İyun 2020, 11:17 (GMT +4)
Corc Floyd gələn həftə Hyustonda dəfn ediləcək

03 İyun 2020, 11:15 (GMT +4)
Müəllimlərin yay məzuniyyəti əvvəlki illərdə olduğu müddətdən başlayacaq

03 İyun 2020, 11:13 (GMT +4)
Gömrük Hospitalının həkimi canlı yayımda çıxış edəcək

03 İyun 2020, 11:01 (GMT +4)
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb (FOTOLAR)

03 İyun 2020, 10:49 (GMT +4)
Pentaqon etiraz aksiyalarına görə Vaşinqton ərazisinə 1,6 min hərbçi göndərib

03 İyun 2020, 10:42 (GMT +4)
Husilərin dəstəklədiyi Yəmən hökumətinin tanınmış rəsmisi koronavirusdan vəfat edib

03 İyun 2020, 10:40 (GMT +4)
Penitensiar Xidmət polis əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat keçirib

03 İyun 2020, 10:22 (GMT +4)
Baş Prokurorluq 35 yaşlı kişinin intihara cəhd etməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib

03 İyun 2020, 10:13 (GMT +4)
Komendant saatına baxmayaraq Nyu Yorkda etiraz aksiyaları davam edir

03 İyun 2020, 10:00 (GMT +4)
Paytaxtda ekspres xətlərlə daşınan sərnişinlərin sayı açıqlanıb

03 İyun 2020, 09:51 (GMT +4)
Əfqanıstan paytaxtında məsciddə partlayış törədilib, məscidin imamı həyatini itirib (FOTO)

03 İyun 2020, 09:48 (GMT +4)
Bakıda ekspres marşrut xətləri üzrə sərnişindaşımalar dayandırılır

03 İyun 2020, 09:37 (GMT +4)
ABŞ-da etiraz aksiyaları zamanı azı 11 nəfər ölüb

03 İyun 2020, 09:30 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

03 İyun 2020, 09:18 (GMT +4)
ABŞ-da etiraz aksiyaları 250 şəhərə və 23 xarici ölkəyə sirayət edib (VİDEO)

03 İyun 2020, 09:15 (GMT +4)
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 6,1 milyonu keçib

03 İyun 2020, 09:15 (GMT +4)
Prezident İlham Əliyev vergi güzəştləri ilə bağlı qərarı təsdiqləyib

03 İyun 2020, 09:12 (GMT +4)
Azərbaycan neftinin qiyməti 40 ABŞ dollarını ötüb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66