Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında Protokol imzalanıb

22 May 2017, 16:58 (GMT +4)

Bakı, 22 may, SalamNews. Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında Protokol imzalanıb.

SalamNews xəbər verir ki, Protokolu Gənclər və idman naziri Azad Rəhimov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.3.2 bəndinə uyğun olaraq 2011-2013-cü illərdə Elmin İnkişafı Fondu tərəfindən keçirilmiş Gənc alim və mütəxəssislərin 1-ci, 2-ci və 3-cü müsabiqələrinin uğurlarını, həmçinin tərəflər arasında formalaşmış əməkdaşlıq əlaqələrini nəzərə alaraq və tərəflər arasında imzalanmış Protokola əsasən, Gənclər və İdman Nazirliyi və Elmin İnkişafı Fondu 2017-ci ildə Gənc alim və mütəxəssislərin 4-cü xüsusi (“Mənim ilk qrantım”) birgə qrant müsabiqəsini keçirəcək.

Qrant müsabiqəsi Azərbaycan Respublikasında təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər elmi tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, həmçinin ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədi ilə keçirilir.

EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş 3 qrant müsabiqəsi çərçivəsində 72 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1,470 mln manat vəsait ayrılıb. İmzalanmış Protokol növbəti – 4-cü müsabiqənin keçirilməsində Cənclər və İdman Nazirliyinin də payçı qismində iştirakını müəyyən edəcək.

Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil edəcək, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları müntəzəm olaraq internet səhifələrində və KİV-də işıqlandıracaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər və İdman Nazirliyi veteran idmançılara dəstək olub

Gənclər və İdman Nazirliyi gənclərə çağırış edib

Gənclər və İdman Nazirliyi istedadlı və yaradıcı gəncləri mükafatlandırıb (FOTO)

Gənclər və İdman Nazirliyi uşaqlar üçün yeni il aksiyası keçirir

Gənclər və İdman Nazirliyi kənd gəncləri üçün yeni imkanlar yaradır

Gənclər və İdman Nazirliyinin kollektivi ulu öndərin məzarını ziyarət edib

Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci il dönümüdür

Gənclər və idman nazirliyi yeni bir layihəyə start verir

Gənclər və İdman Nazirliyində idman mütəxəssislərinə fəxri adlar verilib (FOTO)

Gənclər və İdman Nazirliyi Xocalı ilə bağlı gənclərə çağırış edib

Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb

Bu gün Gənclər və İdman Nazirliyinin yaranma günüdür

Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyin olunub

Bu gün Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranma günüdür

BMT ilə Gənclər və İdman Nazirliyi arasında niyyət məktubu imzalanıb

Gənclər və İdman Nazirliyinin səlahiyyətləri artırılıb

Gənclər və İdman Nazirliyində beynəlxalq yarışlarda qalib gəlmiş güləşçilərlə görüş keçirilib (FOTOLAR)

Gənclər və İdman Nazirliyində cüdo və taekvondo yığmaları ilə görüş keçirilib (FOTOLAR)

Gənclər və İdman Nazirliyində bir qrup idmançı və idman mütəxəssisinin mükafatlandırılma mərasimi keçirilib

Gənclər və İdman Nazirliyində Dünya Kubokunda iştirak edən güləşçilərlə görüş keçirilib (FOTO)

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66