Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycan Beynəlxalq Bankın xarici borclarının restrukturizasiya planı açıqlanıb

24 May 2017, 09:24 (GMT +4)

Bakı, 24 may, SalamNews. Azərbaycan Beynəlxalq Bankının (ABB) sağlamlaşdırılması prosesi çərçivəsində xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib.

Bankdan SalamNews-a verilən məlumata görə, maliyyə naziri Samir Şərifovun, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının və ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədovun da iştirak etdiyi toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Görüşdə bildirilib ki, ABB-nin uzunmüddətli maliyyə mövqeyinin bərpası və dayanıqlılığının təmin edilməsi, ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə insitituna çevrilməsi üçün həyata keçirilən xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq:

1. Ticarət yönümlü təminatsız borclar;

2. Üstün hüquqa malik təminatsız borclar;

3. Subordinasiya krediti.

Bu öhdəliklərin ümumi məbləği 3.3 milyard ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək. Xarici kreditorlara təqdim olunan restruktizasiya planına dair təqdimatla bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.ibar.az/az/investors/investor-presentation/

Görüşdə bildirilib ki, Azərbaycan Prezidentinin ABB-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında 15 iyul 2015-ci il tarixli Fərmanının icrası çərçivəsində bankın maliyyə dayanıqlılığının gücləndirilməsi üçün ardıcıl və hədəfli tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlər dövlət tərəfindən ABB-nin problemli aktivlərinin dəyəri ödənilməklə alınması, ona likvidlik dəstəyinin göstərilməsi və kapital itkilərinin bərpasını əhatə edir.

2015-ci ilin martına qədər bankın rəhbərliyində təmsil olunan bəzi şəxslərin cinayət əməlləri və manatın əsas xarici valyutalara qarşı devalvasiyası nəticəsində ABB-nin maliyyə mövqeyinin zəiflədiyi və öhdəliklərin könüllü restrukturizasiyası tədbirinin zəruri olduğu bildirilib. Borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrası dayandırılır.

Azərbaycan Beynəlxalq Bankının bütün digər öhdəlikləri, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada qorunan və qorunmayan, tələbli (cari) və müddətli əmanətləri üzrə əməliyyatları cari rejimdə davam edəcək.

ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib: “Bankın uzunmüddətli maliyyə dayanıqlığının təmin olunması və gələcəkdə özəlləşdirilməsinə hazırlıq üzrə aparılmış sistemli qiymətləndirmələr göstərdi ki, bankın təkcə aktivlərinin deyil, öhdəliklərinin də könüllü restrukturizasiyası vacibdir. Əminik ki, bu ədalətli niyyətimiz restrukturizasiya planının əhatə etdiyi bütün xarici kreditorlarımız tərəfindən razılıqla qarşılanacaq və onlar bank üçün dəyişikliklər dövründə uzunmüddətli həllərin tapılması üçün dəstək göstərəcəklər. Bir daha qeyd edirəm ki, xarici öhdəliklərin restrukturizasiyası prosesinin Azərbaycan Beynəlxalq Bankının müştərilərinə, hüquqi və fiziki şəxslərin bankdakı vəsaitlərinə, onların bankla əlaqədar istənilən fəaliyyətinə hər hansı şəkildə təsiri yoxdur”.

Maliyyə naziri Samir Şərifov qeyd edib: “Vaxtilə ABB-nin sabiq menecmenti tərəfindən yol verilmiş ciddi pozuntular, habelə manatın məzənnə dəyişikliyinə məruz qalması səbəbindən bank 2015-ci ildən başlayaraq ciddi çətinliklərlə üzləşib. Azərbaycan hökuməti bu dövrdən etibarən bankın maliyyə vəziyətinin sağlamlaşdılması məqsədilə əhəmiyyətli ardıcıl maliyyə dəstəyi göstərib Təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. ABŞ dolları həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verimiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir. Hesab edirik ki, bu plan bankın uzunmüddətli dayanıqlılığına xidmət etməklə yanaşı, ədalətli şəkildə xarici kreditorların mənafelərinə xidmət etmiş olacaq”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı görüşdə çıxış edərək bildirib ki, restrukturizasiya planının həyata keçirilməsi nəticəsində bankın xarici valyuta mövqeyi tənzimlənəcək, maliyyə vəziyyəti güclənəcək və gəlir generasiya etmə qabiliyyəti bərpa olunacaqdır. Həmçinin, bankın kapital mövqeyi requlyativ çərçivəyə qayıdacaqdır: “ABB maliyyə göstəricilərinə görə ölkənin ən iri bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsi, əhaliyə geniş çeşidli bank xidmətlərinin göstərilməsi və sahibkarlara kredit verilməsində mühüm rol oynayır. Bankın xarici öhdəliklərinin restrukturizasiyası nəticəsində onun maliyyə sağlamlığının təmin edilməsi təkcə ABB üçün deyil, bütövlükdə Azərbaycanın bank sektoru üçün mühüm əhəmiyyət daşıyır.”.

Könüllü restrukturizasiya planının xarici kreditorların 13 iyul 2017-ci il tarixinə planlaşdırılan yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur. Kreditorların toplantısı barədə bildiriş ABB tərəfindən restrukturizasiya planının əks olunduğu informasiya memorandumu və səsvermə proseduru ilə birgə 14 iyun tarixində yayımlanacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Beynəlxalq Bankı ölkənin ən yaxşı bankı seçilib

Azərbaycan Beynəlxalq Bankı Milli KSM Mükafatına layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı gömrük işçilərinə endirimli kredit təklif edir 

Azərbaycan Beynəlxalq Bankı depozit faizlərini yüksəldib

Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

MİDA Bank VTB və Azərbaycan Beynəlxalq Bankı ilə əməkdaşlıq müqavilələri imzalayıb

ARDNF-in icraçı direktoru Azərbaycan Beynəlxalq Bankının rəhbərliyinə gətirilib

Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub

Kapital Bank Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının iclasında iştirak edib

“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərbaycan Beynəlxalq Bankı”nın reytinqlərinə yenidən baxacaq

Azərbaycan Beynəlxalq Bankında premium kartlara 50%-dək endirim edilib

Beynəlxalq Bankı özəlləşdirməyə hazırlamaq olar - nazir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-yə sığorta agenti fəaliyyətinə lisenziya verilib

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılıb

Azərbaycan Beynəlxalq Bankı bankomat problemini aradan qaldırıb

"Beynəlxalq Bank"ının sabiq sədri Cahangir Hacıyevə hökm oxunub

ARDNF Beynəlxalq Bankdakı depozitin müddətini uzada bilər

"Azərbaycan Beynəlxalq Bankı" korporativ üslubunu dəyişib

Beynəlxalq Bankdan külli miqdarda pul mənimsənilməsi faktı üzrə cinayət işinin ibtidai istintaqı yekunlaşır

TQDK Azərbaycan Beynəlxalq Bankının işçiləri üçün test imtahanı keçirib

23 İyul 2019, 18:10 (GMT +4)
Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə “Qaynar xətt” yaradılacaq

23 İyul 2019, 17:53 (GMT +4)
Cavad Zərif Boris Consonu baş nazir seçilməsi münasibətilə təbrik edib

23 İyul 2019, 17:51 (GMT +4)
"Qaçqınkom"da Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

23 İyul 2019, 17:43 (GMT +4)
Tramp: Conson İngiltərənin baş naziri postunda uğur qazanacaq 

23 İyul 2019, 17:43 (GMT +4)
Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb

23 İyul 2019, 17:39 (GMT +4)
“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

23 İyul 2019, 17:30 (GMT +4)
KOB-lar dövlət satınalmaları ilə bağlı məlumatlandırılır

23 İyul 2019, 17:28 (GMT +4)
İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin Baş Assambleyası Bakıda keçiriləcək

23 İyul 2019, 17:16 (GMT +4)
Xabarovskda düşərgədə baş verən yanğında ölənlərin sayı 4-ə yüksəlib 

23 İyul 2019, 17:07 (GMT +4)
Bakı-2019: Azərbaycanın beş güləşçisi finala yüksəlib

23 İyul 2019, 16:57 (GMT +4)
Balakəndə meşədə narkotik becərən dəstə üzvləri saxlanılıb

23 İyul 2019, 16:47 (GMT +4)
Vergilər nazirinin birinci müavini Neftçala rayonunda vətəndaşları qəbul edəcək

23 İyul 2019, 16:45 (GMT +4)
Boris Conson Böyük Britaniyanın yeni baş naziri olacaq

23 İyul 2019, 16:41 (GMT +4)
Milli Məclisin deputatı Latviyaya gedəcək

23 İyul 2019, 16:33 (GMT +4)
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

23 İyul 2019, 16:21 (GMT +4)
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb (FOTO)

23 İyul 2019, 16:18 (GMT +4)
Yəmən Səudiyyə Ərəbistanı aviabazasını cavab atəşinə tutub 

23 İyul 2019, 16:11 (GMT +4)
DGK-nın sədri Koreya Respublikasının Azərbaycandakı səfiri ilə görüşüb

23 İyul 2019, 16:08 (GMT +4)
Nigeriyada etiraz aksiyasında 6 nəfər polis tərəfindən güllələnib

23 İyul 2019, 16:00 (GMT +4)
EYOF: Azərbaycan üzgüçüsü yarımfinala çıxıb

23 İyul 2019, 15:52 (GMT +4)
Pərvanə İbrahimova növbəti dəfə «Ən yaxşı mətbuat katibi» seçilib

23 İyul 2019, 15:37 (GMT +4)
Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

23 İyul 2019, 15:12 (GMT +4)
İran Fars körfəzində koalisiya yaratmaq ideyasına münasibət bildirib

23 İyul 2019, 14:50 (GMT +4)
Bakının bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək

23 İyul 2019, 14:44 (GMT +4)
Prezidentin yeni Fərmanı ilə DOST xidmətləri sırasına övladlığagötürmə üzrə xidmətlər də əlavə edilib

23 İyul 2019, 14:36 (GMT +4)
Bakı Avtovağzalından istifadə qaydaları ilə bağlı video hazırlanıb

23 İyul 2019, 14:30 (GMT +4)
Rusiya MN Seulun hava məkanının pozulması ilə bağlı ittihamlara cavab verib 

23 İyul 2019, 14:21 (GMT +4)
“Azərişıq” növbəti karvanı Goranboy və Sabirabada yola salıb (FOTO)

23 İyul 2019, 14:12 (GMT +4)
Bakıda şirniyyat sexinin fəaliyyəti məhdudlaşdırılıb

23 İyul 2019, 13:52 (GMT +4)
Diplomat: Təhdidlər Britaniya gəmisini azad etməyə kömək etməyəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12