Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » AVTOİDMAN

BŞH “Ürəkdən ürəyə” şüarı altında növbəti dəfə xeyriyyə aksiyası keçirir

26 May 2017, 16:09 (GMT +4)

Bakı, 26 may, SalamNews. Formula 1 yarışının Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) mayın 27-də Fəvvarələr meydanında (Makdonaldsın qarşısında) ehtiyacı olanlara dəstək göstərmək məqsədilə növbəti dəfə xeyriyyə yarmarkası keçirəcək.

SalamNews xəbər verir ki, şənbə günü 14.00-19.00 saatlarında baş tutacaq yarmarkada BŞH-nin işçi heyətinin və 2017 Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin əl işləri, müxtəlif mövzulara aid kitablar və əməliyyat şirkətinə məxsus məhsullar satışa çıxarılacaq.

Yarmarka vasitəsilə yığılan vəsait ürək çatışmazlığından əziyyət çəkən 10 yaşlı Arzu Xankişiyevanın əməliyyatına sərf olunacaq. İkinci dəfə əməliyyat keçirəcək balaca Arzunun sağlamlığa qovuşması üçün ümumilikdə 15 min AZN dəyərində vəsaitə ehtiyac var. Xeyriyyə aksiyasına qoşulmaq istəyənlər nəğd şəkildə pul yardımı da göstərə bilərlər.

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova yardımsevərləri xeyriyyə aksiyasına qoşulmağa dəvət edir: “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq belə xeyriyyə aksiyaları keçirərək həm birbaşa yardım kampaniyasında iştirak edir, həm də cəmiyyətin diqqətini köməyə ehtiyacı olanlara yönləndirməyə çalışırıq. Bu, bizim şirkətin başlıca dəyərlərindən biridir və biz hər fürsətdə bu işi fasiləsiz şəkildə davam etdirmək niyyətindəyik.

Ehtiyac içərisində olanlara öz yardım əlini uzatmaq istəyən hər bir paytaxt sakinini bu xeyriyyə aksiyasına qoşulmağa dəvət edirəm. İnanırıq ki, bizim dəstəyimiz nəticəsində ürək çatışmazlığından əziyyət çəkən digər azyaşlı əzizlərimiz kimi Arzu da tezliklə öz sağlamlığına qovuşacaq”.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi ağır xəstəliyə düçar olmuş azyaşlılar üçün indiyədək bir sıra xeyriyyə yarmarkası keçirib. Əməliyyat şirkəti buradan toplanan vəsaiti anadangəlmə ürək çatışmazlığı olan iki körpəninəməliyyatlarına sərf edərək onların tezliklə sağlamlığa qovuşmasına öz töhfəsini verib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti “Yaşıl Strategiya”-ya keçir

Bakı Şəhər Halqası karyera yarmarkasına 2-ci dəfə ev sahibliyi edir

Bakı Şəhər Halqası Akademiyasında karyera yarmarkası açılıb (FOTOLAR)

Bakı Şəhər Halqası Akademiyası gəncləri karyera yarmarkasına dəvət edir

Bakı Şəhər Halqasında tikinti-quraşdırma işlərinə start verilir

Bakı Şəhər Halqası kimsəsiz uşaqlara dəstək olur (FOTO)

Bakı Şəhər Halqasının dəstəyi ilə peşəkar fotoqraflar üçün təlim keçirilib

Bakı Şəhər Halqası SalamNews İA-nın əməkdaşını təltif edib

Bakı şəhər halqasının unikal xüsusiyyətləri var - Çarli Vaytinq

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası ölkədə biznesin inkişafı üçün daha bir addım atıb

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

“Bakı Şəhər Halqası” yerli jurnalistlər üçün təlim təşkil edəcək

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Devid Kulthard: Bakı Şəhər Halqası yarış iştirakçıları üçün əsl sınaq yeridir (MÜSAHİBƏ)

Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib

Bakı Şəhər Halqası sürücülərə müraciət edib

Dünya şöhrətli Formula 1 pilotu Bakı Şəhər Halqası ilə yaxından tanış olub (FOTO)

Bakı Şəhər Halqası xanımları 8 Mart Qadınlar günü münasibətilə təbrik edib

18 Yanvar 2021, 18:18 (GMT +4)
ABŞ-da məhkəmə vasitəsi ilə "Telegram"ın AppStore-dan silinməsi tələb edilir

18 Yanvar 2021, 18:00 (GMT +4)
Şəhidlər Xiyabanı istiqamətində avtobusların hərəkəti müvəqqəti dəyişəcək

18 Yanvar 2021, 17:53 (GMT +4)
QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib

18 Yanvar 2021, 17:50 (GMT +4)
Azərbaycan ötən il elektrik enerjisi ixracını 25% azaldıb

18 Yanvar 2021, 17:45 (GMT +4)
Ərdoğan: Türkiyə nə qədər güclənirsə, Ankaraya təzyiq bir o qədər artır

18 Yanvar 2021, 17:40 (GMT +4)
Polietilen torba istehsalçılarına xəbərdarlıq edilib

18 Yanvar 2021, 17:37 (GMT +4)
Şuşada beşmərtəbəli binada yanğın olub

18 Yanvar 2021, 17:30 (GMT +4)
Gəncədə antisanitar çörək istehsalı müəssisəsi bağlanıb

18 Yanvar 2021, 17:28 (GMT +4)
Çində son sutkada 109 yeni koronavirusa yoluxma aşkar edilib 

18 Yanvar 2021, 17:20 (GMT +4)
Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

18 Yanvar 2021, 17:11 (GMT +4)
Suriya İranla İsrailin qarşıdurmasının meydanına çevrilməməlidir - Sergey Lavrov

18 Yanvar 2021, 17:10 (GMT +4)
Prokurorluğa sənəd qəbulu fevralın 1-də başa çatdırılacaq

18 Yanvar 2021, 17:02 (GMT +4)
Azərbaycanda vaksinasiyanın monitorinqi və qiymətləndirilmə sistemi yaradılacaq

18 Yanvar 2021, 16:50 (GMT +4)
DMX Azərbaycandakı əcnəbilərə müraciət edib

18 Yanvar 2021, 16:47 (GMT +4)
Rusiya Hollandiya səfirliyinin iki əməkdaşını ölkədən çıxarır

18 Yanvar 2021, 16:46 (GMT +4)
ARPA “İşçilərin icbari sığortası” mövzusunda vebinar keçirib

18 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin həcmi ötən il 4 mlrd. dollardan çox olub

18 Yanvar 2021, 16:30 (GMT +4)
Prezident Sumqayıtda iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib

18 Yanvar 2021, 16:23 (GMT +4)
Berlin Moskvadan Navalnının azadlığa buraxılmasını tələb edib

18 Yanvar 2021, 16:20 (GMT +4)
Azərbaycan ötən il 470 min ton metanol ixrac edib

18 Yanvar 2021, 16:10 (GMT +4)
Azərbaycanda COVID-19-a yoluxanların 6 %-i xəstəliyi ağır keçirir, ölüm halı 1,1 %-dir

18 Yanvar 2021, 16:00 (GMT +4)
Müharibədə xəsarət alan hərbi qulluqçuların tibbi-sosial ekspertizasına başlanılır

18 Yanvar 2021, 15:45 (GMT +4)
Qarabağda televiziya proqramlarının və 3 ümumölkə radio kanalının yayımı təmin olunub

18 Yanvar 2021, 15:44 (GMT +4)
ABŞ Əfqanıstandakı vətəndaşlarını dərhal bu ölkəni tərk etməyə çağırıb

18 Yanvar 2021, 15:41 (GMT +4)
Avropa Parlamentində və Avropa İttifaqı Şurasında Navalnının saxlanılması müzakirə ediləcək

18 Yanvar 2021, 15:30 (GMT +4)
MTRŞ telekanallarda şəhidlər barədə çəkilən reportajların sayını açıqlayıb

18 Yanvar 2021, 15:21 (GMT +4)
KİV: Tramp tərəfdarları müxtəlif ştatlarda azsaylı etiraz aksiyaları təşkil edib

18 Yanvar 2021, 15:10 (GMT +4)
Cəbrayıl polisi tərəfindən narkotacir qardaşlar saxlanılıb

18 Yanvar 2021, 15:00 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib

18 Yanvar 2021, 14:50 (GMT +4)
Lavrov: Dağlıq Qarabağın müstəqilliyi heç kim tərəfindən tanınmayıb (VİDEO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66