Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Binəqədi rayonunda ideoloji işin təşkili ilə bağlı iclas keçirilib

01 İyun 2017, 15:32 (GMT +4)

Bakı, 1 iyun, SalamNews. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında “Rayonda ideoloji işin təşkili vəziyyəti və onun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlər”ə həsr olunmuş Şura iclası keçirilib.

Rayon İcra Hakimiyyətindən SalamNews-a verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, əməkdaşları, qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, rayonda yerləşən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Çıxış edən X.İsgəndərov bildirib ki, bu gün müasir dünya bizdən daha operativ və novator yanaşma tələb edir. Qloballaşan dünyanın tələblərinə cavab verən ölkəmizdə Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsi olaraq yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də ətraflı müzakirələr aparılmalı, konkret işlər görülməlidir.

Qeyd olunub ki, ölkəmizin inkişafının təmin edilməsi, əhalinin məşğulluğunun artırılması, maddi rifahının yüksəldilməsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlər ideoloji işin əsas bazasını təşkil edir. Cəmiyyətimizin sosial-iqtisadi və mədəni inkişafının yüksək səviyyəsi təbliğat işinə yeni yanaşmanı, onun səmərəliliyinin artırılmasını, üslub və metodlarının təkmilləşdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin apardığı siyasətin əhali arasında təbliği şəhər, rayon icra hakimiyyətlərinin gündəlik vəzifəsidir və təbliğatın əsasında isə Prezident İlham Əliyevin çıxışları, nitqləri, müsahibələri və məqalələri dayanmalıdır. 

Şəhər, rayon icra hakimiyyətinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndəliklərinin hər bir əməkdaşı bu çıxışları dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz onlara söykənməlidirlər.

Sonda bu mövzuya həsr olunmuş, əvvəlcədən hazırlanmış iş planı müəssisə rəhbərlərinə gündəlik fəaliyyətlərində istifadə olunmaq üçün tövsiyə edilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“ASAN könüllüləri”nin növbəti qrupu Binəqədi İcra Hakimiyyətində təcrübə keçir

“ASAN könüllüləri”-nin növbəti qrupu Binəqədi İcra Hakimiyyətində təcrübə keçir

Binəqədi İcra Hakimiyyətinə daxil olan zənglərin statistikası açıqlanıb

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66