Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Parisdə Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub

07 İyun 2017, 16:07 (GMT +4)

Bakı, 7 iyun, SalamNews. Parisdə görkəmli mütəffəkir, Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun xatirəsi yad olunub. 

SalamNews xəbər verir ki, Paris Azərbaycan Evi və Səməd Vurğun Ev Muzeyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə təşkil olunmuş xatirə gecəsində, şairin fransız dilinə tərcumə olunmuş "Bir gün təbəssüm olmuşdum" adlı şeirlər toplusu təqdim olunub.

Xatirə gecəsi Parisdə yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirilib. Tədbiri Paris Azərbaycan Evinin sədri Azərbaycanın Dostları Assosiyasiyasıının baş katibi Mirvari Fətəliyeva açaraq ilk öncə təşkilatın fəaliyyəti və tədbirin məqsədi barədə qonaqlara məlumat verib. O, Vaqif Səmədoğlunun Azərbaycan poeziyasında özunəməxsus yer tutduğunu, atası, məşhur söz ustası Səməd Vurğunun poeziyasından qaynaqlansa da, belə onun şeir tərzini təkrarlamayaraq yeni bir tərz yaradıcısı oldugunu vurğulayıb.

Daha sonra Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov çıxış edərək Vaqif Səmədoğlunun sovet dövründə yaşayıb yaratmasına baxmayaraq öz şeirləri ilə maneələri aşaraq, fikrini hər zaman ifadə etməyi bacardığını və məhz buna görə xalqın geniş rəğbətini qazandığını deyib. Səfir şairin məşhur "Doğuldum 1939-da, 1937-də tutuldum" misralarını misal gətirərək onun hər zaman xalqının azadlığa qovuşacağı arzusu ilə yaşayıb yaratdığını deyib.

Gecədə bir çox fransız incəsənət xadimləri, şairlər, yazıçı-publisistlər, jurnalistlər iştirak ediblər. Şairin yaradıcılığı ilə tanış olan yazıçı, publisist Jan Pyer Alali Azərbaycan poeziyası, görkəmli xadimləri və Vaqif Səmədoğlunun şeirləri haqqında təəsüratlarını tamaşaçılarla bölüşüb.

Sonra tarixçi, şair, 25 ildən artıq poeziyaya həsr olunmuş radio proqramının müəllif və aparıcısı olan Paskal Payen-Appenzeller çıxışını dahi Nizaminin misraları ilə başlayaraq hər birimizin öz mədəni sərvətimizin daşıyıcısı olduğumuzu və Vaqif Səmədoğlunun da məhz əcdadlarından miras qalan bir vergisi olduğunu deyib. Şeirlərinin dərin fəlsəfi mənası ilə bizi inam axtarışına, səyahətə, şəfqət və yaxşılığa çağırdığını söyləyib. Şairin sənətinə heyran olan Payen Appenzeller, hətta yaxın zamanda canlandırdığı poeziya verilişlərindən birini Vaqif Səmədoğluna həsr edəcəyini bildirib.

Şairin həyat yoldaşı, Səməd Vurğun ev muzeyinin direktoru Nüşabə Vəkilova şairlə bağlı xatirələrini bölüşüb, onun həyat və yaradıcılıq yolundan, yaşadığı dövrün çətinliklərinə baxmayaraq daxili azadlıq səsini, demokratik düşüncələrini özünəməxsus üslubda qələmə aldığını və hər zaman sevilə-sevilə oxunduğunu qeyd edib. Nüşabə Vəkilova şairin fransızca dərc olunmuş şeirlər toplusunun ərsəyə gəlməsində əvəzsiz rolu olan tərcüməçi Aliyə Səmədovaya dərin təşəkkürünü bildirib.

Xatirə gecəsi boyunca şairin həyat və yaradıcılğından söhbət açılıb, şerləri və sözlərinə yazılmış mahnıları səsləndirilib, şairə həsr olunmuş film izlənilib. Gecə Azərbaycan və həmçinin Avropa klassik bəstəkarların musiqisindən və ibarət olan gənc pianoçu Vurğun Vəkilovun ifasında konsert proqramı ilə sona çatıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xalq şairi Vaqif Səmədoğlunun 80 illiyinə həsr olunmuş poeziya gecəsi təşkil edilib

Xalq Şairi Vaqif Səmədoğlunun anadan olmasından 80 il ötür

Vaqif Səmədoğlunun şeirlər kitabı Azərbaycan və fransız dillərində çap olunub

Səməd Vurğun və Vaqif Səmədoğlunun xatirəsi anılıb

Xalq Şairi Vaqif Səmədoğlunun xatirəsi anılıb

Vaqif Səmədoğlu indiki Azərbaycan şeirinin ən yüksək pilləsində dayanan şair idi - MSK sədri

Xalq şairi Vaqif Səmədoğlu son mənzilə yola salınıb (FOTOLENT)

Vaqif Səmədoğlunun vəfatı ilə əlaqədar rəsmi nekroloq imzalanıb

Xalq şairi Vaqif Səmədoğlu sabah I Fəxri Xiyabanda dəfn ediləcək

Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlu vəfat edib

25 Avqust 2019, 18:07 (GMT +4)
Şəki rayonunun müxtəlif ərazilərində irimiqyaslı yanğınlar baş verib

24 Avqust 2019, 17:02 (GMT +4)
Bakıda narkobaronlara qarşı xüsusi əməliyyat keçirilib

24 Avqust 2019, 16:51 (GMT +4)
Tusk G7-ni İranla bağlı razılaşmağa çağırıb

24 Avqust 2019, 16:41 (GMT +4)
Əli Əhmədov: Hökumət gənclərin gələcəyi uğrunda böyük işlər görməkdədir

24 Avqust 2019, 16:25 (GMT +4)
Honq Konqda polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib

24 Avqust 2019, 16:22 (GMT +4)
İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

24 Avqust 2019, 16:19 (GMT +4)
Gömrükçülər ölkəyə qanunsuz mobil telefon gətirilməsinin qarşısını alıb

24 Avqust 2019, 15:58 (GMT +4)
Zelenski avqustun 29-nu Ukraynanın Müdafiəçilərinin Anım Günü elan edib

24 Avqust 2019, 15:45 (GMT +4)
Türkiyə Ordusu Suriyada mühasiryə düşən mövqeyi yaxınlığında yeni post qurub (FOTO)

24 Avqust 2019, 15:45 (GMT +4)
YAP-ın təşkilatçılığı ilə Masallıda gənclərlə görüş keçirilib (FOTOLAR)

24 Avqust 2019, 15:22 (GMT +4)
Zelenski Ukrayna himnini ən vacib mahnı adlandırıb

24 Avqust 2019, 15:09 (GMT +4)
Liviya paytaxtında beynəlxalq uçuşları həyata keçirən hava limanı işini dayandırıb

24 Avqust 2019, 14:57 (GMT +4)
İngiltərə ehtiyat valyutası olaraq dollardan imtina etməyi təklif edib

24 Avqust 2019, 14:47 (GMT +4)
Xaçmazda qaz xətti texnika ilə zədələnib

24 Avqust 2019, 14:32 (GMT +4)
Azərbaycan Prezidenti İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

24 Avqust 2019, 14:29 (GMT +4)
Biarritz şəhərində G7 liderlərinin sammiti başlayır

24 Avqust 2019, 14:10 (GMT +4)
İraqda əzadarlıq mərasimi zamanı partlayış törədilib - 39 nəfər yaralanıb

24 Avqust 2019, 13:58 (GMT +4)
Sabah ölkə ərazisində hava bir qədər sərinləşəcək

24 Avqust 2019, 13:50 (GMT +4)
Türkiyə Şimali İraqda yeni antiterror əməliyyatına başlayıb

24 Avqust 2019, 13:39 (GMT +4)
Azərbaycanda çəltikçilik kooperativləri yaradılacaq

24 Avqust 2019, 13:24 (GMT +4)
Zelenski Krımı valideynlərindən uşağın oğurlanması ilə müqayisə edib

24 Avqust 2019, 12:57 (GMT +4)
Azərbaycan XİN Ukraynanın Müstəqillik Gününü təbrik edib

24 Avqust 2019, 12:53 (GMT +4)
Şimali Koreya yenə də Yapon dənizinə raket atıb

24 Avqust 2019, 12:44 (GMT +4)
Gələn ildən İranın bəzi məktəblərində Azərbaycan dili sınaq dərs kimi tədris ediləcək

24 Avqust 2019, 12:39 (GMT +4)
Bu il Azərbaycanda 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

24 Avqust 2019, 12:14 (GMT +4)
Türkiyədə YAP adlı yeni siyasi partiya yaradılır

24 Avqust 2019, 12:05 (GMT +4)
İran yeni ballistik raketini müvəffəqiyyətlə sınaqdan keçirib

24 Avqust 2019, 12:01 (GMT +4)
FHN: Şəkidə dağlıq zonada baş verən yanğın söndürülüb

24 Avqust 2019, 11:49 (GMT +4)
“Azəriqaz” qeyri-iş günlərində operativ xidmət göstərəcək

24 Avqust 2019, 11:40 (GMT +4)
Tramp Çindən gələn mallara rüsumları sərtləşdirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12