Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

ƏMDK 124 dövlət əmlakını hərraca çıxarıb

19 İyun 2017, 13:20 (GMT +4)

Bakı, 19 iyun, SalamNews, V.Xaməmmədqızı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 18 iyul 2017-ci il tarixində keçiriləcək yeni hərrac elan edilib. Hərraca ümumilikdə 124 əmlak çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

SalamNews-un komitədən aldığı məlumata görə, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə, İmişli, Şirvan, Qazax, Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.

Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 375 min manata təklif olunur. Bu əmlakın topaq sahəsi isə 190 min kv.m-ə yaxındır. Ümumi faydalı sahəsi isə 533,3 kv.m dir. Bundan başqa Gəncə şəhərində yerləşən "Xronika" kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Beləki, 978 kv.m olan əmlakın ilkin start qiyməti 139 min 500 manatdır.

Hərracda özəlləşdirməyə çıxarılan Gəncə şəhərində yerləşən "Xronika" kinoteatrı əlverişli biznes obyektidir. Ölkəmizdə çəkilən kinoların və izləyicilərin sayının artdığını nəzərə alsaq, investor həmin obyektə fəaliyyəti istiqaməti üzrə vəsait yatırmaqla yaxşı gəlir əldə edə bilər.

Bundan başqa hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında 1 saylı yeməkxananı nümunə kimi göstərmək olar. İmişlidə yerləşən həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir. Qiyməti isə əksər investorlar üçün münasibdir.

İstifadəsiz qeyri-yaşayış sahələrinin isə biri Gəncədə, qalanları paytaxtda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 7 kv.m-lə 295 kv.m arasında dəyişir. Bu isə alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən planlaşdırmağa imkan verir. 

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında “Salyan broyler”, “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Yevlax Yük Avtonəqliyyat”, “Salyan Aqrotexservis” kimi müəssisələr var. Bu kateqoriyaya aid edilən səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 8 min 274 manatla 1 milyon 1294 manat arasında dəyişir.

Hərraca çıxarılan 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1973

Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki, istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.

Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

Mərkəzi Bank depozit hərracı keçirəcək 

Azərbaycanda 57 dövlət əmlakı hərraca çıxarılıb

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın hərracda satılması proseduru açıqlanıb

Dövlət əmlaklarının özəlləşdirilməsi hərraclarında 310 elektron sifariş həyata keçirilib

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Daha 80 dövlət əmlakı özəlləşdirilmək üçün hərraca çıxarılıb

Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək

ƏMDK torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib 

ARDNF ötən ay valyuta hərraclarında 315,9 milyon dollar satıb

ƏMDK-nin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb

Neft Fondu Mərkəzi Bankın valyuta hərraclarına 1,9 milyard dollar vəsait çıxarıb

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Əmlak Xidmətləri Məkanında dövlət əmlaklarının özəlləşdirilməsi üzrə ilk hərrac keçirilib

AMB hərracın nəticələrini açıqlayıb

20 Noyabr 2019, 18:17 (GMT +4)
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 17:45 (GMT +4)
Türkiyə ilə Avropa arasındakı yaxınlaşma Avropanın maraqlarına cavab verir - nazir

20 Noyabr 2019, 17:41 (GMT +4)
Azərbaycan benzin istehsalını azaldıb

20 Noyabr 2019, 17:31 (GMT +4)
Putin: Rusiya Avropa Birliyinin qorunmasında maraqlıdır

20 Noyabr 2019, 17:25 (GMT +4)
İran ABŞ-ın mənafeyini təmsil edən İsveçrə səfirini XİN-ə çağırıb

20 Noyabr 2019, 17:23 (GMT +4)
İnvestorlar Türkiyə iqtisadiyyatına etibar etməlidirlər - Ərdoğan

20 Noyabr 2019, 17:14 (GMT +4)
Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:01 (GMT +4)
Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var

20 Noyabr 2019, 16:52 (GMT +4)
Rusiya prezidenti: Rusiya və ABŞ bir çox məsələdə "pis-yaxşı" əməkdaşlıq edir

20 Noyabr 2019, 16:41 (GMT +4)
Caspian European Club üzvləri “İNNOLAND”da olublar

20 Noyabr 2019, 16:25 (GMT +4)
Putin Zelenski haqqında: Məncə yaraşıqlı, səmimi insandır

20 Noyabr 2019, 16:19 (GMT +4)
Energetika naziri ABŞ-a gedir

20 Noyabr 2019, 16:15 (GMT +4)
Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

20 Noyabr 2019, 16:03 (GMT +4)
Sabunçu rayonunda avtomobil yolları, su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq

20 Noyabr 2019, 15:52 (GMT +4)
Lavrov: Ankara Suriyadakı vəziyyətə görə Moskvaya qarşı ittihamları anlaşılmazlıq adlandırıb

20 Noyabr 2019, 15:45 (GMT +4)
AzerTelecom-un iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə tədbir keçirilib

20 Noyabr 2019, 15:36 (GMT +4)
NATO ittifaq ölkələrində "Krım ssenarisinin" təkrarlanmasına imkan verməyəcəyinə söz verib

20 Noyabr 2019, 15:15 (GMT +4)
Bakıda evlərdən oğurluq edən qadın saxlanılıb

20 Noyabr 2019, 15:03 (GMT +4)
İranın Ərdəbil və Həmədan şəhərlərində iğtişaşları pisləyən mitinqlər keçirilib (FOTO)

20 Noyabr 2019, 15:02 (GMT +4)
4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

20 Noyabr 2019, 14:46 (GMT +4)
Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək

20 Noyabr 2019, 14:45 (GMT +4)
İnsanlara ideal və ya ən azı minimum parametrləri açıq şəkildə göstərmək lazımdır (MƏQALƏ)

20 Noyabr 2019, 14:40 (GMT +4)
AzMİU beynəlxalq əlaqələrini genişləndirir

20 Noyabr 2019, 14:39 (GMT +4)
“Azərsun Holdinq” Sumqayıt şəhərinin 70 illiyində iştirak edib

20 Noyabr 2019, 14:37 (GMT +4)
AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

20 Noyabr 2019, 14:30 (GMT +4)
Daha 50 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə verilib

20 Noyabr 2019, 14:13 (GMT +4)
Azərbaycanda “Xocalı” futbol klubu yaradılıb

20 Noyabr 2019, 14:06 (GMT +4)
Fələstinin İordan Vadisi bölgəsinin İsrailə əlavə edilməsi üçün addımlar atılır

20 Noyabr 2019, 13:53 (GMT +4)
Masallıya yeni icra başçısı təyin olunub

20 Noyabr 2019, 13:53 (GMT +4)
Ukrayna Krım limanlarındakı əmlaklar üçün Rusiyadan təzminat tələb edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66