Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » DİN

DQİDK sədri: Rəsmi nikahı olmayanlar üçün kəbin kəsən din xadimləri məsuliyyətə cəlb olunacaq

21 İyun 2017, 12:38 (GMT +4)

Bakı, 21 iyun, SalamNews, A.Bayramova. "Mətbuatdan xahiş edirəm ki, rəsmi fəaliyyət göstərən din xadimləri ilə, qeyri-rəsmi, din adı altında fəaliyyət göstərən şəxsləri eyniləşdirməsinlər".

SalamNews xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlının sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin təyinatı olmadan fəaliyyət göstərən hər hansı bir şəxsin törətdiyi əməllər dini qurumların adına yazılmamalıdır: "Azərbaycanda 2246 məscid var. Bu məscidlərdən 1500-ü gündəlik fəaliyyət göstərir. 700-dən çox din xadimi məscidlərə təyinat alıb. Rəsmi olaraq fəaliyyət göstərmək icazəsi olan şəxslərin dini ayinləri icra etmək icazəsi var. Qalan şəxslərin bu və ya digər dini ayinləri həyata keçirməsi qanunsuzdur. Yerlərdə çalışan din xadimlərinə, xüsusi tapşırığı var".

Komitə sədri bildirib ki, bu tövsiyə və tapşırıq ondan ibarətdir ki, vətəndaşlar rəsmi nikaha girdikdən sonra məsciddə hər hansı bir din xadiminə müraciət edərək həmin nikahı dini qaydalarla davam etdirmək istəyirlərsə, bu o zaman baş verməlidir ki, vətəndaşların rəsmi nikaha girməsi ilə bağlı dövlət tərəfindən verilmiş sənədi olsun: “Bu sənəd olmadan hər hansı bir din xadiminin bu nikahı din adı altında təsdiq etməsi tam qanunsuzdur və belə hal olduqda, əgər bu din xadimi rəsmi şəxsdirsə, o dərhal işdən azad olunur, cəzalandırılır, əgər qeyri-rəsmi din ilə məşğul olan adamdırsa, o, hüquq-mühafizə orqanlar tərəfindən məsuliyyətə cəlb edilir”.

M.Qurbanlı, həmçinin din xadiminin seyid vəsiqələri paylaması ilə bağlı məsələyə münasibət bildirib: "Bəzən mətbuat araşdırır, göstərir ki, rəsmi fəaliyyət göstərən din xadimi səhvə yol verərək kiməsə sənəd verib. Bu yaxınlarda seyid vəsiqəsilə bağlı söhbətlər oldu. Bu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən araşdırılıb. Həmin hərəkətə yol verən din xadimi bununla bağlı olaraq tənbeh edilib. Həmin şəxsin ağsaqqallığı, din sahəsindəki fəaliyyəti nəzərə alınaraq Qafqaz Müsəlmanları İdarəsi onu məzəmmət etdi, bir daha bu cür işlərə yol verilməməsi ilə bağlı öz işçilərinə xəbərdarlıq etdi".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mübariz Qurbanlı: Dövlət idarəçiliyində islahatlar davamlı olacaq

Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Mübariz Qurbanlının yeni kitabı nəşr olunub

Mübariz Qurbanlı: Sosial mediada dinlə bağlı yayılan yazılar bəzi hallarda bizi qane etmir

Mübariz Qurbanlı : Ağdamda 17 məscidin dağıdılması ilə bağlı bizdə məlumatlar var

Mübariz Qurbanlı ABŞ-a gedib

Mübariz Qurbanlı: Ermənilər başdan-ayağa millətçi zəhəri ilə zəhərlənmiş xalqdır

Mübariz Qurbanlı: Dini konfessiyalar hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar

Mübariz Qurbanlı: İnsanların din adı ilə bir-birini qırması cəhalətin nəticəsidir

1000-dən çox dini xadimə maddi dəstək verilir - Mübariz Qurbanlı

Mübariz Qurbanlı yeni vəzifəyə seçilib

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Mindən çox din xadiminə hər ay maddi dəstək göstərilir- Mübariz Qurbanlı

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı İmişlidə vətəndaşların müraciətini dinləyib

Mübariz Qurbanlı İmişlidə vətəndaşları qəbul edəcək

Mübariz Qurbanlı Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı: Dini mərasimlər zamanı insanlar bəzən həddən artıq ifrata varırlar

Mübariz Qurbanlı Amerika Bibliya Cəmiyyətinin nümayəndəsi ilə görüşüb

Mübariz Qurbanlı: Milli-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində mühüm işlər görülür

10 Dekabr 2019, 18:12 (GMT +4)
Gömrük Akademiyasında bank fəaliyyəti ilə bağlı seminar keçirilib

10 Dekabr 2019, 18:00 (GMT +4)
Rüstəm Qasımov Avropa çempionatında bürünc medal qazanıb

10 Dekabr 2019, 17:47 (GMT +4)
Pakistanın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb

10 Dekabr 2019, 17:43 (GMT +4)
Türkiyə Rusiya ilə bölgədə sülhü təmin edəcəyinə ümid edir - Türkiyə prezidenti

10 Dekabr 2019, 17:33 (GMT +4)
İranın Hörmuzqan əyalətində 9 aya 56 ton narkotik maddə ələ keçirilib

10 Dekabr 2019, 17:26 (GMT +4)
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırılıb

10 Dekabr 2019, 17:23 (GMT +4)
Lavrov Vaşinqtona işgüzar səfərə gedib

10 Dekabr 2019, 17:23 (GMT +4)
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın

10 Dekabr 2019, 17:17 (GMT +4)
"Azərişıq" dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatını daha da yaxşılaşdırır (FOTOLAR)

10 Dekabr 2019, 17:09 (GMT +4)
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

10 Dekabr 2019, 16:51 (GMT +4)
Türkiyə Liviyaya qoşun göndərə bilər - Ərdoğan

10 Dekabr 2019, 16:36 (GMT +4)
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

10 Dekabr 2019, 16:30 (GMT +4)
Qərb ölkələrinin tarixində soyqırıma dair çox sayda faktlar var - Ərdoğan

10 Dekabr 2019, 16:27 (GMT +4)
Bakıda “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib

10 Dekabr 2019, 16:20 (GMT +4)
Putin: Lujkov parlaq və cəsarətli bir siyasətçi idi

10 Dekabr 2019, 16:15 (GMT +4)
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb

10 Dekabr 2019, 16:05 (GMT +4)
Ceyhun Məmmədov: Regionun tibb müəssisələri arasında lider mövqe tutması üzərində işləyirik

10 Dekabr 2019, 16:00 (GMT +4)
“Kurikulum bələdçisi” kitabının təqdimat mərasimi keçirilib

10 Dekabr 2019, 15:53 (GMT +4)
Parisdə yeni etiraz aksiyası dalğası gözlənilir

10 Dekabr 2019, 15:42 (GMT +4)
Keniyada milli parkdan qaçan aslan brakonyeri öldürüb

10 Dekabr 2019, 15:37 (GMT +4)
 “Qala Sığorta” növbəti dəfə iri həcmli ödəniş həyata keçirib

10 Dekabr 2019, 15:30 (GMT +4)
Husilər Səudiyyə Ərəbistanın daha bir PUA-sını vurduqlarını elan ediblər

10 Dekabr 2019, 15:29 (GMT +4)
“Caspian European Club” “CEO Lunch Almaty” təşkil edib

10 Dekabr 2019, 15:26 (GMT +4)
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb

10 Dekabr 2019, 15:25 (GMT +4)
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

10 Dekabr 2019, 15:20 (GMT +4)
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub 

10 Dekabr 2019, 15:16 (GMT +4)
KOBİA Gənclər Fondu və "Gənc Sahibkarlar Şəbəkəsi" İctimai Birliyi ilə əməkdaşlıq edəcək

10 Dekabr 2019, 15:02 (GMT +4)
Çex Respublikasında xəstəxanaya hücum edən şəxs intihar edib 

10 Dekabr 2019, 14:47 (GMT +4)
İordaniyanın Kralı II Abdullahın Bakıda rəsmi qarşılanma mərasimi olub

10 Dekabr 2019, 14:44 (GMT +4)
İran ABŞ-la məhbusların hərtərəfli mübadiləsinə hazır olduğunu bildirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66