Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi işçi qəbulu elan edib22 İyun 2017, 12:36 (GMT +4) Bakı, 22 iyun, SalamNews, A.Kərimov. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC kran maşinisti vakansiyası üzrə elan verib.
SalamNews-un məlumatına görə, seçilən namizəd “Zığ” Quru Yük Limanının Yük emalı sahəsində işə cəlb olunacaq.
Namizəd minimum peşə ixtisası təhsilinə, sahə üzrə bir il iş təcrübəsinə malik olmalıdır. Müəyyənləşdirilmiş yaş həddi 25-40 arasıdır. Xarici dil biliyi tələb edilmir.
İş yerinə çatdırılma və sığorta təminatı olacaq.
İş vaxtı: 09.00-21.00 / 21.00-09.00 (Növbəli iş)
Əsas vəzifə öhdəlikləri:
Müxtəlif yüklərin 36 və 40 tonluq yükgötürmə qabiliyyətli pnevmotəkərli və 50 tonluq elektrik kranla yüklərin yüklənib-boşaldılması və daşınması ilə əlaqədar işlərin yerinə yetirilməsi Yüksək ehtiyatlılıq tələb edən oxşar yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və onunla əlaqədar konstruksiyaların quraşdırılması;
Kranlara təlimatlara uyğun texniki qulluq edilməsi və normal fəaliyyəti üçün lazımi şəkildə saxlanılması;
Bilməlidir:
Xidmət edilən kranların və onların mexanizmlərinin quruluşunu, istismar qaydalarını, yüklərin yerdəyişmə qaydalarını;
Xarici görkəminə görə yüklərin kütləsinin müəyyən edilməsi üsullarını;
Maraqlanan şəxslərdən mövzu yerində vakansiyanın adını (kran maşinisti) qeyd edərək yegana.nasibova@acsc.az, gulchin.isgandarova@acsc.az ünvanlarına CV göndərmələri xahiş olunur. Son müraciət tarixi 08.07.2017-ci ildir.
Qeyd: Müraciətlər araşdırıldıqdan sonra yalnız göstərilən tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
|