Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

İqor Dodon Azərbaycan Prezidentini Moldovaya rəsmi səfərə dəvət edib

22 İyun 2017, 14:42 (GMT +4)

Bakı, 22 iyun, SalamNews. "Əvvəla, Azərbaycana, Bakıya səfər etmək üçün rəsmi dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimizin prezidentləri çoxdan idi ki, görüşmürdülər və əminəm ki, ali siyasi səviyyədə görüş ikitərəfli münasibətlərimizə yeni təkan verəcək”.

SalamNews xəbər verir ki, bunu iyunun 22-də Moldova Prezidenti İqor Dodon Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

“Biz çox böyük məsələlər blokunu müzakirə etdik, lakin əgər onları strukturlaşdırsaq, onda əsasən üç istiqamət alınacaq. Bunlar iqtisadiyyat, humanitar-sosial və siyasi istiqamətlərdir. İqtisadiyyata gəldikdə, vəzifə ən yaxın vaxtda hökumətlərarası komissiyanın iclasını keçirməkdir. Təəssüf ki, 2012-ci ildən bəri hökumətlərarası komissiya rəhbərlərinin nazirlər səviyyəsində iclasları keçirilməyib. Çox ümid edirik ki, həmin iclas yaxın vaxtlarda, yaxşı olardı bu ilin sonunadək keçirilsin", - deyə dövlət başçısı bildirib.

O qeyd edib ki, Hökumətlərarası komissiyanın iclasının keçirilməsi ilə paralel olaraq ikitərəfli iqtisadi münasibətlərə yeni təkan vermək üçün iki ölkənin iş adamlarının görüşünün təşkil olunması planlaşdırılır: "Bu sahədə yaxşı dinamikamız var, 2016-cı ildə qarşılıqlı ticarətin həcmi 30 faizdən çox artıb. Lakin əgər rəqəmlərə müraciət etsək biz hələ ki, 5 milyon dollar səviyyəsindəyik. Bu da çox aşağı səviyyədir. Mən əminəm ki, bizim potensialımız qat-qat artıqdır.

Sosial və humanitar layihələrə gəldikdə, bizim ölkədə, Moldovada bəzi sosial layihələrin mümkünlüyünü müzakirə etdik. Biz Moldovanın regionlarında, xüsusən Qaqauziyada bəzi layihələri müzakirə etdik. Mənimlə bərabər Qaqauziyanın rəhbəri – başqanı da nümayəndə heyətinin tərkibindədir. Çox ümid edirəm ki, biz Moldova Respublikasının regionlarında, xüsusən Qaqauziyada və güman edirəm ki, başqa regionlarda da bəzi konkret sosial layihələrin icrasına başlayacağıq".

"Çox ümid edirəm ki, ən yaxın vaxtda siyasi sahədə yeni konkret addımlar atacağıq. Ola bilsin ki, lap yaxın vaxtlarda bizim təkcə prezidentlər, hökumətlərarası komissiya səviyyəsində deyil, həm də siyasi partiyalar səviyyəsində əməkdaşlığımız üçün müəyyən partiyalararası razılaşmalar da imzalanacaq. Qoy siyasi partiyalar da öz aralarında əməkdaşlıq etsinlər.

Mən Prezident İlham Əliyevi Moldova Respublikasına rəsmi səfərə dəvət etdim. Onun Moldovaya sonuncu rəsmi səfəri 2005-ci ildə olub. Çox ümid edirəm ki, Azərbaycan Prezidentinin gələn il Moldova Respublikasına səfər etməyə imkanı olacaq və o vaxta qədər hansı konkret ışlər görüldüyünü həmin səfər çərçivəsində nəzərdən keçirəcəyik. Buna görə də bizim nazirlərə tövsiyə edirəm ki, bugünkü görüşümüzdən sonra gələn il üçün konkret nəticələr əldə olunsun”, -deyə İ.Dodon əlavə edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev “8-ci km” yarımstansiyasının açılışında iştirak edib (FOTOLAR)

Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında telefon danışığı olub

Prezident İlham Əliyev Yaponiya imperatoruna başsağlığı verib

Prezident İlham Əliyev: Əlavə xəstəxanalara ehtiyac olacaq

Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib

Prezident İlham Əliyev modul tipli hospitalın açılışında iştirak edib

Prezident İlham Əliyev Donald Trampa təbrik məktubu göndərib

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

Prezident İlham Əliyev səhifəsində Polis Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev nazirliklə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev və ÜTT-nin Baş katibi arasında videokonfrans keçirilib

Prezident İlham Əliyev Türkmənistan Prezidentinə zəng edib

Prezident İlham Əliyev iki dənizçini təltif edib 

Prezident İlham Əliyev İçərişəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olub

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 2 milyon manat ayırıb

Prezident İlham Əliyev: Sosial sahədə heç bir ixtisar olmayacaq

Prezident İlham Əliyev: Qapalı şəraitdə hər kəs maska taxmalıdır

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

10 İyul 2020, 17:46 (GMT +4)
İran XİN Nətənz nüvə obyektindəki insidentin arxasında xarici amilin olması ehtimalını şərh edib

10 İyul 2020, 17:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

10 İyul 2020, 17:33 (GMT +4)
Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

10 İyul 2020, 17:25 (GMT +4)
DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

10 İyul 2020, 17:11 (GMT +4)
Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

10 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

10 İyul 2020, 16:56 (GMT +4)
Azərbaycanda 190 manatın verilməsi başa çatdırılıb

10 İyul 2020, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

10 İyul 2020, 16:40 (GMT +4)
ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

10 İyul 2020, 16:32 (GMT +4)
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib

10 İyul 2020, 16:17 (GMT +4)
Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

10 İyul 2020, 16:15 (GMT +4)
Braziliyada son sutkada COVID-19-a yoluxanların sayı 42 mindən çox artıb

10 İyul 2020, 16:01 (GMT +4)
Şamaxıda yeni stadion inşa olunur

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

10 İyul 2020, 15:40 (GMT +4)
Nazirlik onlayn müsahibələrin keçirilmə tarixi açıqlayıb

10 İyul 2020, 15:24 (GMT +4)
AZAL sərnişinlərə müraciət edib

10 İyul 2020, 15:07 (GMT +4)
Lavrov nüvə təhlükəsinin artıdığını bəyan edib

10 İyul 2020, 14:44 (GMT +4)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

10 İyul 2020, 14:39 (GMT +4)
İranda son sutkada koronavirusdan 142 nəfərin ölümü qeydə alınıb

10 İyul 2020, 14:34 (GMT +4)
Trampın fikrincə Baydenin "beyni yuyulub"

10 İyul 2020, 14:30 (GMT +4)
DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 İyul 2020, 14:14 (GMT +4)
ABŞ generalı: Rusiyanın Talibanla əlbir olması barədə məlumatlar təsdiqlənsə müvafiq tədbirlər görüləcək 

10 İyul 2020, 14:05 (GMT +4)
AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 13:43 (GMT +4)
Çin Qazaxıstanda "ölümcül sətəlcəmin" yayıldığı iddia edir

10 İyul 2020, 13:30 (GMT +4)
Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66