Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azəravtoyol” ASC daha bir ilkə imza atıb (VİDEO)

23 İyun 2017, 10:08 (GMT +4)

Bakı, 23 iyun, SalamNews. Daim vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində yeni yollar, körpülər, piayada keçidləri inşa edən, bir sözlə yol infrastrukturunun yenidən qurulması, müasirləşməsi istiqamətində kompleks tədbirlər həyata keçirən “Azəravtoyol” ASC bu dəfə də bir ilkə imza atıb.

ASC-dən SalamNews-a verilən məlumata görə, söhbət xüsusi təyinatlı yol-istismar avadanlıqlarının yerli istehsalından gedir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istehsalda xarici komponentlərdən asılılığın azaldılması, bununla da yerli istehsalın stimullaşdırılması, istehsal olunan məhsulların nəinki daxili bazar üçün nəzərdə tutulması, həmçinin ixrac yönümlü olmasına dair verdiyi tövsiyələr və tapşırıqlara əsasən “Azəravtoyol” ASC ilk dəfə olaraq xüsusi təyinatlı yol texnikaları üçün avadanlıqların istehsalına dair təcrübə - sınaq layihəsinin icrasına başlayıb.

Mütəxəssislər tərəfindən aparılmış araşdırma nəticəsində yol texnikaları, maşın-mexanizmər üçün əvvəllər böyük məbləğ hesabına xaricdən alınan xüsusi təyinatlı avadanlıqlar və onların bir çox hissələri ölkəmizdə istehsal etmək, həmçinin kooperasiya yolu ilə müxtəlif xarici istehsalçılardan idxal edib yığım şəklində ərsəyə gətirilməsinin mümkünlüyü dəqiqləşdirilib.

Yeri gəlmişkən, xarici ölkələrin xüsusi təyinatlı yol-istismar avadanlıqlarının istehsalı ilə məşğul olan müəssisələri məhz bu təcrübədən istifadə edərək müvəffəqiyyət qazanıblar.

Araşdırmaların nəticəsinə uyğun olaraq, aşağıda qeyd olunan xüsusi təyinatlı avadanlıqların həm yerli istehsalı, həm də kooperasiya yolu ilə ( yəni mühərrik, hidravlik nasos, elektron ləvazimatlar, bir sıra həssas hissələrin tanınmış xarici istehsalçılardan idxal edilərək yığımda istifadə edilməsi) istehsalını həyata keçirmək mümkündür:

Yol-təmir avadanlıqları ilə təchiz edilmiş xüsusi təyinatlı avtomobil;

Bitum daşıyan və səpən avtomobillər (emulqatorlar);

Su daşıyan avtomobillər;

Yolların təmizlənməsi və yol ayrıclarında quraşdırılmış əyri xətli tirlərin yuyulması üçün nəzərdə tutulmuş avtomobillər;

Xüsusi sovurucu və yol süpürənlə təchiz edilmiş avtomobillər;

Paylayıcı və sayğacla təchiz edilmiş yanacaq daşıyan avtomobillər;

Qış aylarında istifadə edilən duz-qum səpən aqreqatlar.

Təcrübə-sınaq layihəsi çərçivəsində “Azəravtoyol” ASC yuxarıda sadalanan avadanlıqların bir çoxunun istehsalına artıq nail olub. Bu avadanlıqların bəziləri, yəni 9 ədəd su maşını və 1 ədəd yanacaq daşıyan maşın cəmiyyətin Nəqliyat idarəsinin ixtiyarına verilib və artıq müvəffəqiyyətlə də istismar edilir.

Bundan başqa “Azəravtoyol” ASC-nin rəhbərliyinin birbaşa nəzarəti daxili potensial hesabına reallaşdırılaraq həyata keçirilən təcrübə-sınaq layihəsi çərçivəsində hazırda bir-neçə maşın -mexanizmlərdə (bitum maşını, duz-qum səpən aqreqatlar, yol təmiri maşını və s.) son tamamlama, dəqiqləşdimə işləri görülür. İstehsalı mümkün olan digər avadanlıqlar isə layihələndirilmə mərhələsindədir.

Qeyd edək ki, yol təmiri və tikintisində lazım olan avadanlıqların ölkəmizdə istehsal olunması üçün hazırlanan təcrübə - sınaq layihəsinin məqsədi xarici komponentlərə olan aslılığı azaltmaq, bununla da dövlət büdcəsinə dəstək olmaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azəravtoyol" sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” sürücülərə xəbərdarlıq edib

“Azəravtoyol” bəzi KİV-lərdə yayılmış məlumatlra rəsmi aydınlıq gətirib

"Azəravtoyol" Binəqədi şosesində təmir işlərinin keyfiyyətsiz aparılmasına münasibət bildirib

"Azəravtoyol" bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib

Avtomobil yolları layihələrinin icrası bu ilin sonuna kimi yekunlaşacaq - "Azəravtoyol"

“Azəravtoyol” ASC 71 gənc ailəyə bayram sovqatı paylayıb

“Azəravtoyol”: Xarici investisiyalar hesabına yol infrastrukturunun yenidən qurulması davam etdirilib

Bakı yollarında 600 min kvadratmetrə yaxın sahədə təmir işləri aparılıb - "Azəravtoyol"

Taxtanəkəran-Toradi avtomobil yolunun tikintisi Astarada turizmin inkişafına təkan verəcək - Azəravtoyol

Avtomobil yolları tikinti norma və qaydalarına uyğun salınır - “Azəravtoyol” ASC

“Azəravtoyol” ASC-nin rəhbərliyi balaca Zəhranın məzarını ziyarət edib (FOTO)

Azəravtoyol yollarda təmir işlərilə əlaqədar sürücülərə müraciət edib

"Azəravtoyol” yolgöstərici xətlərinin rənglənməsi ilə bağlı sürücülərə xəbərdarlıq edib

"Azəravtoyol" paytaxtda yolda təmir işi ilə əlaqədar sürücülərə xəbərdarlıq edib

Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirilib

Estoniyalı qonaqlar üçün “Azəravtoyol” ASC-də infotur təşkil edilib

"Azəravtoyol" tərəfindən bu ilin I rübündə 100 minə yaxın ağac və kol bitkisi əkilib 

“Azəravtoyol” ASC-nin sədri “İlin Mühəndisi” fəxri adına layiq görülüb

“Azəravtoyol” ASC-də Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd edilib

12 Avqust 2020, 19:47 (GMT +4)
Xarici İşlər Nazirinin iki müavini DTX-da istintaq altında, həbslər gözlənilir

12 Avqust 2020, 18:00 (GMT +4)
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib

12 Avqust 2020, 17:30 (GMT +4)
İsmayıllıda tarixi abidə tapılıb

12 Avqust 2020, 17:15 (GMT +4)
Hindistanda peyğəmbərin təhqir edilməsindən sonra şiddətli qarşıdurma baş verib (VİDEO)

12 Avqust 2020, 17:05 (GMT +4)
Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub

12 Avqust 2020, 16:56 (GMT +4)
ARPA onlayn keçiriləcək “Peşəkar Mühasib” təlim kurslarına qeydiyyat elan edir

12 Avqust 2020, 16:25 (GMT +4)
Şotlandiyada qatar relsdən çıxaraq aşıb, onlarla yaralı var

12 Avqust 2020, 16:15 (GMT +4)
İlham Zəkiyev AMADA-da komissiyanın sədri olub (FOTO)

12 Avqust 2020, 16:05 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 5 nəfər ölüb

12 Avqust 2020, 15:51 (GMT +4)
Ruhani İrana qarşı silah embarqosunun uzadılması ilə bağlı xəbərdarlıq edib

12 Avqust 2020, 15:50 (GMT +4)
Azərbaycan Texniki Universiteti Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq edəcək

12 Avqust 2020, 15:35 (GMT +4)
Prezident İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış olub

12 Avqust 2020, 15:20 (GMT +4)
PA rəsmisi Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasını şərh edib

12 Avqust 2020, 15:00 (GMT +4)
Mədəniyyət Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov işindən ayrılıb

12 Avqust 2020, 14:54 (GMT +4)
Əfqanıstanın Nəngərhar həbsxanasından 300 məhbus qaçıb

12 Avqust 2020, 14:50 (GMT +4)
AAYDA: Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir

12 Avqust 2020, 14:30 (GMT +4)
Xızıda narkotik becərən şəxs saxlanılıb

12 Avqust 2020, 14:20 (GMT +4)
İranda son sutkada koronavirusdan 188 nəfərin ölümü qeydə alınıb

12 Avqust 2020, 14:01 (GMT +4)
Azərbaycanda orta aylıq əməkhaqqı 23% artıb

12 Avqust 2020, 13:43 (GMT +4)
“ABAD”a yeni sözçü təyin olunub

12 Avqust 2020, 13:34 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Avqust 2020, 13:21 (GMT +4)
İsrail bir aya 429 fələstinlini həbs edib

12 Avqust 2020, 13:00 (GMT +4)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycana gəlir

12 Avqust 2020, 12:50 (GMT +4)
DİM: Sabah 19197 abituriyent qəbul imtahanı verəcək

12 Avqust 2020, 12:30 (GMT +4)
İcra başçısı Mirhəsən Seyidov Tovuzda yaralanan zabiti ziyarət edib

12 Avqust 2020, 12:11 (GMT +4)
24 subartezian quyusunun qazılmasına 756 min manat ayrılıb

12 Avqust 2020, 11:57 (GMT +4)
Beynəlxalq Gənclər Gününə həsr olunmuş Onlayn Konfrans keçirilib (FOTO)

12 Avqust 2020, 11:52 (GMT +4)
Kərbəla ziyarətgahı məhərrəm ayına hazırlaşır (FOTO)

12 Avqust 2020, 11:45 (GMT +4)
Təhsil naziri Türkiyə səfiri ilə görüşüb

12 Avqust 2020, 11:30 (GMT +4)
"Azercell"in Rəqəmsal Tərəfdaşlığı ilə 7-ci “womENcourage” beynəlxalq virtual toplantısı keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66