Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA

Bakıda keçirilmiş Məktəblilərarası I Robot Olimpiadasının qalibləri mükafatlandırılıb

23 İyun 2017, 13:33 (GMT +4)

Bakı, 23 iyun, SalamNews. İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

SalamNews xəbər verir ki, mərasimdə Milli Məclisin deputatları, bir sıra dövlət və özəl qurumların, təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən olimpiadanın əhəmiyyətindən danışıb, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Nazir müavini Azərbaycanda Təhsilin inkişafı üzrə Dövlət Strategiyası çərçivəsində istedadlı şagirdlərin aşkar edilməsi istiqamətində görülən işləri qeyd edərək deyib: “Son illər ölkədə şagirdlərin fizika, riyaziyyat, informatika, texnologiya fənləri üzrə əldə etdikləri biliklərin artıq tətbiqi nəticəsini görürük. Növbəti illərdə əsas prioritet Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil etməkdir və biz buna nail olacağıq”.

Sonra olimpiada ilə bağlı videoçarx nümayiş olunub. Məlumat verilib ki, iyunun 2-3-də Təhsil Nazirliyi, “İstək” liseyi, “Microsoft Azərbaycan” şirkəti, Bakı Mühəndislik Universiteti, STEP Kompüter Akademiyası, “Edumedia-Azərbaycan”, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası və “Edutainment” şirkətinin birgə təşkilatçılığı ilə Məktəblilərarası I Robot Olimpiadası keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarətdir.

Beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanan olimpiada 3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunub. Olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəranı təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə çıxış edib. Layihələr Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası, Bakı Mühəndislik Universiteti və “İstək” liseyinin beynəlxalq təcrübəyə malik mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və hədiyyələr təqdim olunub..


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AzerTelecom Microsoft şirkətinin rəsmi tərəfdaşı olub

“Microsoft” WCO IT/TI 2019 Konfrans və Sərgisində iştirak edib

“Microsoft”un təşkilatçılığı ilə “Kibertəhlükəsizlik həftəsi” sona çatıb

“Microsoft” və “Gilan Holding” arasında saziş imzalanıb

“Microsoft” təhsil sahəsi üzrə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb

“Microsoft” təhlükəsizlik üzrə bayram siyahısı hazırlayıb

"Microsoft" Azərbaycanda tələbələr üçün laboratoriya açacaq

“Microsoft” korporasiyası “Bakutel2018” də innovasiya texnologiyalarını təqdim edəcək

“Microsoft” Azərbaycanda “Əşyaların İnterneti” laboratoriyasını yaradacaq

“Microsoft” regional Virtual Sammitinə ev sahibliyi edəcək

Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“AzInTelecom”un Data Mərkəzi “Microsoft Office 365” lisenziyasının satışına başlayır

“Microsoft Imagine Cup” müsabiqəsinin finalçıları məlum olub

“Microsoft” korporasiyası “Office 365” istifadəçi interfeysi üçün yeniləmələri istifadəyə verir

“Microsoft” serverləri eksperiment üçün dənizdə batırılıb

“Microsoft” kapitallaşma dəyərinə görə “Google”u geridə qoyub

Prezident “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa üzrə prezidentini qəbul edib

Azərbaycanda hər yüzüncü “Microsoft Office” istifadəçisi eksploitlərlə rastlaşıb

“Nar”-ın dəstək olduğu “Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri bəlli olub

18 Oktyabr 2019, 18:04 (GMT +4)
Azərbaycanda dövlət sifarişi ilə təhsil alanlara ayrılan vəsait artırılıb

18 Oktyabr 2019, 18:02 (GMT +4)
Ərdoğan Trampın ədəbsiz məktubunu unutmadığını açıqlayıb

18 Oktyabr 2019, 17:58 (GMT +4)
Dövlət Neft Fondu Milandakı daşınmaz əmlakını satıb

18 Oktyabr 2019, 17:52 (GMT +4)
Azərbaycanda ictimai iaşə dövriyyəsi 5%-dən çox artıb

18 Oktyabr 2019, 17:48 (GMT +4)
Əfqanıstanda məsciddə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb

18 Oktyabr 2019, 17:44 (GMT +4)
Bəşər Əsəd Türkiyə və ABŞ qüvvələrinin Suriyadan dərhal çıxmasını tələb edib

18 Oktyabr 2019, 17:33 (GMT +4)
Nazir Azad Rəhimov vətəndaşlarla görüşüb

18 Oktyabr 2019, 17:15 (GMT +4)
Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

18 Oktyabr 2019, 17:07 (GMT +4)
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir

18 Oktyabr 2019, 16:55 (GMT +4)
Ərdoğan Putinlə görüşü “Suriya üzrə razılaşmaların həyata keçirilməsi mərhələsi" adlandırıb

18 Oktyabr 2019, 16:44 (GMT +4)
Əfqanıstanda cümə namazı zamanı məsciddə partlayış törədilib - Azı 25 şəhid var

18 Oktyabr 2019, 16:31 (GMT +4)
Modul tipli məktəblərin sayı artırılır

18 Oktyabr 2019, 16:28 (GMT +4)
Mingəçevir Dövlət Universitetində struktur islahatlarına başlanılıb

18 Oktyabr 2019, 16:25 (GMT +4)
Körpüüstü reklam üçün haqq müəyyənləşib

18 Oktyabr 2019, 16:08 (GMT +4)
Kataloniyanın keçmiş rəhbəri Karles Puçdemon könüllü olaraq Belçika hökumətinə təslim olub 

18 Oktyabr 2019, 16:06 (GMT +4)
Bakıda vətəndaşların mobil telefonunu ələ keçirən şəxs saxlanlılıb

18 Oktyabr 2019, 15:58 (GMT +4)
İraq Ərbəin ziyarətinə görə ölkəyə daxil olan xarici zəvvarların sayını açıqlayıb (FOTO)

18 Oktyabr 2019, 15:52 (GMT +4)
Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 29% artıb

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Nobel Oil Services Türkiyədə qaz anbarının genişləndirilməsi layihəsinə başlayır

18 Oktyabr 2019, 15:32 (GMT +4)
Terrorçuların geri çəkilməsi üçün 120 saat vaxt var - Ərdoğan

18 Oktyabr 2019, 15:24 (GMT +4)
Yusif Babanlı:Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır

18 Oktyabr 2019, 15:13 (GMT +4)
Salonikidə ABŞ konsulluğunun yaxınlığında kürdlərin lehinə etiraz aksiyaları keçirilib

18 Oktyabr 2019, 15:10 (GMT +4)
Metropolitendə cibgirlik edən şəxs saxlanılıb

18 Oktyabr 2019, 15:02 (GMT +4)
Azərbaycanda “Yol Polisinə dəstək” qrupları yaradılıb (FOTO)

18 Oktyabr 2019, 14:59 (GMT +4)
Livanda WhatsApp-a görə başlayan etiraz aksiyaları hökumətin istefasını tələb edir

18 Oktyabr 2019, 14:50 (GMT +4)
“Günay Sığorta” bazara yeni məhsullar təqdim edəcək

18 Oktyabr 2019, 14:45 (GMT +4)
Çavuşoğlu NATO Baş katibi ilə Suriya üzrə razılaşmanı müzakirə edib

18 Oktyabr 2019, 14:38 (GMT +4)
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib

18 Oktyabr 2019, 14:23 (GMT +4)
Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan kubokunda 300-dən artıq idmançı çıxış edəcək

18 Oktyabr 2019, 14:10 (GMT +4)
Türkiyə XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66