Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İcbari Sığorta Bürosu sürücülərə müraciət edib

04 İyul 2017, 12:21 (GMT +4)

Bakı, 4 iyul, SalamNews. İcbari Sığorta Bürosu (İSB) sürücülərə müraciət edib.

SalamNews-un məlumatına görə, müraciətdə bildirilir ki, bir çox hallarda etibarnamə ilə avtomobillərini satan vətəndaşlar satdığı avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə xitam vermir, bu isə onlar üçün gələcəkdə icbari sığorta ilə bağlı arzuolunmaz vəziyyətin yaranmasına gətirib çıxara bilir.

Belə ki, avtomobilin yeni sahibinin müqavilə müddəti ərzində həmin avtomobillə səbəb olduğu qəzalara görə Bonus-Malus sistemi çərçivəsində hesablanan Malus əmsalları (cərimələr) icbari sığorta müqaviləsi adına olduğundan avtomobilin keçmiş sahibinə yazılır, bu da onunla nəticələnir ki, sonuncu gələcəkdə başqa bir avtomobil alıb onunla bağlı icbari sığorta müqaviləsi bağlayarkən ona yazılmış həmin Malus əmsalları üzündən daha yüksək sığorta haqqı ödəməli olur. Misal üçün, əgər avtomobilin yeni sahibi ard-arda bir neçə yol-nəqliyyat hadisəsi törədərsə, nəticədə əvvəlki sahibin adına yazılacaq Malus əmsalı hətta ən yüksək cərimə sinfi olan 1-ə kimi çata bilər, bu isə gələcəkdə yeni icbari sığorta müqaviləsi bağlandığı zaman ödəniləcək sığorta haqqının üç dəfəyədək artmasına səbəb olacaq. Bunu nəzərə alaraq, İSB avtomobil sahiblərinə alqı-satqı zamanı satılan avtomobillə bağlı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyi tövsiyə edir.

“Avtomobilinizi satdığınız zaman qüvvədə olan icbari sığorta müqavilənizə xitam vermək üçün vaxtilə həmin müqaviləni bağladığınız sığorta şirkətinə müraciət etməyiniz tələb olunur. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlərlə sığorta şirkətinin ofisinə yaxınlaşıb müvafiq istəyinizi bildirmək yetərlidir. Bundan sonra sığorta şirkətinin əməkdaşları satdığınız avtonəqliyyat vasitəsi ilə bağlı qüvvədə olan və adınıza rəsmiləşdirilmiş icbari sığorta müqaviləsinə xitam verəcək. Beləliklə, siz satdığınız avtomobilin yeni sahibinin gələcəkdə törədə biləcəyi yol qəzalarına görə cərimə əmsallarından (Maluslardan) özünüzü qorumuş olursunuz.

Avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı qüvvədə olan icbari sığorta müqaviləsinə xitam verməyin daha bir cəlbedici cəhəti odur ki, bu zaman vaxtilə ödədiyiniz sığorta haqqının müəyyən inzibati xərclər çıxıldıqdan sonra müqavilə müddətinin sonunadək olan dövr üzrə hissəsi sığorta şirkəti tərəfindən sizə qaytarılır. Yəni misal üçün, müqavilənizi müddətinin bitməsinə beş ay qalmış xitam edirsinizsə və ötən dövr ərzində hər hansı yol-nəqliyyat hadisəsinə səbəb olmamısınızsa, sığorta şirkəti həmin beş ay üzrə olan məbləği hesablayaraq oradan müqavilənin bağlanmasına çəkilən inzibati xərcləri çıxır və yerdə qalan hissəni sizə geri ödəyir. Bu isə bir sıra hallarda avtomobilin mühərrikinin həcmindən asılı olaraq heç də az məbləğ olmur. Lakin onu da bilmək lazımdır ki, müqavilənin əvvəlki dövrlərində sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisələri sizə geri qaytarılacaq məbləği əhəmiyyətli dərəcədə azalda, hətta heçə endirə bilər”, - deyə müraciətdə qeyd olunub.

Bonus-Malus (BM) sistemi – əvvəlki sığorta müqavilələri üzrə sığortalının təqsiri üzündən baş verən sığorta hadisəsinin olub-olmamasından asılı olaraq sığorta haqlarını artıran və ya azaldan güzəştlər və əlavələr sistemidir. Ümumilikdə 17 Bonus-Malus sinfi mövcuddur ki, bunlardan ilk 5-i sığorta haqqının artmasına səbəb olan Malus (cərimə) sinifləridir, 7-17-ci siniflər isə sığorta haqqının azalmasına səbəb olan Bonus (güzəşt) sinifləridir. 6-cı BM sinfi avtonəqliyyat vasitəsinə münasibətdə ilk dəfə icbari sığorta müqaviləsi bağlanılan zaman tətbiq olunur və sığorta haqqına hər hansı bir şəkildə təsir etmir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Yol polisi hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqına müraciət ünvanlayıb

Bakı Nəqliyyat Agentliyi yol hərəkətı iştirakçılarına müraciət edib (FOTO)

İnnovasiyalar Agentliyi: Azərbaycana 4 ölkəyə məxsus startaplar müraciət edib

Ötən ay Təhsil Nazirliyinə 15 minə yaxın müraciət daxil olub

Tehranda havanın çirklənməsinə görə 12 min sakin xəstəxanaya müraciət edib

AQTA pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

YAP parlamentin buraxılması ilə bağlı müraciətin detallarını açıqlayıb

“Azərişıq”: Sahibkarların obyektlərinin şəbəkəyə qoşulması ilə bağlı müraciətləri 25% artıb

Vaqif Əsədov: Bibiheybətdə sürücülər alternativ yollara yönləndirilir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vətəndaşlara müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

Bu il AERA-ya daxil olan müraciətlərin statistikası açıqlanıb

DYP: Jalüz və plyonkaların istifadəsinə görə sürücülər cərimələnməyəcək

“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

Vergilər Nazirliyi "AMV Consulting” şirkətinin müraciətini araşdırıb

Ötən ay BŞTİ-yə 12 029 müraciət daxil olub

Ötən ay Təhsil Nazirliyinə 21 528 müraciət daxil olub

Yol polisi yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66