Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

AZPROMO ilə Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

05 İyul 2017, 16:15 (GMT +4)

Bakı, 5 iyul, SalamNews, A.Bayramova. Bakı Biznes Mərkəzində AZPROMO ilə Beynəlxalq Ticarət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, memorandumda “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların qlobal dəyər zəncirlərinə inteqrasiyası, istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılması, kiçik və orta sahibkarların Avropa İttifaqı idxalçıları ilə əlaqələrinin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi və s. nəzərdə tutulur.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətə davamlı qeyri-neft məhsullarının istehsalı, ixracın genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib: "Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa dəstəyin gücləndirilməsi, sənaye parklarının və zonalarının, aqroparkların yaradılması istiqamətində mühüm işlər görülür. Bunlarla yanaşı, qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə ixrac olunan qeyri-neft nəhsulları üçün ixrac təşviqi ödənilir. Bu ilin ötən altı ayı ərzində sahibkarlara 1,3 mln. manat həcmində ixrac təşviqi ödənilib, həmçinin Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı məqsədilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər ayrılır."

Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ticarət Təşkilatının birgə agentliyi olan Beynəlxalq Ticarət Mərkəzi ilə əlaqələrin əhəmiyyətindən danışan iqtisadiyyat nazirinin müavini “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinə uyğun olaraq, hədəf bazarların araşdırılması, kiçik və orta sahibkarların istehsal etdikləri məhsulların rəqabət qabiliyyətinin artırılması, maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, qlobal dəyər zəncirlərinə inteqrasiyası, məhsulların xarici bazarlara çıxarılması, beynəlxalq elektron kommersiya platformalarına birbaşa çıxışının əldə edilməsi, kiçik və orta sahibkarlara dəstək göstərən təşkilatların potensialının gücləndirilməsi istiqamətlərində əməkdaşlığın həyata keçiriləcəyini qeyd edib.

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales rəhbərlik etdiyi təşkilat barədə məlumat verib, Azərbaycanla əməkdaşlığa başlamaqdan məmnunluğunu ifadə edib. Xanım Qonzales “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinin əhəmiyyətini vurğulayıb və bildirib ki, layihənin uğurlu icrası Azərbaycanda kiçik və orta sahibkarlara rəqabətqabiliyyətli məhsul istehsalını genişləndirməyə və xarici bazarlarla daha sıx əlaqə saxlamağa imkan yaradacaq.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Ülviyyə Abdullayeva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrindən danışıb, əməkdaşlığın genişləndirilməsi potensialını diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti, eləcə də “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinin əsas istiqamətləri və layihədə AZPROMO-nun tərəfdaş kimi görəcəyi işlər barədə məlumat verib.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Azexport" Beynəlxalq Ticarət Mərkəzi ilə təlimlərə başlayır

AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

AZPROMO: Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq

AZPROMO: Cənubi Koreyaya ixrac missiyası təşkil ediləcək

AZPROMO sərgilərdə iştiraka dair təlim keçirib

AZPROMO ilə CAR-ın Azərbaycandakı səfirliyi arasında anlaşma memorandumu imzalanıb

Qida Təhlükəsizliyi Agentliyi AZPROMO ilə əməkdaşlıq edəcək

AZPROMO ilə ZOODEL arasında anlaşma memorandumu imzalanıb

Beynəlxalq Ticarət Mərkəzi: Azərbaycanla əlaqələrin inkişafı üçün böyük potensial var

Baş nazirin müavini Əli Əhmədov Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru ilə görüşüb

Bu ilin sonuna qədər beş ixrac missiyası planlaşdırırıq - AZPROMO rəhbəri

Azərbaycan ilə Türkiyə arasındakı ticarət əlaqələri günbəgün artır - AZPROMO rəhbəri

AZPROMO və GIZ-in birgə həyata keçirdiyi “İxraca hazır ol” layihəsi başa çatıb

AZPROMO-nun İtaliya nümayəndəliyi yaradılıb

"Azpromo" ABŞ şirkəti ilə anlaşma memorandumu imzalayıb

AZPROMO tərəfindən hazırlanan “İnvestisiya layihələri” kataloqu yenilənib

AZPROMO və Şərqi Avropa ilə İqtisadi Əlaqələr üzrə Komitə arasında Anlaşma Memorandumu imzalanıb

AZPROMO-nun Çin nümayəndəliyi yaradılıb

Azərbaycan - Belarus ticarət əlaqələri inkişaf edir - "AzPromo"

Manatın devalvasiyası investisiyaların həcminə təsir göstərməyib - AzPromo

19 Sentyabr 2020, 13:16 (GMT +4)
Qvatemala prezidenti koronavirusa yoluxub

19 Sentyabr 2020, 13:13 (GMT +4)
Ölkədə iqtisadi fəal əhalinin sayı açıqlanıb

19 Sentyabr 2020, 13:00 (GMT +4)
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib

19 Sentyabr 2020, 12:51 (GMT +4)
Tramp Suriyadakı planını yenidən açıqlayıb: Neftlə bağlı kürdlərlə anlaşacağıq

19 Sentyabr 2020, 12:42 (GMT +4)
Rusiyada COVID-19 xəstələrinin sayı 1,1 milyona yaxınlaşıb

19 Sentyabr 2020, 12:39 (GMT +4)
Bakıda güclü yanğın olub (VİDEO)

19 Sentyabr 2020, 12:28 (GMT +4)
Xaçmazda polis əməliyyat keçirib

19 Sentyabr 2020, 12:08 (GMT +4)
Azərbaycanda özəl sektorun diaqnostikası hazırlanacaq

19 Sentyabr 2020, 12:08 (GMT +4)
İngiltərədə koronavirus pandemiyasının ikinci dalğası  qaçılmazdır - Boris Conson

19 Sentyabr 2020, 11:54 (GMT +4)
Sepah Trampa xitab edərək, Qasim Süleymaninin intiqamının hökmən alınacağını bildirib

19 Sentyabr 2020, 11:43 (GMT +4)
Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb

19 Sentyabr 2020, 11:31 (GMT +4)
DTX yayılan “agent” siyahısı ilə bağlı açıqlama yayıb

19 Sentyabr 2020, 11:25 (GMT +4)
Ermənistan İsraildə səfirlik açmağa qərar verib

19 Sentyabr 2020, 11:24 (GMT +4)
İran Ərbəin mərasimi üçün İraq sərhədlərinin açılmasını təkzib edib

19 Sentyabr 2020, 11:20 (GMT +4)
Zakir Həsənov vəzifəli şəxslərə tapşırıqlar verib

19 Sentyabr 2020, 11:10 (GMT +4)
Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq

19 Sentyabr 2020, 11:06 (GMT +4)
ABŞ səfiri Çini koronavirusun yayılmasında ittiham edib

19 Sentyabr 2020, 10:55 (GMT +4)
Bu gündən sentyabrın 21-dək Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyat işləməyəcək

19 Sentyabr 2020, 10:44 (GMT +4)
Üç Avropa dövləti ABŞ-ın İrana qarşı yenidən sanksiya tətbiq etmək cəhdini qınayıb

19 Sentyabr 2020, 10:35 (GMT +4)
RF Qırğızıstan, Qazaxıstan, Belarus və Cənubi Koreya ilə uçuşları bərpa edəcək

19 Sentyabr 2020, 10:10 (GMT +4)
Türkiyədə təxminən 300 min nəfər koronavirusa yoluxub

19 Sentyabr 2020, 10:10 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 36 dəfə pozub

19 Sentyabr 2020, 10:02 (GMT +4)
Məhərrəm ayı bitib, bu gündən səfər ayı daxil olur

18 Sentyabr 2020, 18:00 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatlarının məbləği açıqlanıb

18 Sentyabr 2020, 17:58 (GMT +4)
Elman Paşayevin vəkillik statusu ləğv edilib 

18 Sentyabr 2020, 17:51 (GMT +4)
Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib

18 Sentyabr 2020, 17:46 (GMT +4)
Ankara Yunanıstanla istənilən səviyyədə danışıqlara hazırdır - Ərdoğan

18 Sentyabr 2020, 17:45 (GMT +4)
YAP İcra Katibliyində videokonfrans keçirilib

18 Sentyabr 2020, 17:41 (GMT +4)
Penitensiar Xidmət Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb

18 Sentyabr 2020, 17:23 (GMT +4)
“Mənim Bakcellim” telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66