Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan QHT-ləri ermənilərin Füzulidəki vəhşiliyi ilə bağlı bəyanat yayıb

06 İyul 2017, 10:26 (GMT +4)

Bakı, 6 iyul, SalamNews. Azərbaycanın qeyri-hökumət təşkilatları Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində uşaqların və qadınların qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

SalamNews-un xəbərinə görə, bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yaradır.

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutub. Atəş nəticəsində Füzuli rayonunun Alıxanlı kəndində dağıntılar olub, kənd sakinləri - ikiyaşlı Quliyeva Zəhra Elnur qızı və 50 yaşlı Quliyeva Sahibə İdris qızı qətlə yetiriliblər, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.

Münaqişə zonasına yaxın yerləşən Azərbaycan kəndlərini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirir.

Fikrimizcə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır. BMT-nin Ermənistan hərbi birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsinin yerinə yetirilməməsi, eləcə də münaqişənin nizamlanması üzrə sülh danışıqlarını bilavasitə təşkil edən ATƏT-in Minsk qrupunun problemə ikili standartlar prizmasından yanaşması atəşkəs rejiminin daim pozulmasına və dinc əhaliyə qarşı hərbi cinayətlərin davamlı hal almasına zəmin yaradır. Mülki azərbaycanlı əhaliyə qarşı törədilən bu ağır cinayətlər Azərbaycan hökumətini və Azərbaycan Ordusunu müvafiq qaydada adekvat hərəkətlər etməyə vadar edir ki, bu da bütövlükdə regionda yeni müharibənin alovlanmasına və böyük çətinliklər hesabına əldə edilmiş qarşılıqlı əməkdaşlıq təşəbbüslərinin heçə endirilməsinə səbəb ola bilər. Biz - Azərbaycanın qeyri-hökumət təşkilatlarının rəhbərləri münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonası ətrafında uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarın yerinə oturdulması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq.”, - deyə bəyanatda vurğulanır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

Azərbaycanın Birinci vitse-prezidenti neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib

Azərbaycan və Çin ölkədə müştərək Aqrar-sənaye parkı yaradır

Azərbaycanda daha 168 binanın istismarına icazə verilib

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək

Azərbaycanda 622 689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb

Azərbaycanla İran arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

Azərbaycan və Gürcüstan elektrik enerji xətlərinin tikintisini müzakirə ediblər

Azərbaycan və Tacikistan birgə müəssisələr yaratmaq istəyir

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan və Gürcüstan yeni birgə müəssisələr yarada bilər

Əfqanıstan prezidenti Azərbaycana gələcək

Bu gün Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

Azərbaycanda külək enerjisi istehsalı 3 dəfə artıb

Azərbaycan alimləri iri çaplı pulemyotlar üçün yeni stend yaradıblar

20 Sentyabr 2019, 19:50 (GMT +4)
“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 Sentyabr 2019, 19:12 (GMT +4)
Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub

20 Sentyabr 2019, 18:01 (GMT +4)
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

20 Sentyabr 2019, 17:50 (GMT +4)
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib

20 Sentyabr 2019, 17:42 (GMT +4)
İran neft təsisatlarına edilə biləcək kiber hücumlarına qarşı tədbirləri gücləndirib

20 Sentyabr 2019, 17:30 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb

20 Sentyabr 2019, 17:11 (GMT +4)
Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır

20 Sentyabr 2019, 16:56 (GMT +4)
Türkiyə S400 sistemlərinin istifadəyə veriləcəyi zamanı açıqlayıb

20 Sentyabr 2019, 16:52 (GMT +4)
Gələn ildən Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun inşasına başlanacaq

20 Sentyabr 2019, 16:35 (GMT +4)
ƏƏSMN: 8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

20 Sentyabr 2019, 16:15 (GMT +4)
DTX və Xarici Kəşfiyyat Xidmətində çalışmış hərbi qulluqçuların pensiyaları artırılacaq

20 Sentyabr 2019, 16:04 (GMT +4)
İrana hücum olsa Hind okeanı, Aralıq və Qırmızı dənizdə də ABŞ-a cavab verəcəyik - Səfəvi

20 Sentyabr 2019, 15:58 (GMT +4)
“Qala Sığorta”nın satış coğrafiyası genişlənir

20 Sentyabr 2019, 15:52 (GMT +4)
"Azərbaycan Dəmir Yolları" hərəkətin təhlükəsizliyinə zəmanəti gücləndirir

20 Sentyabr 2019, 15:45 (GMT +4)
Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi

20 Sentyabr 2019, 15:35 (GMT +4)
Quba və Xaçmazda evlərdən qızıl oğurlayan 19 yaşlı gənc saxlanılıb

20 Sentyabr 2019, 15:03 (GMT +4)
DİN "Atəşgah" sığorta şirkətinin avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb

20 Sentyabr 2019, 14:48 (GMT +4)
Səudiyyə vurulan neft zavodunun dağıntılarının yeni görüntülərini yayımlayıb (VİDEO)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub (FOTOLAR)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:42 (GMT +4)
Ölkə ərazisində hava kəskin dəyişəcək, temperatur 8-10 dərəcə enəcək (XƏBƏRDARLIQ)

20 Sentyabr 2019, 14:01 (GMT +4)
XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

20 Sentyabr 2019, 13:46 (GMT +4)
Müəllimlərin müddətli müqavilə ilə işə qəbulunun II turunun vaxtı açıqlanıb

20 Sentyabr 2019, 13:40 (GMT +4)
Tramp Bəhreyn vəliəhdinə: 700 milyard dollarınız var, bu sizin üçün çoxdur (VİDEO)

20 Sentyabr 2019, 13:25 (GMT +4)
Uşaqlar DYP postunda “xidmət” aparıblar

20 Sentyabr 2019, 13:12 (GMT +4)
AZPROMO “Invester in Azerbaijan” layihəsini hazırlayıb

20 Sentyabr 2019, 13:03 (GMT +4)
Ağstafada 11 raket və külli miqdarda silah-sursat tapılıb

20 Sentyabr 2019, 12:38 (GMT +4)
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib

20 Sentyabr 2019, 12:24 (GMT +4)
Yəməndə Səudiyyənin bir polkovnik rütbəli zabiti daxil olmaqla 5 hərbçisi ölüb

20 Sentyabr 2019, 12:15 (GMT +4)
DGK ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66