Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"ASAN Könüllüləri"nin Binəqədi rayonundakı təcrübələri başa çatıb

13 İyul 2017, 13:55 (GMT +4)

Bakı, 13 iyul, SalamNews. “ASAN-Master 2” layihəsində iştirak edən “ASAN Könüllüləri Gənclər Təşkilatı” üzvlərinin Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçmələrinin başa çatması münasibətilə tədbir keçirilib.

İcra Hakimiyyətindən SalamNews-a verilən məlumata görə, tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, bir qrup “ASAN Könüllüləri”, eləcə də Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak ediblər.

Tədbir ASAN Könüllüsü Azər Ağayev tərəfindən açıq elan edilib, öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və iyulun 4-də erməni vandalizminin qurbanı olan 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Ağayev ASAN könüllülərinin fəaliyyəti barədə məlumat verib.

Sonra ASAN könüllülərindən Səma Tağıyeva, Elmar Kərimov və Elgün Məmmədov çıxış edərək Binəqədi rayon İcra Hakimiyyətində keçdikləri iş təcrübəsindən danışıblar, ötən müddət ərzində fərqli şöbələrdə təcrübə keçən ASAN könüllülərə göstərilən diqqət və qayğıkeş münasibətdən bəhs ediblər və bütün bunlara görə rayon İcra Hakimiyyətinin rəhbərliyinə və kollektivə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev ASAN xidmət barədə məlumat verərək bu xidmətin yaradılması ilə məmur-vətəndaş münasibətlərinə böyük töhfə verildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyevin diqqət və təşəbbüsü ilə yaradılan bu xidmətin artıq dünyada Azərbaycanın brendi kimi tanındığına toxunan Cahangir Hacıyev ölkədə uğurlu gənclər siyasətindən bəhs edib. Məhz ölkə rəhbərliyinin yaratdığı imkanlar nəticəsində bu sahədə də gənclərə böyük önəm verildiyi vurğulanıb.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva çıxışında Azərbaycanın çox sahələr üzrə böyük uğurlara imza atmasına diqqət çəkərək, bunun təkcə ölkəmizdə deyil, həm də beynəlxalq aləmdə Azərbaycana müsbət imic qazandırdığını qeyd edib. Natiq vurğulayıb ki, ASAN Xidmətin sözün həqiqi mənasında vətəndaşların işlərini asanlaşdırması bu qurumun nüfuzunu günbəgün artırıb və gənclərdə də bu sahəyə maraq oyadıb, onlar hətta könüllü kimi fəaliyyət göstərməyə başlayıblar.

O bildirib ki, ilk öncə dövlətin yaratdığı imkan və şərait sayəsində təhsil alan gənc ictimai faydalı işlə məşğul olaraq təcrübə keçdiyi quruma öz töhfəsini verir, digər tərəfdən təcrübə keçdiyi dövlət qurumunda iş həyatı ilə tanış olur, məsuliyyət, işdə daxili nizam-intizam qaydaları, subordinasiya kimi məsələləri öyrənir və bütün bunlara özləri də riayət edirlər.

Daha sonra ASAN könüllülərə sertifikatlar təqdim olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakcell Bakutel -2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi

Rusiya ABŞ-ı “korlanmış viza təcrübəsindən” imtina etməyə çağırıb

BMU-nun tələbələri üçün istehsalat təcrübələri təşkil olunur

"Dövlət şirkətlərində korporativ idarəetmə: Beynəlxalq təcrübə" mövzusunda seminar keçirilib

Dayanıqlı kənd təsərrüfatı üçün Niderland təcrübəsi öyrənilir

Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

Azərbaycanda Türkiyə təcrübəsinin geniş tətbiqinə başlanılır

Binəqədidə avtomobilin qaz xəttini qırması 40 abonenti qazsız qoyub

“Azərbaycan Dəmir Yolları” QSC könüllülər üçün təcrübə proqramı elan edib

Tədarük və təchizat sisteminin inkişafı üçün Cənubi Koreya təcrübəsində Fəaliyyət Planı hazırlanır

“Nobel Oil Services” Yay Təcrübə Proqramını yekunlaşdırıb

Peşə təhsili müəssisələrinin tələbələri yay təcrübəsinə qatılıblar

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsinə qəbulun vaxtı uzadılıb

“Azneft”də təcrübəçilərlə görüş keçirilib (FOTO)

“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edilib

Yay Təcrübə Proqramına seçilən tələbə-gənclərlə görüş keçirilib

DANX nümayəndələri Avropa İttifaqı təcrübəsi ilə tanış olacaqlar

Binəqədi rayonunda qumbara aşkarlanıb

İlin sonunadək Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi açılacaq

10 Dekabr 2019, 13:06 (GMT +4)
FHN ticarət mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb

10 Dekabr 2019, 13:03 (GMT +4)
Türkiyə Rusiya və ABŞ ilə əməkdaşlığın nəticələrindən narazıdır

10 Dekabr 2019, 12:53 (GMT +4)
Rusiyalı bir qrup iş adamı Azərbaycanda işgüzar səfərdə olub

10 Dekabr 2019, 12:38 (GMT +4)
Putin WADA-nın Rusiya ilə bağlı qərarını şərh edib

10 Dekabr 2019, 12:24 (GMT +4)
İraqda İŞİD-ə qarşı zəfərin ildönümü qeyd edilir

10 Dekabr 2019, 12:24 (GMT +4)
Nur-Sultanda Suriya ilə bağlı danışıqlar başlayır

10 Dekabr 2019, 12:22 (GMT +4)
Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib

10 Dekabr 2019, 12:08 (GMT +4)
Xalq artisti Yalçın Əfəndiyev vəfat edib

10 Dekabr 2019, 11:59 (GMT +4)
Qətərin əmiri körfəz ərəb dövlətlərinin zirvə toplantısına qatılmayıb

10 Dekabr 2019, 11:49 (GMT +4)
AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

10 Dekabr 2019, 11:40 (GMT +4)
“S-400” sistemindən imtina etməyəcəyik, o səhifə bağlandı - Ərdoğan

10 Dekabr 2019, 11:38 (GMT +4)
“EuroHome”dakı yanğınla bağlı hadisə yerinə 4 həkim briqadası göndərilib

10 Dekabr 2019, 11:35 (GMT +4)
Qusarda Azərbaycan Könüllülərinin II Həmrəylik Düşərgəsi keçirilib (FOTOLAR)

10 Dekabr 2019, 11:32 (GMT +4)
Mahmud Abbas İordan vadisinin İsrailə əlavə edilməsilə bağlı xəbərdarlıq edib

10 Dekabr 2019, 11:11 (GMT +4)
Səhiyyə Nazirliyi “EuroHome”-da baş verən yanğınla bağlı əlavə məlumat yayıb

10 Dekabr 2019, 11:06 (GMT +4)
Körfəz ərəb ölkələrinin dövlət başçıları bu gün Səudiyyədə bir araya gələcəklər

10 Dekabr 2019, 11:04 (GMT +4)
Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

10 Dekabr 2019, 11:02 (GMT +4)
Çili Hava Qüvvələrinə məxsus təyyarə Antarktidaya gedən radarlardan itib

10 Dekabr 2019, 10:48 (GMT +4)
Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

10 Dekabr 2019, 10:45 (GMT +4)
Türkiyə Əfqanıstana dəstəyini davam etdirəcək - Çavuşoğlu

10 Dekabr 2019, 10:16 (GMT +4)
Twitter Suriya prezidenti Bəşər Əsədin səhifəsini bağlayıb

10 Dekabr 2019, 10:12 (GMT +4)
Zelenski Krım və Donbassla mövzusunda güzəştə getməyi qeyri-mümkün adlandırıb 

10 Dekabr 2019, 09:52 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub

10 Dekabr 2019, 09:44 (GMT +4)
Türkiyə Əfqanıstanın təhlükəsizliyinə önəmli töhfə verib- Əfqanıstan prezidenti

10 Dekabr 2019, 09:35 (GMT +4)
İraq 3 Avropa dövləti və Kanadaya etirazını bildirib

10 Dekabr 2019, 09:34 (GMT +4)
Caspian European Club “ASK Şüşə” zavoduna biznes-tur təşkil edib

10 Dekabr 2019, 09:15 (GMT +4)
"Norman dördlüyü" liderləri Parisdə bir araya gəlib

10 Dekabr 2019, 09:14 (GMT +4)
Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb

10 Dekabr 2019, 08:47 (GMT +4)
Bakıda ticarət mərkəzi yanır (FOTO, VİDEO)

09 Dekabr 2019, 20:35 (GMT +4)
Bakıda «R-Pharm»ın yeni istehsal sahəsi açılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66