Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif olunublar - SİYAHI13 İyul 2017, 16:30 (GMT +4) Bakı, 13 iyul, SalamNews. Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
SalamNews xəbər verir ki, Sərəncamla Azərbaycan diasporunun quruculuğu sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Tərəqqi” medalı ilə
Hümbətov Surəddin Məmmədhüseyn oğlu Qasımov Kyavus Safa oğlu Məmmədov İlham Hacı oğlu Vəliyev Cavanşir İnqlab oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Kərimova Nüşabə Rəhim qızı Təbrizli Arzu Sirus qızı Zahidova Ladən Vahab qızı
Prezidentin digər sərəncamı ilə Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
|