BDYPİ: Yol-nəqliyyat hadisələrinin 49 faizini piyadaların vurulması təşkil edib17 İyul 2017, 11:20 (GMT +4) Bakı, 17 iyul, SalamNews, V.Xaməmmədqızı. Bu ilin birinci yarısında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 416-nı, yəni 49 faizini piyadaların vurulması təşkil edib.
SalamNews-un Baş Dövlət Yol Polisi İdarəsinə istinadən verdiyi xəbərə görə, bu qəzalar nəticəsində 132 piyada həlak olub, 307-si xəsarət alıb.
Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələri nəticəsində 21 uşaq və yeniyetmə həlak olub, 96 nəfər xəsarət alıb.
|