Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

“Gənc Elçilər” Xarici İşlər Nazirliyində məlumat turunda iştirak edib

21 İyul 2017, 15:51 (GMT +4)

Bakı, 21 iyul, SalamNews. “Gənc Elçilər” Proqramı çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məlumat turu keçirilib.

SalamNews xəbər verir ki, bir günlük məlumat turu çərçivəsində Xarici İşlər Nazirliyinin müxtəlif idarələrinin rəhbər nümayəndələri tərəfindən gənclərə Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri və prioritetləri barədə “Gənc Elçilərə” ətraflı məlumat verilib.

Məlumat turunun ilk sessiyası çərçivəsində Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev və Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov iştirakçıları salamlayıb. Seymur Hüseynov tərəfindən “Gənc Elçilər” Proqramının mahiyyəti və gənclərin beynəlxalq təmsilçiliyi ilə bağlı məlumat verib.

Hikmət Hacıyev çıxışında əsas prioritet olaraq ölkənin suverenliyi və müstəqilliyinin qorunmasını, bu sahədə görülən işlər, dövlət siyasəti və gənclərin rolunu vurğulayıb, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli barədə söhbət açaraq, gəncləri maraqlandıran praktiki sualları cavablandırıb. 

Növbəti sessiya çərçivəsində Xarici İşlər Nazirliyinin Təhlil və strateji araşdırmalar idarəsinin rəis müavini Hüseyn Hüseynovun iştirakı ilə “Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda müzakirələr aparılıb. Danışıqlar zamanı Ermənistanın təcavüzkarlığının regionun hərtərəfli siyasi, demokratik, sosial-iqti¬sadi inkişafına, uzunmüddətli sabitliyinə və təhlükəsizliyinə törətdiyi maneələr eyni zamanda Azərbaycan Dövlətinin münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində atdığı addımlar müzakirə olunub.

Daha sonra Nazirliyin İnsan hüquqları və demokratiya idarəsinin rəisi Fəxrəddin İsmayılovun iştirakı ilə “İnsan hüquqları və azadlıqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq” adlı seminar baş tutub. Seminarda Azərbaycan Respublikasının insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi geniş müzakirə olunub. 

Növbəti seminar İqtisadi əməkdaşlıq idarəsi, şöbə müdiri Orxan Zeynalov ilə “İqtisadi diplomatiya” mövzusunda keçirilib. Seminar müddətində İqtisadi Diplomatiya sahəsində inkişaf və dövlət maraqlarının təmin olunması barədə müzakirələr aparılmışdır. 

Məlumat turu Humanitar və sosial məsələlər idarəsi, şöbə müdiri Arif Məmmədov tərəfindən “Humanitar sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq” mövzusunda seminarla yekunlaşdırlıb. Seminarda gənclər mövzu ilə bağlı geniş məlumat alıb, fikir mübadiləsində fəal iştirak etmişlər. 

Qeyd edək ki, “Gənc Elçilər” Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçilik Proqramı Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqramın məqsədi Azərbaycanı əhəmiyyətli beynəlxalq tədbirlərdə layiqli təmsil edəcək “gənc elçilərin” yetişdirilməsi və gənclərin beynəlxalq əməkdaşlığının dəstəklənməsi, gənclər təşkilatlarının beynəlxalq əlaqələr sahəsində potensialının artırılmasıdır.

Proqramın effektiv fəaliyyətini təmin etmək üçün «3T» modeli formalaşdırılıb. Proqramın modeli 3 əsas komponentdə ibarətdir: Təlim, Təcrübə və Təmsilçilik. “Təlim” komponenti çərçivəsində iştirakçılar peşəkar təlimçilər, ekspertlər və diplomatlar tərəfindən keçiriləcək təlim və seminarların iştirakçısı olacaq. Təlimlər şəxsi inkişaf, beynəlxalq əlaqələr və diplomatiya, gənclər siyasəti və gənclərlə iş, Azərbaycanın tarixi və mədəniyyəti blokları üzrə keçirilir. “Təcrübə” komponenti vasitəsi ilə gənclər diplomatik korpus nümayəndələri, təcrübəli diplomat və siyasətçilər, beynəlxalq təşkilatların rəsmiləri ilə görüşmək və təcrübələri ilə tanış olmaq imkanı əldə edirlər.

“Təmsilçilik” komponenti çərçivəsində isə seçilmiş gənclər ölkə xaricində Azərbaycanı təmsil etmək və təcrübə əldə etmək imkanı qazanırlar.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ARGTMŞ üzvlərinin növbəti Məclisi keçirilib 

ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

ARGTMŞ-ın təşkilatçılığı ilə növbəti layihə baş tutub

ARGTMŞ “Könüllülər ili” ilə bağlı görüşlər keçirir

ARGTMŞ-ın sədr müavini Avropa Şurasının sessiyasında iştirak edib

ARGTMŞ tərəfindən müsabiqə nəticəsində hazırlanan posterlər beynəlxalq qurumlara göndərilib

ARGTMŞ-in növbəti məlumat turu Dövlət Neft Fondunda olub

Azərbaycanlıların soyqrımına dair ARGTMŞ-nın təşəbbüsü ilə həyata keçirilən onlayn fəaliyyətlər yekunlaşıb

ARGTMŞ növbəti məlumat turunu Mədəniyyət və Turizm Nazirliyində keçirib

ARGTMŞ 2017-ci ildə gənclərə işə innovativ yanaşmalar gətirəcək

ARGTMŞ nümayəndəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

ARGTMŞ illik hesabat verəcək

ARGTMŞ Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

ARGTMŞ-nin üzv təşkilatlarının nümayəndələri beynəlxalq tədbirə qatılıb

ARGTMŞ Avropa Şurasının tədbirində təmsil olunub

ARGTMŞ-ın nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

ARGTMŞ-ın təşəbbüsü ilə “ReTweet” kampaniyasına start verilib

ARGTMŞ-ın BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusu uzadılıb

ARGTMŞ daha bir gəncin Avropa Könüllülük Xidmətində iştirakına dəstək olub

ARGTMŞ-ın sədri beynəlxalq konfransda iştirak edib

26 Yanvar 2021, 17:11 (GMT +4)
Naxçıvanda bank hesablarının sayı 9% artıb

26 Yanvar 2021, 17:01 (GMT +4)
Azərbaycan və Rusiya pirotexnikləri işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsini davam etdirir (VİDEO)

26 Yanvar 2021, 16:56 (GMT +4)
Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Azərbaycanda səfərdədir

26 Yanvar 2021, 16:45 (GMT +4)
Türkiyə və Azərbaycan liderləri Şuşadakı məktəbin layihəsini təsdiqləyib - Dövlət Bahçeli

26 Yanvar 2021, 16:40 (GMT +4)
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

26 Yanvar 2021, 16:33 (GMT +4)
Mühəndis qoşunlarının şəhid olan hərbi qulluqçularının sayı açıqlanıb

26 Yanvar 2021, 16:28 (GMT +4)
İraq Ordusu İŞİD-in silah dolu tenellərini aşkarlayıb (FOTO)

26 Yanvar 2021, 16:23 (GMT +4)
Naxçıvan sahibkarlarına ötən il 38 mln. manata yaxın kredit verilib

26 Yanvar 2021, 16:20 (GMT +4)
CNN: Bayden Trampa impiçmentin uğurla nəticələnəcəyinə şübhə edir 

26 Yanvar 2021, 16:12 (GMT +4)
Naxçıvanda əhalinin sayı 461 mini ötüb

26 Yanvar 2021, 15:58 (GMT +4)
Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edilib

26 Yanvar 2021, 15:56 (GMT +4)
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edilib

26 Yanvar 2021, 15:48 (GMT +4)
Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlanıb

26 Yanvar 2021, 15:38 (GMT +4)
Xaçmazda qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb

26 Yanvar 2021, 15:27 (GMT +4)
Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb

26 Yanvar 2021, 15:15 (GMT +4)
Qarabağ böhranının həlli regionda sülh və dostluq imkanları yaradıb – Cavad Zərif

26 Yanvar 2021, 15:14 (GMT +4)
ABŞ Ali Məhkəməsi Trampa qarşı qaldırılmış korrupsiya iddialarını bağlayıb

26 Yanvar 2021, 15:06 (GMT +4)
Təhsil Nazirliyi: Heç bir müəllim məcburi peyvənd olunmayacaq

26 Yanvar 2021, 14:54 (GMT +4)
Dövlət başçısı: “Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur”

26 Yanvar 2021, 14:41 (GMT +4)
İnternatlardakı 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq isə övladlığa verilib

26 Yanvar 2021, 14:31 (GMT +4)
Prezident: Ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək

26 Yanvar 2021, 14:22 (GMT +4)
Laçın polisi qanunsuz ov edən şəxsi saxlayıb

26 Yanvar 2021, 14:15 (GMT +4)
Prezident İlham Əliyev Rəşad Nəbiyevi videoformatda qəbul edib

26 Yanvar 2021, 14:11 (GMT +4)
Lavrov: Rusiya Qarabağdakı vəziyyətlə bağlı İranla dialoqu dərinləşdirməkdə maraqlıdır

26 Yanvar 2021, 14:06 (GMT +4)
Azərbaycan əhalisinin ən çox hansı xəstəliklərdən əziyyət çəkdiyi məlum olub

26 Yanvar 2021, 13:55 (GMT +4)
Xəzər dənizində zəlzələ olub

26 Yanvar 2021, 13:52 (GMT +4)
Rusiya Baş nazirinin keçmiş müavini Sergey Prixodko vəfat edib

26 Yanvar 2021, 13:44 (GMT +4)
Cavad Zərif Moskva səfərində: Altı tərəfli əməkdaşlıq birliyi təşkil etmək niyyətindədiyk

26 Yanvar 2021, 13:40 (GMT +4)
Xırdalanda yaşayış evində baş verən partlayışla bağlı cinayət işi başlanıb

26 Yanvar 2021, 13:26 (GMT +4)
İlk dəfə olaraq, İsrail naziri Sudana rəsmi səfərə gedib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66