Bakı Şəhər Halqası SalamNews İA-nın əməkdaşını təltif edib22 İyul 2017, 16:31 (GMT +4) Bakı, 22 iyul, SalamNews. Bakı Şəhər Halqası (BŞH) 23-25 iyun tarixində Bakıda keçirilmiş "Formula 1" üzrə Azərbaycan Qran-Prisində yaxından iştirak etmiş media nümayəndələrini təltif edib.
SalamNews xəbər verir ki, təltif edilənlər arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da var.
SalamNews "Formula 1" idman yarışını yüksək səviyyədə işıqlandırdığı üçün BŞH-nin icraçı direktoru Arif Rəhimov tərəfindən "Təşəkkür Sertifikatı" ilə təltif olunub.

|