Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş olub

26 İyul 2017, 13:47 (GMT +4)

Bakı, 26 iyul, SalamNews. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Sosial Təminat Nazirliyinin və onun struktur bölmələrinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş olub. Səfərdə məqsəd sosial işin təşkili sahəsində ölkəmizin təcrübəsi, habelə Azərbaycanda yəhudilərin çoxəsrlik tarixi və mədəniyyəti ilə tanış olmaqdır.

Nazirlikdən SalamNews-a bildiriblər ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib. Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin sosialyönümlü olduğunu, ilk növbədə sosial məsələlərin həllinə, insan kapitalının inkişafına xidmət etdiyini vurğulayıb. İ.Rəhimov son illərdə respublikamızda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar, göstərilən xidmətlərin şəffaflığını və müvafiq təbəqələrə aid vətəndaşlar üçün əlçatanlığını təmin etmək üçün bu sahələrdə yaradılan elektron sistemlər barədə məlumat verib. O, bu sistemlərin mötəbər beynəlxalq qurumlar tərəfindən də qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilərək təbliğ olunduğunu qeyd edib.

Nazir müavini bildirib ki, ölkəmizdə sosial təminat sisteminin tərkib hissəsi olan sosial işin təşkili, sosial cəhətdən həssas əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sahəsində də mühüm işlər aparılır. Bu gün respublikada 1100-ə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında olmaqla stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial xidmətlərlə təmin edilirlər. Eyni zamanda, 2 min nəfərdən çox sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşağa nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində səyyar formada sosial xidmətlər göstərilir.

İ.Rəhimov Heydər Əliyev Fondunun sosial əhəmiyyətli layihələr, o cümlədən dövlət uşaq müəssisələrini bitirmiş məzunların mənzillə təminatı sahəsində görülən işlər barədə ətraflı məlumat verib. Həmçinin insan alveri qurbanlarına yardımların göstərilməsi, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahələrində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Qeyd olunub ki, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təminatı da diqqətdə saxlanılır. Nazirlikdə fəaliyyət göstərən müvafiq Komissiya tərəfindən akkreditasiya olunmuş 10 qeyri-dövlət yardım mərkəzi bu istiqamətdə fəaliyyət göstərir. Son illərdə ölkədə sosial təminat sisteminin qabaqcıl Avropa təcrübəsinə uyğun səviyyədə təkmilləşdirilməsi, bu sahədə “Sosial iş” modelinin tətbiqi yönündə aparılan işlər barədə də məlumat verilib.

İsrail nümayəndə heyətinin üzvləri Yael Aloni, Liora Qovrin və digərləri ölkələrimiz arasında dostluq münasibətlərindən, Azərbaycanda gedən inkişaf proseslərindən, eyni zamanda, multikulturalizmin həyat tərzi olmasından məmnunluqla bəhs ediblər. Qonaqlar ölkəmizdə əmək və sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, əhaliyə göstərilən elektron xidmətlərə böyük maraqlarını ifadə ediblər. Nümayəndə heyətinin üzvləri əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanda formalaşmış təcrübədən öyrənilməli çox şeyin olduğunu, iki ölkə arasında həmin sahələrdə təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə aidiyyəti fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Quba və İsmayıllı rayonlarındakı qurumlarının iş təcrübəsi ilə yaxından tanış olması da nəzərdə tutulub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - 63 yaralı var (VİDEO)

Beynəlxalq təzyiqlərdən sonra İsrail amerikalı müsəlman siyasətçinin Fələstinə girişinə icazə verib

Hizbullah İsrail hərbi gəmisinin vurulması görüntülərini yayımlayıb (VİDEO)

İsrail ABŞ Nümayəndələr Palatasının müsəlman üzvlərinin Qüdsə girişini qadağan edib

Ruhani İsrailin Hörmüzdə təhlükəsizliklə bağlı ittifaqa qatılmasına münasibət bildirib

Qəzzanın şərqində İsrail qüvvələri ilə atışmada 4 fələstinli həlak olub (VİDEO)

İran XİN İsrailin Hörmüzdə təhlükəsizlik birliyinə qoşulması istəyinə sərt reaksiya verib

İsrailin “Bney Yehuda” komandasının oyunçusu “Neftçi” ilə oyundan sonra xəstəxanaya aparılıb

Netanyahu İordan çayının qərb sahilinin bütün bölgələrinin İsrailin nəzarətinə keçiriləcəyini bildirib

İran İsrailin Hörmüzdə təhlükəsizlik birliyinə qoşulması iddialarına münasibət bildirib

ƏƏSMN Özünüməşğulluq Proqramı çərçivəsində inək və qoyun aldığı eyni şirkətlə müqavilə bağlayıb

İsrail ABŞ-ın Hörmüzlə bağlı təşkil etmək istədiyi koalisiyaya qoşulacağını bildirib

İsrail ötən ay ərzində 420 fələstinlini həbs edib

İsrail qüvvələri fələstinlilərin yürüşünə atəş açıb - 37 yaralı var

İsrail ABŞ-dan Türkiyəyə F-35 verməməsini tələb edib - KİV

İsrail Suriya ərazisini raket zərbəsi ilə hədəfə alıb

Qəzzada atışma baş verib - Üç İsrail hərbçisi yaralanıb

BMT: İsrail AA-nın fotomüxbirinin hüquqlarını pozur

ƏƏSMN: 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib

Fələstin İsrail ilə razılaşmalara son qoyulması ilə bağlı komissiya yaradıb

17 Avqust 2019, 17:00 (GMT +4)
İxtisas seçimi ərizəsini təsdiqləyən abituriyentlərin sayı 11 mini keçib

17 Avqust 2019, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

17 Avqust 2019, 16:48 (GMT +4)
Gömrükdən keçən avtomobildə qanunsuz mobil telefonlar aşkarlanıb

17 Avqust 2019, 16:36 (GMT +4)
Güləşçilərimiz dünya çempionatının dörddəbir finalına vəsiqə qazanıblar

17 Avqust 2019, 16:26 (GMT +4)
Prezident İlham Əliyev Əfqanıstanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 16:02 (GMT +4)
Yəmənin cənubunda separatçı qüvvələr hökumət binalarını təhvil verməkdən imtina edirlər

17 Avqust 2019, 16:00 (GMT +4)
Bakı polisi ictimaiyyəti dilənçiliklə mübarizəyə dəstək verməyə çağırıb

17 Avqust 2019, 15:52 (GMT +4)
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir

17 Avqust 2019, 15:15 (GMT +4)
Bakıda avtomobil yolda yanıb

17 Avqust 2019, 15:03 (GMT +4)
BƏƏ və Bəhreyn Türkiyənin Qətərdə hərbi qərargah salmasını kəskin tənqid edib

17 Avqust 2019, 15:01 (GMT +4)
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb

17 Avqust 2019, 14:47 (GMT +4)
Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

17 Avqust 2019, 14:38 (GMT +4)
Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib (FOTO)

17 Avqust 2019, 14:25 (GMT +4)
ABŞ Məhkəməsi sərbəst buraxılan İran neft gəmisinin yenidən saxlanılması haqda hökm çıxarıb

17 Avqust 2019, 14:16 (GMT +4)
Bakı metrosunda 3 ay istifadəsiz qalan eskalatorun təftişi başa çatıb

17 Avqust 2019, 13:51 (GMT +4)
"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb

17 Avqust 2019, 13:34 (GMT +4)
Azərbaycan güləşçisi dünya çempionatında finala yüksəlib

17 Avqust 2019, 13:24 (GMT +4)
Husilər Səudiyyənin iki mühüm neft yatağını vurduqlarını bəyan ediblər

17 Avqust 2019, 13:13 (GMT +4)
Bakıda 7 otaqlı evdə yanğın olub

17 Avqust 2019, 13:13 (GMT +4)
Azərbaycan neftinin qiyməti artıb

17 Avqust 2019, 12:54 (GMT +4)
AQTA antisanitar şəraitdə süd istehsal edən sexin fəaliyyətini məhdudlaşdırıb (FOTO)

17 Avqust 2019, 12:30 (GMT +4)
Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

17 Avqust 2019, 12:12 (GMT +4)
Nigeriya şiələrinin lideri Hindistandan qayıtdıqdan sonra yenidən həbs edilib

17 Avqust 2019, 12:11 (GMT +4)
BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalanıb

17 Avqust 2019, 11:47 (GMT +4)
Ukraynada oteldə baş verən yanğın nəticəsində azı 8 nəfər həyatını itirib (VİDEO)

17 Avqust 2019, 11:38 (GMT +4)
Sabah Bakıda havanın temperaturu 34 dərəcəyə kimi yüksələcək

17 Avqust 2019, 11:26 (GMT +4)
Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2019, 11:25 (GMT +4)
Suriya Ordusu strateji Xan-Şeyxun şəhərinin 3 km-ə çatıb (VİDEO)

17 Avqust 2019, 11:07 (GMT +4)
Azərbaycanda 2019/2020 futbol mövsümünə start verilib

17 Avqust 2019, 10:52 (GMT +4)
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan olunub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12