Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb

26 İyul 2017, 13:36 (GMT +4)

Bakı, 26 iyul, SalamNews. Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə bəyanat yayıb.

SalamNews-un məlumatına görə, bəyanatda deyilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir.

Bəyanatda deyilir: "Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri ilə yanaşı yaşayış məntəqələrindəki dinc əhali və mülki obyektlər də qəsdən və sistematik şəkildə Ermənistan silahlı qüvvələri tərəfindən hədəfə alınır. Bütün beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə qınanılan Ermənistanın bu kimi qəddar əməllərinin nəticəsində 4 iyul tarixində Füzuli rayonunun Alxanlı kəndində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülməsi, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması hər kəsə bəllidir.

25 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edilib və əldə hazırlanmış yandırıcı-partlayıcı və metal elementlərlə doldurulmuş mərmilər silahlı qüvvələrimizin mövqelərinə atılıb".

Bəyanatda bildirilir ki, Ermənistanın iyun və iyul aylarında daha da intensivləşən bu təxribatları sıradan olan adi hallar olmayaraq, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri, münaqişənin həlli üzrə görüşlər və Azərbaycan, ATƏT-in Minsk Qrupunun həmsədrləri və beynəlxalq ictimaiyyət tərəfindən səsləndirilən substantiv danışıqlara ciddi çağırışlar fonunda sistematik şəkildə və qəsdən törədilir. Həmçinin Ermənistanın bu kimi çirkin niyyətli əməlləri siyasi təhrikçi addımlarla müşayiət olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin saxta “parlamenti”ndə 19 iyul tarixində beynəlxalq ictimaiyyət tərəfindən rədd edilən “prezident” seçkisinin keçirilməsi bunun əyani sübutudur.

Beləliklə, hadisələrin inkişaf xronikası bir daha onu sübut edir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyi ilə münaqişənin ciddi danışıqlar yolu ilə həlli istiqamətində səyləri artırdığı halda, Ermənistan danışıqlar prosesini pozmaq, işğala əsaslanan status-kvonu saxlamaq və qəsdən vəziyyəti gərginləşdirmək məqsədilə təxribatlara əl atır. Ermənistanın bu əməlləri əvvəllər olduğu kimi, amma daha güclü və ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır. Əks təqdirdə, Ermənistan cəzasız qaldığını görərək yeni hərbi avantüralara əl atacaqdır.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq Azərbaycana qarşı apardığı müharibə və Azərbaycan ərazilərinin işğalının bu günədək davam etdirməsi nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozur, eyni zamanda regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir.

Münaqişəyə son qoymaq, sülh və əmin-amanlığı təmin etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması mütləq şəkildə labüddür.

Ermənistanın təbliğat maşınının yalançı səylərinə baxmayaraq təkzibolunmaz faktlar onu göstərir ki, məhz Ermənistan və onun silahlı qüvvələri Azərbaycana qarşı təcavüz edib, onun ərazilərini işğal edib və əhalisinə qarşı etnik təmizləmə törədib.

Ermənistanın təxribatlarının qarşısını almaq və qoşunların təmas xətti boyunca Azərbaycanın mülki əhalisinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri bütün lazımı tədbirləri görür və bundan sonra da görəcəkdir.

Bir daha bəyan edirik ki, Ermənistanın törətdiyi təxribatlara və Azərbaycana qarşı davam edən işğalın nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür, deyə bildirilir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Xarici İşlər Nazirliyi seçkilərlə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb

Xarici İşlər Nazirliyi Dağlıq Qarabağa səfər etmiş 3 Ukrayna vətəndaşı ilə bağlı qərar qəbul edib

Xarici İşlər Nazirliyi: Ermənistan XİN Azərbaycanı ittiham edə biləcək subyektlər sırasında ən sonuncudur

İran Xarici İşlər Nazirliyi yeni sözçüsünü  təyin edib

İran Xarici İşlər Nazirliyi Britaniyaya kəskin etirazını bildirib

Xarici İşlər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

Liviya Xarici İşlər Nazirliyində partlayış törədilib – Ölən və yaralananlar var

Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nə cavab verib

İran Xarici İşlər Nazirliyi ABŞ-ın Qüdslə bağlı qərarı barədə bəyanat yayıb

“Gənc Elçilər” Xarici İşlər Nazirliyində məlumat turunda iştirak edib

Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub göndərib

Türkiyə səfiri İsrail Xarici İşlər Nazirliyinə çağırılıb

Azərbaycan Xarici İşlər Nazirliyi Şuşa şəhərinin işğalı ilə bağlı bəyanat yayıb

Yunanıstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Xarici İşlər Nazirliyi "Şən və Hazırcavablar" Klubu ilə bağlı bəyanat yayıb

Rusiya və İran səfirləri Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə çağırılıblar

Elmar Məmmədyarov Hamburqda Finlandiyanın Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb

Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb

26 May 2020, 16:28 (GMT +4)
Abşeronda avtomobil qaçıran şəxs saxlanılıb

26 May 2020, 16:25 (GMT +4)
Braziliya koronavirusdan ölənlərin sayına görə ABŞ-ı qabaqlayıb

26 May 2020, 16:05 (GMT +4)
ÜST koronavirusun mənşəyini öyrənmək üçün Çinə missiya göndərəcək

26 May 2020, 16:00 (GMT +4)
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

26 May 2020, 15:43 (GMT +4)
DYP Sumqayıtda 5 nəfərin ölümü ilə bağlı məlumat yayıb

26 May 2020, 15:41 (GMT +4)
Azərbaycan və Türkiyə: ortaq maraqlar, fərqli gələcək

26 May 2020, 15:25 (GMT +4)
Rusiyada COVİD-19 virusuna yoluxanların sayı 362 342 nəfərə çatıb

26 May 2020, 14:56 (GMT +4)
Umayra Tağıyeva: Havanın temperaturu gündən-günə yüksələcək

26 May 2020, 14:43 (GMT +4)
Rusiya iyunun 1-dən etibarən daxili turizmdəki məhdudiyyətləri aradan qaldırmağa başlayacaq

26 May 2020, 14:11 (GMT +4)
ARGTMŞ gənclər təşkilatları üçün vebinarlar təşkil edir

26 May 2020, 14:00 (GMT +4)
BNA və Bakı Şəhər Baş Polis İdarəsi birgə tədbirlərə başlayıb

26 May 2020, 13:31 (GMT +4)
Putinin mətbuat katibi xəstəxanadan evə buraxılıb

26 May 2020, 13:05 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

26 May 2020, 12:47 (GMT +4)
Çində içində naməlum maye olan qədim qab tapılıb

26 May 2020, 12:21 (GMT +4)
Boris Conson koronavirusdan sonra görmə qabiliyyətinin zəiflədiyini açıqlayıb

26 May 2020, 12:04 (GMT +4)
Əlahiddə Ümumqoşun Ordunun qabaqcıl kəşfiyyatçıları güclərini sınayıblar

26 May 2020, 11:58 (GMT +4)
Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb

26 May 2020, 11:46 (GMT +4)
Naxçıvan-Bakı aviareysinin açılması ilə bağlı müraciət edilib

26 May 2020, 11:26 (GMT +4)
Dünyada koronavirus qurbanlarının sayı artaraq 346,893 nəfərə çatıb

26 May 2020, 11:01 (GMT +4)
Gömrük Akademiyasında imtahanlar onlayn qaydada keçirilir

26 May 2020, 10:47 (GMT +4)
Dünya COVID-19 pandemiyasının ilk dalğasının hələ ortasındadır - ÜST

26 May 2020, 10:12 (GMT +4)
Rusiyada helikopterin sərt enişi zamanı 4 nəfər ölüb - VİDEO

26 May 2020, 10:02 (GMT +4)
Türkiyədə koronavirusdan sağalanların sayı 120 mini ötüb

25 May 2020, 20:40 (GMT +4)
İranda İmam Rzanın və həzrət Məsumənin ziyarətgahları açılıb (VİDEO)

25 May 2020, 18:05 (GMT +4)
Deputat Musa Qasımlı gənclərlə görüşəcək

25 May 2020, 17:50 (GMT +4)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda uşaq bağçası istifadəyə verilib

25 May 2020, 17:25 (GMT +4)
Prezident Pir Ömər Sultan ziyarətgahında görülən işlərlə tanış olub (FOTO)

25 May 2020, 17:18 (GMT +4)
Gənclər Təşkilatı “Tütünsüz həftə” adlı onlayn kampaniya keçirir

25 May 2020, 17:00 (GMT +4)
Prezident Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalar ilə tanış olub

25 May 2020, 16:48 (GMT +4)
Lukaşenko Belarusda pandemiyanın ikinci dalğasına hazırlaşmağa çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66