Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Qüds və Qarabağ fərqli coğrafiyalarda aparılan, mahiyyəti eyni olan işğallardır - Hacı İlqar İbrahimoğlu (MÜSAHİBƏ)

29 İyul 2017, 13:55 (GMT +4)

Bakı, 29 iyul, SalamNews, S.Vaqifoğlu. Yaxın Şərqdə müsəlmanların birinci qibləsi olan əl-Əqsa məscidi ətrafında gərginlik davam edir. Belə ki, İsrailin Silahlı Qüvvələri ilə müsəlmanlar arasında mütəmadi qarşıdurmalar baş verir. Nəticədə isə çoxlu sayda insan həlak olur və yaralanır.

Mövzu ilə bağlı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı İlqar İbrahimoğlu SalamNews-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Qüdsdə nə baş verir?

- Bağışlayan və mehriban Allahın adı ilə! Ümumiyyətlə hal-hazırda müasir dünyada baş verən prosesləri ayrılıqda dəyərləndirmək mümkün olmaz. Ona görə son dövrlərdə dünyada nə baş verdiyinə diqqət etmək lazımdır ki, Qüdsdə baş verənlərin də fərqinə varaq. Son aylarda İraq və Suriya ordusu təkfirçiləri köklü və uğurlu şəkildə məğlubiyyətə uğratdı. Bu, əslində, təkcə İraq və Suriya ordusunun deyil, islam ümmətinin qələbəsidir. Bu o anlama gəlir ki, Allahın lütfü ilə, imanlı insanların iradəsi ilə təkfirçiləri yer üzərindən təmizləmək mümkündür. Burada sual ortaya çıxır. Təkfirçilik özü necə yaranıb? Təbii ki, təkfirçiliyin özü sionizmin proyektlərindən biridir. Bu, eyni zamanda sionist İsrail rejimi tam kənarda qalsın deyə, müsəlmanların fikrini başqa bir tərəfə yönəltmək və daxili qarşıdurma yaratmaq üçün bir plandır.  Bu mənada, Qüdsdə baş verənlər sözügedən konteksdə dəyərləndirilməlidir. Qüdsdə olan zülmlər davamlı şəkildə baş verir. Sadəcə bəzən ictimaiyyətə çıxa bilir, bəzən isə yox. Hesab edirəm ki, son hadisələrə – Əqsa məscidi ətrafında baş verənlərə ictimaiyyətin və medianın da diqqətinin yönəlməsi müsəlman dünyasının daxilində hal-hazırda nisbətən qarşıdurmaların azaldılması, bir çox amillərin də üst-üstə düşməsinə səbəb oldu. Əvvəllər bundan da çox cinayətlər baş verib, lakin mediada yetərincə işıqlandırılmadığından kölgə altında qalıb. Hal-hazırki dövrdə baş verən proseslər keçmişə nəzərən daha sürətli şəkildə mediada yayımlanır. Bu isə islam dünyasınının güclü şəkildə reaksiya göstərməsinə təsir göstərir. Ona görə də Qüdsdə, Əqsa məscidi ətrafında baş verənlər davamlı olaraq dövlət terroru həyata keçirən bir rejimin gündəlik və yeni bir səhifəsidir. Baş verən proseslər mahiyyətcə nəbz yoxlamaqdır. Nəbz yoxlamadan aydın oldu ki, həm fələstinlilər əvvəlki mövqelərində durublar, həm də İsrail rejimi üçün Fələstin məsələsi prioritetdə ilk sırada duran mövzudur. Ümid edərəm ki, inşallah, bu məsələdə İslam dünyası fövqəladə bir performans ortaya qoya biləcək.

- Son zamanlar Qüds hadisələrində Türkiyənin reaksiyasını və bu məsələyə İranın daimi münasibətini bilirik, bəs digər müsəlman ölkələrinin vəzifəsi barədə nə deyə bilərsiz?

- Təəssüflər olsun ki, İran və Türkiyə xaric bu mövzuda aydın və yetərincə mövqe ortaya qoyan yoxdur. Amma buna baxmayaraq mövcud durumda hamının diqqəti Qüdsə yönəlir. Bu situasiyada Səudiyyə rejiminin mahiyyəti açıq-aydın özünü göstərir. Elə ki, İsrail-sionist rejimi mövzusu gündəmə gəlir, səsi çıxmır, amma öz cılız maraqları gündəmə gəldikdə fəallıq göstərirlər. Fələstin məsələsi gündəmə gələn vaxtı Səudiyyə rejiminin istər Yəmənə qarşı, istərsə də Qətərə qarşı apardığı özünəməxsus hegomonluq siyasəti ciddi zədə alır.

- Qüds-Qarabağ problemini birləşdirən cəhət hansıdır?

- Qüds və Qarabağı birləşdirən cəhər ondan ibarətdir ki, hər ikisi işğala, təcavüzə məruz qalıb. Bundan əlavə hər iki məsələ beynəlxalq rəsmi sənədlərdə öz sübutunu tapıb, lakin, təəssüf ki, həyata keçirilməyib. Bir sözlə, Qüds-Qarabağ fərqli coğrafiyalarda aparılan mahiyyəti eyni olan bir işğaldır. Ona görə də biz həmişə Qüds Gününü elə Qarabağ Günü hesab edirik.

- Problemin həllini nədə görürsünüz?

- Nə vaxta qədər dünya sionist rejiminin verdiyi gündəmlə idarə olunacaq, nə vaxta qədər Tramp tipli fərdlərin administrasiyaları dünyada insan haqları və demokratiya dərsləri keçəcək, o zamana qədər də mövcud xoşagəlməz situasiya davam edəcək. Əslində, bu, günün lətifəsidir ki, Tramp administrasiyası insan haqları və demokratiyadan danışır. Çıxış yolunu onda görürəm ki, yeni dünya gündəminin düzənlənməsində müsəlman dünyası daha aktiv yol tutmalıdır. İran və Türkiyənin birgə hərəkət etməlidir. Bu gün dünya kulturoloji paradiqmalarla mərkəzə doğru gedir. Burada Çin faktoru, Rusiya faktoru, Avropa faktoru var. Hesab edirəm ki, dünyada sionizmin, ABŞ-ın maraqları ilə məhdudlaşan bir düzən olmamalıdır. Azərbaycana gəldikdə isə, ölkəmiz bu məsələlərdə haqlının tərəfindədir. Bir sözlə, Azərbaycan işğala, təcavüzə məruz qalmış bir ölkə kimi həm məzlumdur, həm də Qüds məsələsində məzlumun yanında yer almalıdır. Düşünürəm ki, getdikcə gələcək perspektivdə bu xətt daha da güclənəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə indiyədək 286 nəfər uğur qazanıb

İsrail işğal edilən Qüds şəhərində 8,300 mənzildən ibarət yeni massiv salır

İlqar İbrahimoğlu: Köklü dəyişikliklər üçün unikal şans yaranmışdır

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin onlayn müsahibə mərhələsinə müraciət müddəti başa çatıb

İsrail Qüdsün şimalında həbslər həyata keçirib, dörd fələstinli güllə yarası alıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib

Prezident İlham Əliyev “BBC News”a müsahibə verib

Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib

Türkiyədə Qüdslə bağlı böyük konfrans keçiriləcək

Prezident İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibə verib

İsrail cari ildə Qüdsün Şərqində fələstinlilərin 129 evini söküb

Prezident İlham Əliyev alman telekanalına müsahibəsində müharibəni dayandırmağın yolu barədə fikirlərini açıqlayıb

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibə davam edir: indiyədək 106 namizəd uğur qazanıb

Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib

Vakant dövlət qulluğu vəzifələri üzrə müsahibədə 93 namizəd uğur qazanıb

Prezident İlham Əliyev Rusiyanın "İnterfaks" agentliyinə müsahibə verib

Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib

İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib

Azərbaycan səfiri İran qəzetinə müsahibəsində Ermənistanın son hərbi təxribatlarından danışıb

Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

16 Yanvar 2021, 13:15 (GMT +4)
Bakıya qar yağacaq

16 Yanvar 2021, 13:07 (GMT +4)
Rusiyada son sutkada 24 092 nəfərdə koronavirusa yoluxma aşkarlanıb

16 Yanvar 2021, 13:00 (GMT +4)
Nazirlik: Zəfər muzeyinin yerləşəcəyi məkan hələlik müəyyənləşməyib

16 Yanvar 2021, 12:52 (GMT +4)
YAP-ın təşəbbüsü ilə qanvermə aksiyası keçirilib

16 Yanvar 2021, 12:43 (GMT +4)
Azərbaycanda qaz sayğaclarının uzaqdan oxunmasına start verilib (VİDEO)

16 Yanvar 2021, 12:40 (GMT +4)
Əfqanıstanın Hərat şəhərində polisə hücum edilib, azı 13 ölü var

16 Yanvar 2021, 12:33 (GMT +4)
Gürcüstanda 1236 yeni koronavirusa yoluxma aşkar edilib

16 Yanvar 2021, 12:24 (GMT +4)
Operativ Qərargah beynəlxalq və ölkədaxili uçuşlar bağlı məlumat yayıb

16 Yanvar 2021, 12:13 (GMT +4)
TƏBİB: Koronavirusa qarşı mütləq ikinci doza peyvənd vurulmalıdır

16 Yanvar 2021, 12:04 (GMT +4)
Şahmar Mövsümov: Məktəblərin açılması ilə bağlı gələn həftə müvafiq qərarlar açıqlanacaq

16 Yanvar 2021, 11:54 (GMT +4)
ÜST beynəlxalq səyahət üçün peyvənd tələb edilməməsini tövsiyə edir

16 Yanvar 2021, 11:52 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxanların təxmini sayı açıqlanıb

16 Yanvar 2021, 11:42 (GMT +4)
Tramp İsraillə münasibətləri rəsmiləşdirdiyinə görə Mərakeş kralına orden verib

16 Yanvar 2021, 11:41 (GMT +4)
Azərbaycanda vaksinasiya yanvarın 18-də başlayacaq

16 Yanvar 2021, 11:31 (GMT +4)
Pompeo Çinin koronavirus haqqında məlumatları gizlətməyə davam etdiyini iddia edib

16 Yanvar 2021, 11:22 (GMT +4)
Təbrizdə Həzrət Fatimeyi-Zəhraya (ə) və Qarabağ şəhidlərinə həsr edilmiş mərasim keçirilib

16 Yanvar 2021, 11:12 (GMT +4)
Karantin rejimində yas yerlərində iştirakla bağlı yeni qərar açıqlanıb

16 Yanvar 2021, 11:03 (GMT +4)
Həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət davam edəcək

16 Yanvar 2021, 10:57 (GMT +4)
Qərargah: Bərbərxana və gözəllik salonları açılır

16 Yanvar 2021, 10:52 (GMT +4)
Malidə BMT sülhməramlısı tankerin partlaması nəticəsində ölüb

16 Yanvar 2021, 10:51 (GMT +4)
Azərbaycanda “SMS” icazə ləğv olunur

16 Yanvar 2021, 10:49 (GMT +4)
Fevralın 1-dən kafe, restoran və digər məkanlarda müştərilərə yerində xidmətlər bərpa olunur

16 Yanvar 2021, 10:45 (GMT +4)
İran ABŞ bazasına hücumün yeni görüntülərini yayımlayıb (VİDEO)

16 Yanvar 2021, 10:36 (GMT +4)
Azərbaycanda sərt karantin rejimi yumşaldılır

16 Yanvar 2021, 10:24 (GMT +4)
"WhatsApp" qalmaqala görə istifadəçi müqaviləsi yeniləməsini təxirə salıb

16 Yanvar 2021, 10:23 (GMT +4)
Fələstində parlament və prezident seçkilərinin vaxtı açıqlanıb

16 Yanvar 2021, 10:15 (GMT +4)
Paytaxt küçələri yenidən dezinfeksiya edilib (FOTO)

16 Yanvar 2021, 10:05 (GMT +4)
Donald Tramp Administrasiyası Ağ Evi tərk etməmişdən öncə İrana yeni sanksiyalar tətbiq edib

16 Yanvar 2021, 10:00 (GMT +4)
TƏBİB vaksinlərin təhlükəli olması ilə bağlı şayiələrə aydınlıq gətirib

15 Yanvar 2021, 18:00 (GMT +4)
RİİB-in Qarabağ regional bölməsi bundan sonra Şuşa şəhərində fəaliyyət göstərəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66