Polkovnik Vaqif Əsədov növbəti mükafata layiq görülüb01 Avqust 2017, 09:00 (GMT +4) Bakı, 1 avqust, SalamNews, A.Kərimov. Bakıda "Zirvə" mükafatlandırma mərasimi keçirilib.
SalamNews xəbər verir ki, mərasimdə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da mükafatlandırılıb.
Mükafatlandırma zamanı V.Əsədov təşəkkürünü ifadə edib:
"Diqqətinizə görə təşəkkür edirəm. Hesab edirəm ki, bu mükafat yalnız mənə deyil, bütün Dövlət Yol Polisinin əməkdaşlarına şamil olunub. Çünki bu cür tədbirin təşkil olunmasında və sizlərin burada rahat və təhlükəsiz iştirak etmənizdə yol polisinin rolu böyükdür".
Qeyd edək ki, polkovnik Vaqif Əsədov ötən ay da “Brend Media” jurnalı tərəfindən “Polis jurnalisti” nominasiyası üzrə mükafata layiq görülmüşdü.
|