Moskvada sərxoş desantçı canlı yayımda NTV müxbirinə zərbə endirib (VİDEO)02 Avqust 2017, 17:43 (GMT +4) Bakı, 2 avqust, SalamNews, C.Nəzərov. Sərxoş desantçı canlı yayımda NTV müxbiri Nikita Razvozjayevə hücum edib.
SalamNews-un NTV-yə istinadla verdiyi xəbərə görə, hadisə Moskvanın Qorki parkında baş verib. Burada bu gün Hava Desant Qoşunlarında xidmət edənlər peşə bayramlarını qeyd edirlər.
Kadrlarda keçmiş desantçının müxbirin üzünə zərbə endirdiyi görünür. Hadisə ilə əlaqədar reportajı dayandırmaq lazım gəlib.
Hücum nə üçün Hava Desant Qoşunlarının “elit” qoşun adlandırıldığı barədə danışılarkən edilib.
Hücum edən şəxs artıq saxlanılıb. Onun müqavimət göstərdiyi bildirilir.
|