Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Binəqədidə növbəti məlumat saatı keçirilib 

03 Avqust 2017, 16:18 (GMT +4)

Bakı, 3 avqust, SalamNews. Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda “Məlumat saatı” keçirilib.

İcra Hakimiyyətindən SalamNews-a verilən məlumata görə, məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev, RİH başçısı Aparatının şöbə müdirləri və əməkdaşları, rayon bələdiyyələri, rayon icra nümayəndəlikləri, rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov və əməkdaşları, ASAN Könüllülər və YAP Binəqədi rayon təşkilatının gənc fəalları iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov məlumat saatının proqramı haqqında məlumat verib. Sonra Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev çıxış edərək Bilik Fondunun fəaliyyəti haqqında geniş məlumat verib. Natiq qeyd edib ki, Bilik Fondu ölkə rəhbərinin apardığı uğurlu siyasəti yerlərdə təbliğ etmək və maarifləndirmə işləri aparmaq missiyasını qarşıya əsas hədəf qoyub.

Sonra Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisad elmləri doktoru Rasim Nəbiyev “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda məruzə ilə çıxış edib. Natiq vurğulayıb ki, Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.

Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilmiş, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Məhz bu səbəbdən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutularaq, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli sərəncamı imzalanıb.

Mühazirədən sonra məlumat saatı mövzu əsasında müzakirələrlə yekunlaşıb. Bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlıq çərçivəsində bu cür müxtəlif mövzularda mühazirələr davamlı keçiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Binəqədi və Şəmkirdə qaz xətlərinin təchizat mənbəyinə birləşdirilməsinə başlanılır

Binəqədidə avtomobilin qaz xəttini qırması 40 abonenti qazsız qoyub

Binəqədi rayonunda qumbara aşkarlanıb

İlin sonunadək Binəqədi rayonunda yeni peşə təhsili mərkəzi açılacaq

Binəqədi rayonunda 15 küçədə təmir-bərpa işləri aparılıb

Binəqədidə uzunluğu 12 km-dən çox olan yol və küçə təmir edilir

Binəqədi rayonu, 28 May qəsəbəsinin yolları yenidən qurulur

Binəqədidə 12 dilənçi saxlanılıb

Bakının Binəqədi rayonunda elektrik enerjisi şəbəkəsi yenidən qurulur

Binəqədi Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb

Prezident Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi avtomobil yolunu birləşdirən yeni yolun açılışında iştirak edib

Binəqədidə mağazada yanğın baş verib

Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı olub

Binəqədi rayonundakı 115 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub

Sumqayıt və Binəqədidə qaz olmayacaq

Binəqədidə rayon sakinləri ilə görüş keçirilib

Binəqədidə mənzildən qadın meyiti tapılıb

Binəqədidə metal oğrusu tutulub

Binəqədi rayonuna yeni icra başçısı təyin edilib

Xırdalan-Binəqədi yolu bağlanır

05 Dekabr 2019, 19:03 (GMT +4)
Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

05 Dekabr 2019, 18:30 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

05 Dekabr 2019, 18:01 (GMT +4)
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 17:51 (GMT +4)
Əbülfəz Xamedov: Qazaxıstanda Ulu Öndərin adına park salınacaq

05 Dekabr 2019, 17:46 (GMT +4)
Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

05 Dekabr 2019, 17:44 (GMT +4)
Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

05 Dekabr 2019, 17:29 (GMT +4)
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

05 Dekabr 2019, 17:27 (GMT +4)
Netanyahu və Pompeo «İran İmperiyasının zəiflədilməsi»ni müzakirə ediblər

05 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya istehsalı MiG-29 qırıcısı Misirdə qəzaya uğrayıb

05 Dekabr 2019, 17:09 (GMT +4)
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 16:57 (GMT +4)
Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

05 Dekabr 2019, 16:56 (GMT +4)
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

05 Dekabr 2019, 16:37 (GMT +4)
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

05 Dekabr 2019, 16:34 (GMT +4)
Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

05 Dekabr 2019, 16:29 (GMT +4)
“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

05 Dekabr 2019, 16:28 (GMT +4)
İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:18 (GMT +4)
"Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb

05 Dekabr 2019, 16:16 (GMT +4)
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 16:13 (GMT +4)
Bağdad və Kərbəlada iğtişaşları pisləyən aksiyalar keçirilib (FOTO)

05 Dekabr 2019, 16:03 (GMT +4)
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

05 Dekabr 2019, 15:43 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır - Çavuşoğlu

05 Dekabr 2019, 15:38 (GMT +4)
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:33 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

05 Dekabr 2019, 15:23 (GMT +4)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

05 Dekabr 2019, 15:05 (GMT +4)
Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

05 Dekabr 2019, 15:04 (GMT +4)
Məşhəddə prospektin üzərindən keçən piyada körpüsü uçub, yaralananlar var

05 Dekabr 2019, 14:54 (GMT +4)
Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

05 Dekabr 2019, 14:53 (GMT +4)
Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir 

05 Dekabr 2019, 14:23 (GMT +4)
Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

05 Dekabr 2019, 14:20 (GMT +4)
Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlığı inkişaf etdirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66