Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Hərracda 4 kiçik dövlət müəssisəsi və 5 qeyri-yaşayış sahəsi özəlləşdirilib - ƏMDK

08 Avqust 2017, 15:50 (GMT +4)

Bakı, 8 avqust, SalamNews. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərracını keçirib.

Komitədən SalamNews-a bildiriblər ki, əvvəlki hərraclarda olduğu kimi bu hərracda da dövlət əmlakının özəlləşdirilməsinə, habelə hərracların keçirilməsi prosesinə investorlar və ictimai maraq kifayət qədər böyük olub. Bu dəfəki hərracda 4 kiçik dövlət müəssisəsi, 5 qeyri-yaşayış sahəsi, bir yarımçıq tikili özəlləşdirilib.

Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 kiçik dövlət müəssisəsi, 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib. Paytaxda özəlləşdirilən qeyri-yaşayış obyekti, Yasamal, Sabunçu və Nərimanov rayonlarında yerləşir.

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Özəlləşdirilən kiçik dövlət müəssisəsi Ağcəbədi, Xızı, Lənkəran, Qobustan rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Lənkəran rayonunda yerləşən Avtodəstə olub. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi 11 min 383 kvadratmetr, ümumi faydalı sahəsi isə 521 kvadratmetrə yaxındır. Əlverişli olması ilə seçilən daha bir kiçik dövlət müəssisəsi Xızı rayonunda yerləşən Yanacaq doldurma məntəqəsidir. Həmin əmlakın torpaq sahəsi 3 min kvadratmetr, ümumi faydalı sahəsi isə 93,6 kvadratmetr təşkil edir. Xızı rayonunda yerləşən Yanacaq doldurma məntəqəsi potensial gəlir mənbəyi olmaqla alıcısı üçün əlverişlidir.

Bölgələrdə özəlləşdirilən 2 qeyri-yaşayış sahəsi müvafiq olaraq Qobustan və Zərdab rayonunda yerləşir. Qobustanda yerləşən qeyri-yaşayış obyektinin torpaq sahəsi 96 kvadratmetr, ümumi faydalı sahəsi isə 65,2 kvadrat təşkil edir. Zərdab rayonunda olan əmlakın isə ümumi faydalı sahəsi 28 kvadratmetr təşkil edir, ümumilikdə respublika üzrə özəlləşdirilən qeyri-yaşayış obyektlərinin sahələri 28 kvadratmetr ilə 114,7 kvadratmetr arasında dəyişir.

Regionlarda özəlləşdirmə prosesinin sürətlənməsi buranın sosial-iqtisadi inkişafına müsbət təsir edir. Bölgələrdə özəlləşdirilən hər bir əmlak yeni iş yerinin açılması, məşğulluğun səviyyəsinin artması deməkdir. Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Nərimanov rayonunda yerləşən sahəsi 30 kvadratmetrə yaxın olan qeyri-yaşayış obyektidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r 

Hərracın keçirilməsində məqsəd dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması, əmlaklara investisiyaların cəlb edilməsidir. Özəlləşdirilən iri, orta və kiçik portfelli müəssisələrə, qeyri-yaşayış obyektlərinə müxtəlif həcmdə investisiyalar yatırılır. Onlar biznesə cəlb olunur və ya digər qanunla icazə verilmiş gəlir mənbələrinə çevrilir. İnvestisiyalar hesabına belə müəssisə və obyektlərin maddi-texniki bazası yenidən qurulur, yeni sistemlər və texnologiyalar tətbiq olunur. Fəaliyyəti yenidən tam gücü ilə bərpa edilən müəssisələrə yeni işçilər cəlb edilir. Bu isə öz növbəsində ölkədəki iqtisadi aktivliyə öz müsbət təsirini göstərmiş olur. Mühüm üstünlük isə hərracda satılan əmlaklara qısa müddət sonra mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarışın verilməsidir.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Bura iri müəssisələrlə yanaşı kiçik obyektlər və nəqliyyat vasitələri daxildir. Müəssisələr sənaye, tikinti, xidmət, nəqliyyat və digər iqtisadi sahələri əhatə edir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur.

Hərracda istənilən şəxs iştirak etmək hüququna malikdir. Bunun üçün vətəndaşın Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş verməsi kifayətdir. Sifarişçi portal vasitəsilə hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə məlumatları əldə edə bilər.

Komitə tərəfindən növbəti belə hərrac avqustun 15-də keçiriləcək. Vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 196 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 75-i kiçik dövlət müəssisə və obyekti, 101-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si isə səhmdar cəmiyyətləridir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib

ƏMDK torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib 

ƏMDK-nin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

ƏMDK mətbuat nümayəndələri üçün info-tur təşkil edib (FOTO)

ƏMDK vətəndaşlar üçün kampaniya keçirir

Əkin sahələrini yandıranlar cərimə olunacaqlar - ƏMDK

ƏMDK sədri Cəlilabadda vətəndaş qəbulu keçirəcək

“Azərişıq” sənədsiz evlərlə bağlı ƏMDK ilə danışıqlar aparır

ƏMDK: Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda olub

Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb - ƏMDK

ƏMDK-nin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir

Növbəti hərracda 11 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

Sentyabrın 19-da keçiriləcək hərraca 166 dövlət əmlakı çıxarılıb - ƏMDK

Torpaqlardan əsassız istifadə edənlər 655 min manat cərimələnib - ƏMDK

Hərracda 17 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

ƏMDK-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mindən çoxdur

ƏMDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

ƏMDK 124 dövlət əmlakını hərraca çıxarıb

ƏMDK sədri Kərəm Həsənov Füzulidə vətəndaşların müraciətlərini dinləyib

19 Noyabr 2019, 15:15 (GMT +4)
KOBİA-nın iştirakı ilə istixana təsərrüfatlarının sahibkarları ilə görüş keçirilib

19 Noyabr 2019, 14:53 (GMT +4)
Ankara S-400-lə bağlı mövqeyini dəyişməyəcək - Ərdoğan

19 Noyabr 2019, 14:49 (GMT +4)
Maliyyə Bazarlarına Nəzarət Palatası “Sinqapur Fintech Festival x Switch” tədbirində iştirak edib

19 Noyabr 2019, 14:34 (GMT +4)
Abşeronda evdən 59 550 manatlıq oğurluq edilib (FOTO)

19 Noyabr 2019, 14:32 (GMT +4)
Qırğızıstanın islahatları sürətləndirmək üçün köməyə ehtiyacı var - prezident

19 Noyabr 2019, 14:22 (GMT +4)
Dünya ictimaiyyəti ABŞ-ın İsrailin Fələstində saldığı massivlərlə bağlı qərarını qınayıb

19 Noyabr 2019, 13:54 (GMT +4)
Rusiyada avtomobil asfalt çuxuruna düşüb, iki nəfər ölüb

19 Noyabr 2019, 13:50 (GMT +4)
Brüsseldə səfərdə olan Gürcüstan dini icma rəhbərləri NATO nümayəndələrilə görüş keçiriblər (FOTO)

19 Noyabr 2019, 13:49 (GMT +4)
Azərbaycan və Gürcüstanın institutları əməkdaşlıq edəcək

19 Noyabr 2019, 13:32 (GMT +4)
Meksikada üç avtobusun toqquşması nəticəsində 11 nəfər ölüb

19 Noyabr 2019, 13:21 (GMT +4)
Nazirlər Kabinetinin mətbuat katibi vəzifəsindən ayrılıb

19 Noyabr 2019, 13:17 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

19 Noyabr 2019, 13:10 (GMT +4)
Livanda etirazçılar parlamentə gedən bütün yolları bağlayıblar (VİDEO)

19 Noyabr 2019, 13:04 (GMT +4)
Ağcabədidə qanunsuz ov edən rayon sakinləri saxlanılıblar

19 Noyabr 2019, 12:55 (GMT +4)
DANX monitorinqlərə başlayıb

19 Noyabr 2019, 12:52 (GMT +4)
Türkiyənin cənub-şərqində 3 terrorçu zərərsizləşdirilib

19 Noyabr 2019, 12:37 (GMT +4)
Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib

19 Noyabr 2019, 12:25 (GMT +4)
SHS-3-ün müddəti 2021-ci ilin fevralında bitir

19 Noyabr 2019, 12:20 (GMT +4)
Təbriz-Tehran qatarı relsdən çıxıb

19 Noyabr 2019, 12:18 (GMT +4)
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb

19 Noyabr 2019, 11:57 (GMT +4)
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb (FOTO)

19 Noyabr 2019, 11:35 (GMT +4)
Yəmənlilər Səudiyyə koalisiyasına aid olduğu deyilən iki gəmini ələ keçiriblər

19 Noyabr 2019, 11:32 (GMT +4)
Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)

19 Noyabr 2019, 11:26 (GMT +4)
İran-Türkiyə sərhədində zəlzələ baş verib

19 Noyabr 2019, 11:14 (GMT +4)
Cari ildə idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb

19 Noyabr 2019, 11:00 (GMT +4)
İranın Zəncan şəhərində iğtişaşları pisləyən etiraz aksiyası keçirilib (FOTO)

19 Noyabr 2019, 10:50 (GMT +4)
Türkiyədə dövlət çevrilişində şübhəli bilinən 133 nəfərin saxlanılmasına sanksiya verilib

19 Noyabr 2019, 10:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

19 Noyabr 2019, 10:21 (GMT +4)
İsrail Dəməşq ətrafına aviazərbə endirib, raketlərin bəzisi zərərsizləşdirilib

19 Noyabr 2019, 10:17 (GMT +4)
Gürcüstanda azərbaycanlıların olduğu avtobus yanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66