Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Parlament Jurnalistlər Birliyi MBNP, Mərkəzi Bank və digər banklara müraciət ünvanlayacaq

10 Avqust 2017, 13:31 (GMT +4)

Bakı, 10 avqust, SalamNews, A.Kərimov. Dünyada baş verən maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmədi. Qlobal böhran ölkəmizin iqtisadi qurumlarının işinə, xüsusilə də bank sektoruna ciddi təsir göstərdi. Bütün dünyada olduğu kimi, Azərbaycanda da banklar, demək olar, dövlətin əsas maliyyə sütunlarından biridir.

Ölkəmizdəki mövcud bank-müştəri təmaslarında yaranmış durumu nəzərə alaraq Parlament (Tərəfsiz) Jurnalistlər Birliyi (PJB) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə bank istehlakçılarının maliyyə savadlılığının artırılmasına dair layihə həyata keçirib.

SalamNews xəbər verir ki, PJB sədri Elşad Eyvazlının sözlərinə görə, layihə çərçivəsində jurnalistlər və iqtisadçılar Milli Məclisin deputatları ilə birlikdə regionlarda olublar, əhali arasında görüşlər keçirilib, insanlarda kredit mədəniyyəti haqqında bilgilərə aid müzakirələr aparıblar.

Nəticədə Bakıdan kənarda insanların kredit mədəniyyəti haqqında anlayışlarının çox aşağı səviyyədə olduğu ortaya çıxıb: “Regionlarda görüşüb söhbət etdiyimiz elə adamlar var ki, heç bilmirdilər ki, krediti niyə götürüblər. Kredit borcu olanların əksəriyyəti borcu qaytarmağın vacib olduğunu sanmırlar. Məsələnin ən böyük fəsadlarından biri ondadır ki, banka depozit yerləşdirənlərin də durumu pisləşir. Müştəri kredit pulunu qaytarmırsa, bunu kim ödəməlidir? Axı, adətən, insanlara kredit digər müştərilərin əmanətindən verilir. Kredit qaytarılmadığına görə, digər vətəndaşların əmanətləri də təhlükə altına düşür, bank da bu müştərilər qarşısında etibarını itirir. Digər ciddi məsələ zaminlərlə bağlıdır. Krediti götürən adamdan daha çox zaminlər əziyyət çəkir. Bir çox halda isə bank nümayəndələrinin təqsiri ucbatından ciddi problemlər yaranır”.

E.Eyvazlının sözlərinə görə, regionlarda keçirilən çoxsaylı görüşlər zamanı bəlli olub ki, kredit götürən vətəndaşların, demək olar, heç biri bankla bağlanan müqavilənin şərtlərini oxumur: “Əksəriyyəti ancaq pulla maraqlandıqları üçün müqavilədə nələrin olduğunu bilməyiblər. Ona görə də sonradan problemlər yaranıb. İndi elə vəziyyət yaranıb ki, imkanı olan insanlar da vaxtilə götürdüyü krediti qaytarmaq istəmirlər, sanki bu borcların silinəcəyini gözləyirlər. Hesab edirəm ki, bu məsələdə mediamız da arzuladığımız şəkildə işləmədi. İqtisadiyyatdan anlayışı olmayan bəzi ekspertlər mediaya çıxarıb müəyyən yanlış çağırışlar etdilər, insanları krediti qaytarmamağa çağırdılar. Bu da insanların səhv istiqamətə yönəltmiş oldu”.

Həyata keçirilən layihə çərçivəsində aparılan araşdırmalar göstərib ki, Azərbaycanın bütün bölgələrində bu məsələ ilə bağlı ciddi maarifləndirməyə ehtiyac var: “Hətta kəndbəkənd maarifləndirmə aparılmasına ehtiyac var. Kredit mədəniyyəti, maliyyə savadlılığı ilə bağlı görüşlər keçirilməli, durum haqqında bilgilər verilməlidir. Odur ki, Parlament Jurnalistlər Birliyi Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və bütövlükdə bütün banklara müraciət ünvanlayıb. Bu sahədə kifayət qədər təcrübəmiz var. Bizim təşkilata 100-dən artıq jurnalist daxildir, elə bir media qurumu yoxdur ki, orada təmsilçimiz olmasın. Bu baxımdan, media nümayəndələri olaraq regionlarda bu sahədə maarifləndirmə işlərinin aparılmasını təşkil etmək istəyirik. Digər tərəfdən, bu sahədə medianın monitorinqinin aparılmasına, yanlışların ortaya çıxarılmasına ehtiyac da var. Həqiqətən də banklar bu problemin həllində maraqlıdırlarsa, insanlar arasında kredit mədəniyyəti ilə bağlı maarifləndirici işlərin aparılmasına mütləq dəstək verməldirlər”.

Qeyd edək ki, PJB tərəfindən maliyyə savadlılığına, xüsusuilə də kredit mədəniyyətinə dair maarifləndirmə işlərinin aparılması, bu mövzuda medianın monitorinqinin aparılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank və ölkədə fəaliyyət göstərən banklara müraciət hazırlanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Ermənistan jurnalistləri atəşə tutub, xəsarət alan var

Dağlıq Qarabağ münaqişəsi Monteneqro jurnalistlərinin nəzərinə çatdırılıb

Xarici jurnalistlər Dağlıq Qarabağdan çıxırlar

Əməkdar jurnalist Xatirə Əliyeva: Xalqımız tarixi günlərini yaşayır

Milli Məclisdə jurnalistlər üçün 3 yeni iş otağı yaradılıb

Hikmət Hacıyev xarici jurnalistləri Azərbaycana dəvət edib

Türkiyəli jurnalistlər Qarabağda artilleriya atəşinə məruz qalıb

Mətbuat Şurası və DİN jurnalistlər üçün xüsusi gödəkçələr hazırlayıb

SOCAR AQŞ Beynəlxalq Akkreditasiyaya layiq görülüb

Amerikalı jurnalist İstanbulda müəmmalı şəraitdə ölüb

Tanınmış jurnalist koronavirusa yoluxub

Mətbuat Şurası jurnalistlərə müraciət edib

KİVDF və “Azərişıq” jurnalistlər üçün müsabiqə elan edib

Milli Məclis jurnalistlərə müraciət edib

Dünyada COVID-19-a yoluxma nəticəsində azı 366 jurnalist ölüb

Daha bir jurnalist dövlət qurumunda vəzifəyə təyin edilib

ASA jurnalistlər üçün yeni layihələr hazırlayır

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür

DİM “Jurnalistika”ya qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

Jurnalist Məmməd Ağayev müşavir təyin edilib

19 Oktyabr 2020, 18:13 (GMT +4)
Azərbaycan Almaniyaya nota verəcək

19 Oktyabr 2020, 18:01 (GMT +4)
Türkiyədə yaşayan azərbaycanlı iş adamı ön cəbhədə əsgərlərə xidmət göstərir (FOTO)

19 Oktyabr 2020, 17:53 (GMT +4)
İspaniyanın “La Razón” qəzeti: “Qarabağ Azərbaycandır”

19 Oktyabr 2020, 17:40 (GMT +4)
Döyüşlərdə iştirak edən şəxsi heyət arasında təbliğat işləri davam edir

19 Oktyabr 2020, 17:22 (GMT +4)
Prokurorluq: Ermənilərin atəşi nəticəsində Ağdamda 4 nəfər xəsarət alıb

19 Oktyabr 2020, 17:10 (GMT +4)
MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

19 Oktyabr 2020, 17:03 (GMT +4)
Sergey Lavrov: Moskva görüşündən sonra ümidlərimiz özünü doğrultmadı

19 Oktyabr 2020, 16:47 (GMT +4)
ABŞ Əfqanıstandakı sülh danışıqlarından seçkilərdə yararlanmağa çalışır – Həsən Ruhani

19 Oktyabr 2020, 16:37 (GMT +4)
Hikmət Hacıyev: Biz bu münaqişəni gələcək nəsillərə saxlamamalıyıq

19 Oktyabr 2020, 16:31 (GMT +4)
Ermənilər Tərtər pambıq zavodunu vurub (VİDEO)

19 Oktyabr 2020, 16:20 (GMT +4)
MN: Hazırda bütün cəbhəboyu nəzarət Ordumuzun nəzarəti altındadır

19 Oktyabr 2020, 16:11 (GMT +4)
BƏƏ-dən İsrailə gedən ilk ticarət gəmisini Netanyahu şəxsən özü qarşılayıb

19 Oktyabr 2020, 15:57 (GMT +4)
Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

19 Oktyabr 2020, 15:40 (GMT +4)
BP Azərbaycan xalqına dəstəyini ifadə edib

19 Oktyabr 2020, 15:27 (GMT +4)
Azərbaycanda son sutkada 331 nəfər COVID-19-a yoluxub

19 Oktyabr 2020, 15:16 (GMT +4)
İranda son sutkada 337 koronavirus xəstəsinin ölümü qeydə alınıb

19 Oktyabr 2020, 15:11 (GMT +4)
Sahibə Qafarova TBMM Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

19 Oktyabr 2020, 14:57 (GMT +4)
Qazax sakinində silah aşkarlanıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Prokurorluq: Dünən Ermənistan Bakı-Novorossiysk neft kəmərini hədəf alıb

19 Oktyabr 2020, 14:40 (GMT +4)
Cenevrədə Liviya münaqişəsi tərəflərinin danışıqlarının növbəti mərhələsi başlayıb

19 Oktyabr 2020, 14:22 (GMT +4)
İlham Əliyev: Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır

19 Oktyabr 2020, 14:15 (GMT +4)
Azərbaycan Prezidenti Türkiyə parlamentinin Sədrini qəbul edib

19 Oktyabr 2020, 14:02 (GMT +4)
Dünya ictimaiyyəti Azərbaycan gənclərinin kampaniyasını dəstəkləyib

19 Oktyabr 2020, 13:50 (GMT +4)
Hikmət Hacıyev “Əl-Ərəbiyə” kanalına Ermənistanın son təxribatlarından danışıb

19 Oktyabr 2020, 13:49 (GMT +4)
İraq baş naziri Avropaya ilk rəsmi səfərinə başlayıb

19 Oktyabr 2020, 13:40 (GMT +4)
Koronavirusun yeni simptomu aşkarlanıb

19 Oktyabr 2020, 13:24 (GMT +4)
Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edilib

19 Oktyabr 2020, 13:10 (GMT +4)
XİN sosial şəbəkələrdə ermənilər tərəfindən Azərbaycan diplomatlarına qarşı terror çağırışlarına münasibət bildirib

19 Oktyabr 2020, 12:54 (GMT +4)
MN: Ermənistan dövlət sərhədində mövqelərimizi atəşə tutur

19 Oktyabr 2020, 12:53 (GMT +4)
MN: Göygöldə mövqelərimiz atəşə tutulur

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66