Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Hərracda 17 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

15 Avqust 2017, 13:17 (GMT +4)

Bakı, 15 avqust, SalamNews. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Komitədən SalamNews-a bildiriblər ki, hərracda 17 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 6-sı kiçik dövlət müəssisəsi, 11-i istifadəsiz qeyri-yaşayış sahəsidir. Bakı şəhəri üzrə 4 kiçik dövlət müəssisəsi, 10 istifadəsiz qeyri yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və bir qeyri-yaşayış sahəsi sahibini tapıb.

Paytaxt üzrə özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü Qaradağ rayonunda digəri isə Səbail rayonunda yerləşir. Özəlləşdirilən əmlaklar pambıqçılıq, quşçuluq, tikinti, xidmət, nəqliyyat və müxtəlif iqtisadi sahələrə aid olur.

Regionlarda da hərraclar baş tutub. Hərracların gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Regionlarda keçirilmiş hərraclarda 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib. Bunlar müvafiq olaraq Gəncə şəhərində və İsmayıllı rayonunda yerləşir. Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” olub. Həmin əmlakın torpaq sahəsi 11 min 145 kvadratmetr, ümumi faydalı sahəsi isə 3 min kvadratmetrə yaxındır.

Özəlləşdirilən 11 istifadəsiz qeyri-yaşayış sahəsindən 3-ü Nəsimidə, hər birində 2 ədəd olmaqla Binəqədi, Yasamal rayonlarında, qalanları isə müvafiq olaraq Nərimanov, Nizami, Suraxanı rayonlarında, bölgə üzrə isə Göygöl rayonunda yerləşir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir. Müasir avadanlıqlarla təchiz olunan belə müəssisələr isə sonradan istehsalını artıraraq dövlətin iqtisadi göstəricilərinin artmasına öz töhfəsini verir. İsmayıllı rayonunda yerləşən “Toxucu sexi” kimi əmlakların özəlləşdirilməsi və fəaliyyətinin genişləndirilməsi kənd təsərrüfatı ilə yanaşı yüngül sənayenin inkişafına şərait yaradır. Bu isə daxili geyim təlabatımızın ödənilməsinə, xarici bazarlardan asılılığımızın aradan qalxmasına səbəb olur. Eyni zamanda, bu, ixrac potensialımızın artırılması ilə kapital axınına imkan yaradır. Bundan başqa özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsi də bölgələrdə yeni iş yerlərinin açılmasına, regionların iqtisadi potensialının artmasına şərait yaradır.

Digər tərəfdən hərraclar, vətəndaşlar üçün öz büdcələrinə uyğun kiçik obyektləri özəlləşdirməklə biznesini qurmaq imkanı yaradır. Məsələn paytaxtın Qaradağ rayonunda yerləşən 12 saylı yeməkxananın özəlləşdirilməsi gələcəkdə sahibi üçün yaxşı gəlir gətirə bilər. Eyni zamanda, Səbail rayonunda yerləşən 66 saylı mağazanı da bu kateqoriyaya aid etmək olar. Həmin əmlakların ümumi faydalı sahəsi müvafiq olaraq 75 kvadratmetr və 175 kvadratmetr təşkil edir.

Hərracların keçirilməsi iqtisadi sahədə aktivliyin artmasına gətirib çıxarır. Başqa sözlə, proses daşınmaz əmlak bazarında dinamikaya, müəssisələrin fəaliyyətinin genişlənməsinə, istehsal həcminin atmasına, yeni iş yerlərinin açılmasına şərait yaradır. Prosedurun sadə olması da investorların marağını cəlb edən əsas üstünlüklərdən biridir. Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən hərraclar əmlak sahibi olmaq istəyən hər bir vətəndaş üçün böyük imkandır. Belə hərraclara qatılaraq istənilən vətəndaş əmlak sahibi ola bilər. Komitə tərəfindən növbəti belə hərrac avqustun 22-də keçiriləcək. Hərraca çıxarılan əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2218


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

ƏMDK tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərrac keçirilib

ƏMDK torpaqlardan istifadəyə nəzarətlə bağlı treyninqlərə start verib 

ƏMDK-nin rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək

ƏMDK-nın sədri Salyanda vətəndaşları qəbul edəcək

ƏMDK mətbuat nümayəndələri üçün info-tur təşkil edib (FOTO)

ƏMDK vətəndaşlar üçün kampaniya keçirir

Əkin sahələrini yandıranlar cərimə olunacaqlar - ƏMDK

ƏMDK sədri Cəlilabadda vətəndaş qəbulu keçirəcək

“Azərişıq” sənədsiz evlərlə bağlı ƏMDK ilə danışıqlar aparır

ƏMDK: Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda olub

Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb - ƏMDK

ƏMDK-nin rəyi olmadan ayrılan torpaq sahələri qanunsuz hesab edilir

Növbəti hərracda 11 dövlət əmlakı özəlləşdirilib - ƏMDK

Sentyabrın 19-da keçiriləcək hərraca 166 dövlət əmlakı çıxarılıb - ƏMDK

Torpaqlardan əsassız istifadə edənlər 655 min manat cərimələnib - ƏMDK

ƏMDK-nin elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mindən çoxdur

Hərracda 4 kiçik dövlət müəssisəsi və 5 qeyri-yaşayış sahəsi özəlləşdirilib - ƏMDK

ƏMDK sədri Şəmkirdə vətəndaşları qəbul edəcək

ƏMDK 124 dövlət əmlakını hərraca çıxarıb

ƏMDK sədri Kərəm Həsənov Füzulidə vətəndaşların müraciətlərini dinləyib

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

18 Noyabr 2019, 15:47 (GMT +4)
İran İnqilabının Keşikçilər Korpusu bəyanat verib: İğtişaşçılarla bağlı ciddi tədbirlər görüləcək

18 Noyabr 2019, 15:40 (GMT +4)
Azərbaycanlı yazıçının Rusiyada çap etdiyi kitab erməniləri qəzəbləndirib

18 Noyabr 2019, 15:30 (GMT +4)
Xaricdə doktorantura pilləsi üzrə prioritet istiqamətlər açıqlanıb

18 Noyabr 2019, 15:12 (GMT +4)
Rusiya Kerç boğazında saxlanılan gəmiləri Ukraynaya təhvil verib

18 Noyabr 2019, 15:02 (GMT +4)
Tramp və Makron telefon danışığı zamanı İran və Suriyanı müzakirə edib

18 Noyabr 2019, 14:50 (GMT +4)
İranda iğtişaşlarda bir neçə namazxana və mədrəsə də yandırılıb (FOTO)

18 Noyabr 2019, 14:25 (GMT +4)
Türkiyə XİN İrandakı vəziyyətlə bağlı açıqlama verib

18 Noyabr 2019, 14:21 (GMT +4)
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir

18 Noyabr 2019, 13:52 (GMT +4)
“İncəsənət ilə məşğulolma həvəsinin artırılması üzrə konfransların təşkili” layihəsi çərçivəsində I konrfrans keçirilib

18 Noyabr 2019, 13:31 (GMT +4)
Rəsmi Moskva İrandakı son gərginliyə münasibət bildirib

18 Noyabr 2019, 13:20 (GMT +4)
Hindistan S-400-ün tədarükü üçün Rusiyaya avans ödəyib

18 Noyabr 2019, 13:14 (GMT +4)
AERA: Hər hansı sahibkardan şikayət olsa, onun fəaliyyəti yoxlanılacaq

18 Noyabr 2019, 12:57 (GMT +4)
Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66