Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib (FOTO)

21 Avqust 2017, 09:01 (GMT +4)

Bakı, 21 avqust, SalamNewsAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də 110/35/10 kilovoltluq yeni “Gədəbəy” elektrik yarımstansiyasının açılışında iştirak edib.

SalamNews xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına yeni yarımstansiyada görülən işlər barədə məlumat verib. Bildirildib ki, Gədəbəy rayonuna indiyədək elektrik enerjisi istismar müddətini başa vurmuş birdövrəli 35 kilovoltluq hava xətti ilə verilirdi. Bu isə rayonun ümumi inkişaf tempinə cavab vermirdi. Hətta bəzi obyektlərin, o cümlədən qızıl mədənlərinin elektrik enerjisi ilə təchizatı generatorlar vasitəsilə həyata keçirilirdi.

Görülmüş işlər nəticəsində Gədəbəy rayonunda perspektiv tələbat da nəzərə alınmaqla müvafiq güc mənbələri yaradılıb. 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasından əlavə 35/10 kV-luq “Gədəbəy” adlı digər bir yarımstansiya yenidən qurulub. İkidövrəli 110 kV-luq Zəyəm-Gədəbəy hava xətti çəkilib. 35/10 kV-luq “Gədəbəy” yarımstansiyasında 6,3 MVA gücündə transformatorlar quraşdırılıb, köhnə tipli 40 transformator məntəqəsi yeni transformator məntəqələri ilə əvəz edilib. Görülən işlərin davamı olaraq 10 kV-luq İsalı və Göyəlli hava xətlərində istismara yararsız dirəklər yeni metal dirəklərlə əvəzlənib. Həmçinin rayon üzrə istismara yararsız 1284 sayğac dəyişdirilib, 996 yeni sayğac quraşdırılıb.

Yeni yarımstansiyada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə elektroenergetikanın inkişafında xidmətlərinə həsr olunan fotostendlər yaradılıb.

Bildirilib ki, Gədəbəy rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, güc qıtlığının aradan qaldırılması, inkişafda olan sosial-iqtisadi infrastrukturun dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün tikilən yeni “Gədəbəy” yarımstansiyası 21 min abonentə xidmət edir. Yarımstansiyada 110 kV-luq açıq, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular inşa edilib. Bu qurğularda müasir standartlara cavab verən elektrik avadanlığı, elektron tipli avtomat rele mühafizəsi quraşdırılıb. Bu yarımstansiyanı qidalandırmaq üçün “Zəyəm” yarımstansiyasından 48 kilometr uzunluğunda 110 və 35 kV-luq birdövrəli hava xətləri çəkilib.

Paralel olaraq Gədəbəy rayonunun böyük bir hissəsini elektrik enerjisi ilə təmin edən 35 kV-luq “Gədəbəy-Saratovka” hava xətti tam yenidən qurulub. Ümumilikdə “Gədəbəy” yarımstansiyasından 35 kV-luq “Saratovka” və “Mədən”, həmçinin 10 kV-luq “Söyüdlü”, “Arıxdam”, “Ticarət mərkəzi” hava xətləri çəkilib. 10 kV-luq hava xətləri isə 1795 abonentin elektrik enerjisi ilə təchizatını təmin edir.

Qeyd edildib ki, Gəncə, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Ağstafa, Tovuz, Qazax elektrik şəbəkələrinin birləşdiyi “Azərişıq” ASC-nin Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində respublika əhəmiyyətli 1 şəhər, 8 rayon mərkəzi, 37 qəsəbə və 341 kənd var ki, burada da ümumilikdə 288 min 119 abonent olmaqla 1 milyon əhali yaşayır.

Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidmət ərazisində indiyədək “Azərişıq” ASC tərəfindən 96 kənd və qəsəbədə yenidənqurma işləri aparılıb. Hazırda 78-dən çox yaşayış məntəqəsində bu işlər davam etdirilir. Region üzrə ümumilikdə 11 min 290 yeni sayğac quraşdırılıb, 28 min 961 sayğac yenisi ilə əvəz edilib, qoyuluş gücü 1731 MVA-dan 1911 MVA-dək artırılıb.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Sonda xatirə şəkli çəkdirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib

Prezident İlham Əliyevin Davosda İsveçrə Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda Gürcüstanın Baş Naziri ilə görüşü olub

Prezident İlham Əliyev Davosda Pakistanın Baş Naziri ilə görüşüb

Davosda Prezident İlham Əliyev ilə OPEC-in baş katibi arasında görüşü olub

Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb

Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclasda iştirak edib

Prezident İlham Əliyev “Carlyle Group” şirkətinin həmtəsisçisi ilə görüşüb

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib (FOTOLAR)

Prezident İlham Əliyev Omanın yeni sultanını təbrik edib

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib

Prezident İlham Əliyev: Neftdən əldə edilmiş gəlirlər cəmiyyətdə ədalətli şəkildə bölünür

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib (FOTOLAR)

Prezident İlham Əliyev Oman Sultanının vəfatı ilə bağlı başsağlığı verib

Prezident İlham Əliyev Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verib

Prezident İlham Əliyev akademikin vəfatı ilə əlaqədar nekroloq imzalayıb

Prezident İlham Əliyev Vahid Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25 Yanvar 2020, 17:17 (GMT +4)
Bakıda daha bir marşrut xətti kart sisteminə keçir

25 Yanvar 2020, 17:01 (GMT +4)
Cəlilabadda qanunsuz ov edən şəxs saxlanılıb

25 Yanvar 2020, 17:00 (GMT +4)
Türkiyə prezidenti zəlzələ bölgəsinə gedib

25 Yanvar 2020, 16:54 (GMT +4)
Bakıda mənzildə kişi meyiti tapılıb

25 Yanvar 2020, 16:44 (GMT +4)
İran XİN rəhbəri: Ukrayna təyyarəsini vuran şəxs həbsdədir

25 Yanvar 2020, 16:34 (GMT +4)
ASCO açıq müsabiqə elan edib

25 Yanvar 2020, 16:22 (GMT +4)
Zəlzələ nəticəsində ölənlərin sayı hər keçən saat artır - Türkiyə DİN rəhbəri

25 Yanvar 2020, 16:05 (GMT +4)
Mariya Zaxarova: Biz müntəzəm olaraq ikitərəfli münasibətlərə dəyər veririk

25 Yanvar 2020, 15:52 (GMT +4)
Əfqanıstanda hərbi helikopter raketlə vurulub 

25 Yanvar 2020, 15:51 (GMT +4)
“Könüllülər Yurdu –Azərbaycan” layihəsi başa çatıb

25 Yanvar 2020, 15:43 (GMT +4)
Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayıb

25 Yanvar 2020, 15:25 (GMT +4)
Prezident İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib

25 Yanvar 2020, 15:21 (GMT +4)
İran hökuməti Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 15:16 (GMT +4)
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasından 19 il ötür

25 Yanvar 2020, 14:56 (GMT +4)
İran XİN vətəndaşlarının ABŞ sərhədində saxlanılmasını tənqid edib 

25 Yanvar 2020, 14:46 (GMT +4)
Bakıda marşrut avtobusu ilə minik avtomobili toqquşub

25 Yanvar 2020, 14:28 (GMT +4)
ABŞ İranın "FarsNews" saytını blok edib

25 Yanvar 2020, 14:21 (GMT +4)
“Azerenerji” prezidentinə ağır itki üz verib

25 Yanvar 2020, 14:13 (GMT +4)
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib

25 Yanvar 2020, 13:44 (GMT +4)
France İnfo: Fransada iki koronavirusa yoluxma halı qeydə alınıb

25 Yanvar 2020, 13:38 (GMT +4)
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

25 Yanvar 2020, 13:15 (GMT +4)
Boris Conson İngiltərənin AB-dən çıxması haqqında qanun imzalayıb

25 Yanvar 2020, 13:10 (GMT +4)
Tanınmış milyonçu Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

25 Yanvar 2020, 12:53 (GMT +4)
Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

25 Yanvar 2020, 12:40 (GMT +4)
Türkiyədə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb

25 Yanvar 2020, 12:24 (GMT +4)
İran zəlzələ ilə bağlı Türkiyəyə kömək etməyə hazır olduğunu açıqlayıb 

25 Yanvar 2020, 12:05 (GMT +4)
Tramp bir sıra ölkələrdən idxal edilən polad və alüminium məhsullarına rüsumları qaldırıb

25 Yanvar 2020, 12:00 (GMT +4)
Azərbaycan Türkiyəyə başsağlığı verib

25 Yanvar 2020, 11:46 (GMT +4)
Baş Nazir Əli Əsədov Mixail Qusman ilə görüşüb

25 Yanvar 2020, 11:27 (GMT +4)
Ölkədə müşahidə olunan faktiki hava açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66