Mobil versiya RU AZ
_




QAFQAZ » İQTİSADİYYAT

Gürcüstan hökuməti "Caspian Energy Georgia"-nın yaradılmasını müsbət qarşılayıb

21 Avqust 2017, 12:24 (GMT +4)

Bakı, 21 avqust, SalamNews. Gürcüstan hökumətinin Administrasiyasinin nümayəndələri, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri, "Caspian European Club" və "Caspian Energy İnternational Group"-un nümayəndə heyəti arasında keçirilmiş görüşün əsas mövzusu "Caspian Energy Georgia"-nın yaradılması olub.

SalamNews "Caspian European Club" və "Caspian American Club"-a istinadla xəbər verir ki, Azərbaycanın Gürcüstanın strateji partnyoru olduğunu qeyd edən Gürcüstanın Baş nazirinin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidze birgə layihələrin yüksək templə həyata keçirildiyini xüsusilə vurğulayıb.

Dövlət qurumları səviyyəsində qarşılıqlı anlaşma və möhkəm əməkdaşlıq Gürcüstan və Azərbaycanın özəl sektor nümayəndələri arasında sıx əlaqələrin qurulmasının zəruriliyini şərtləndirir. Gürcüstan hökumətinin "Caspian Energy Georgia"nın fəaliyyətinin yenilənməsini müsbət qarşıladığını qeyd edən Tedo Caparidze vurğulayıb ki, Klub və media qrup həm regionda, həm də onun hüdudlarından kənarda tanınır. “Gürcüstan hökuməti "Caspian Energy Georgia"-ya hər cür dəstək göstərəcək.

"Biz bugünkü əməkdaşlığımızdan çox məmnunuq”, - deyə Baş nazirin müşaviri söyləyib. O qeyd edib ki, qarşıya qoyduqları əsas məqsədlərdən biri xarici bazarlara çıxış və qonşu ölkələrlə əlaqələrin inkişafıdır. Bununla bağlı cənab Caparidze illik beynəlxalq "Caspian Energy Forum" Tbilisi-nin yenidən işə başlamısının vacibliyini vurğulayıb.

Gürcüstan hökumətinin Azərbaycanla səmərəli əməkdaşlıqdakı fəal mövqeyini vurğulayan Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov "Caspian Energy Georgia"-nın fəaliyyətinin bu əlaqələrin inkişafına böyük töhvə verəcəyinə əmin olduğunu ifadə edib.

O, hökumət üzvlərini 2017-ci il sentyabrın 29-da başlayacaq biznes forumlarda və "CEO Lunch Tbilisi"-də fəal iştirak etməyə dəvət edib. "CEO Lunch Tbilisi" hər ayın sonuncu cümə günü təşkil olunacaq. “Maraqlıdır ki, "Caspian Enegy Georgia"-nın yenidən fəaliyyətə başlaması Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyinə təsadüf edir”, - deyə səfir çıxışına yekun vurub.

Tədbir iştirakçılarına sıralarında dünyanın 50 ölkəsindən 5 min şirkət və təşkilatı birləşdirən "Caspian European Club"-un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığı barədə məlumat verilib. "Caspian European Club" dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır, həmçinin kiçik və orta biznesin, startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatı dəstək göstərir. "Caspian European Club"-un sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Telman Əliyev öz növbəsində "Caspian European Club" və "Caspian Energy İnternational Media Group"-un fəaliyyətinə göstərilən dəstəyə görə Gürcüstan hökumətinə və Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə minnətdarlığını bildirib.

Gürcüstanın baş nazirinin xarici əlaqələr üzrə müşaviri Tedo Caparidzenin, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovun, səfirin ikinci müavini Fəxri Hacıyevin, "Caspian European Club" və "Caspian American Club"-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin və "Caspian Energy İnternational Media Group"-un baş direktoru Rasim Mahmudovun iştirak etdiyi görüşdə, həmçinin yaxın 5 il ərzində "Caspian Energy Georgia" çərçivəsində həyata keçiriləcək planlar və layihələr müzakirə olunub.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Sentyabr ayından Gürcüstanda “Caspian Energy Georgia” şirkəti fəaliyyətə başlayacaq

06 İyun 2020, 21:10 (GMT +4)
Neftçalada su peroblemi ilə bağlı tədbirlər həyata keçirilib (FOTOLAR)

06 İyun 2020, 19:45 (GMT +4)
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 153 nəfər sağalıb

06 İyun 2020, 19:08 (GMT +4)
Deputat: Avropanın qarşısında duran bir sıra vəzifələr yeni bir yanaşma tələb edir

06 İyun 2020, 18:53 (GMT +4)
MOK: "Maklarenin hesabatı"nda Azərbaycanla bağlı iddialar əsassız və qərəzlidir

06 İyun 2020, 17:00 (GMT +4)
Mərkəzi Bank depozit hərracı keçirəcək

06 İyun 2020, 16:58 (GMT +4)
Tramp Almaniyadakı ABŞ qüvvələrindən 9500 hərbçinin çıxarılması göstərişini verib

06 İyun 2020, 16:50 (GMT +4)
DİM ali məktəblərə sənəd verənlərin sayını açıqlayıb

06 İyun 2020, 16:47 (GMT +4)
Karantin günlərində Bakı - FOTOLENT

06 İyun 2020, 16:35 (GMT +4)
Rusiya Qələbə Paradında NATO-nun mümkün təxribatını istisna etmir

06 İyun 2020, 16:20 (GMT +4)
İki rayonda qanunsuz qaz qoşulmaları aşkarlanıb

06 İyun 2020, 16:03 (GMT +4)
Suriyanın şimal-şərqində partlayış nəticəsində 8 mülki şəxs həlak olub

06 İyun 2020, 16:00 (GMT +4)
Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

06 İyun 2020, 15:58 (GMT +4)
Gürcüstanda daha 3 nəfər koronavirusa yoluxub

06 İyun 2020, 15:30 (GMT +4)
Xaçmazda həyətində çətənə becərən şəxs saxlanılıb

06 İyun 2020, 15:27 (GMT +4)
Versal sarayı karantin bitdikdən sonra açılıb

06 İyun 2020, 15:05 (GMT +4)
General Haftar ordusunun Liviyada geriləməsindən sonra Misirə gedib

06 İyun 2020, 15:00 (GMT +4)
DİN 7,3 ton narkotiki məhv edib

06 İyun 2020, 14:48 (GMT +4)
ABŞ diplomatik obyektləri Rusiyaya qaytarmaqdan imtina edib

06 İyun 2020, 14:32 (GMT +4)
"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlayıb

06 İyun 2020, 14:27 (GMT +4)
G20 ölkələri COVID-19 ilə mübarizə üçün 20 milyard dollardan çox vəsait ayıracaq

06 İyun 2020, 14:11 (GMT +4)
İranda son sutkada 75 nəfər koronavirusdan vəfat edib

06 İyun 2020, 14:03 (GMT +4)
Sabah Azərbaycanda 37 dərəcə isti gözlənilir

06 İyun 2020, 13:54 (GMT +4)
Azərbaycanda aparılan taxıl biçini ilə bağlı son statistika açıqlanıb

06 İyun 2020, 13:45 (GMT +4)
BANM Tələbə və Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfranslarını onlayn keçirir

06 İyun 2020, 13:45 (GMT +4)
Braziliya ÜST-ü tərk etməyə hazırdır

06 İyun 2020, 13:29 (GMT +4)
Liviyaya silah idxalının qadağası müddəti daha bir il artırılıb

06 İyun 2020, 13:28 (GMT +4)
Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

06 İyun 2020, 13:26 (GMT +4)
Trüdo ABŞ-dakı etirazçılarla həmrəylik üçün diz çöküb

06 İyun 2020, 13:10 (GMT +4)
Azərbaycanda 6 871 müəllim iş yerini dəyişmək istəyir

06 İyun 2020, 12:51 (GMT +4)
Rusiyada son sutkada 8 mindən çox insan COVID-19-a yoluxub 

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66