İspaniyada həbs olunmuş türk əsilli almaniyalı yazıçı şərti azadlığa buraxılıb21 Avqust 2017, 13:51 (GMT +4) Bakı, 21 avqust, SalamNews, N.Ələkbər. İspaniyada həbs olunmuş türk əsilli almaniyalı yazıçı Doğan Akhanlı paytaxt Madridi tərk etməmək şərti ilə azadlığa buraxılıb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, məhkəmə Akhanlının ekstradisiya tələbinin əsaslandırılması üçün Türkiyəyə 40 gün vaxt verib və bu müddət ərzində yazıçının həbsdə qalmasını zəruri hesab etməyib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin qatı tənqidçisi olan Akhanlı rəsmi Ankaranın verdiyi "İnterpol" orderi əsasında həbs olunub.
|