Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması yeni dövrün başlaması deməkdir - Anar Məcidzadə

23 Avqust 2017, 14:25 (GMT +4)

Bakı, 23 avqust, SalamNews. "Tarixdə elə şəxsiyyətlər var ki, onlar xeyirxah, nəcib əməlləri ilə özləri tarix yazırlar. Belə bir şəxsiyyətlərdən biri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır".

SalamNews xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü Anar Məcidzadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında məqaləsində bildirib.

Məqalədə deyilir: "Ziyalı ailəsində dünyaya göz açan, ictimai-siyasi xadim Mehriban xanımın çoxşaxəli fəaliyyəti istər müstəqil ölkəmizdə, istərsə də ölkə hüdudlarından kənarda böyük rəğbətlə qarşılanır. Mehriban xanımı uşaqdan böyüyə hər kəs sevir. Bəs, milyonların bu sevgisi nədən qaynaqlanır?

Birincisi, sadəlik və səmimiyyət

İkincisi, xeyirxah və nəcib əməllər 

Üçüncüsü,Vətənini, dövlətini, dövlətçiliyi, xalqını və işini sevmək Və nəhayət BÖYÜK ÜRƏK SAHİBİ olmaq.

Əgər bir insan bu xüsusiyyətləri özündə daşıya bilirsə demək ki, o bütöv bir ŞƏXSİYYƏTDİR. Mehriban xanım Əliyeva da belə bir xəsiyyətlərdəndir. Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sadəlik, xeyirxahlıq sinvoludur. 

Əhəmiyyətli layihələrə imza atan, ürəkləri fəth etməyi bacaran Mehriban xanım Əliyeva ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu işlərə öz töhfəsini verməkdədir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızın iqtisadi, sosial inkişafı ilə bağlı dövlət proqramlarına dəstək verərək həyata keçirdiyi layihələr hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Onun böyük ürəyindən gələn yaxşılıq istəyi, xeyirxahlıq hissləri istər sadə vətəndaşlar, istərsə də siyasət, dövlət xadimləri tərəfindən yüksək qiymətləndirilir. “Heydər Əliyev” ordeni, Küveyt Dövlətinin Fəxri diplomu, “Qızıl ürək” beynəlxalq mükafatı, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni, Fransa Respublikasının “Şərəf Legionu” ordeni və s. mükafatlarla təltif olnması onu misilsiz xidmətlərinə verilən qiymətdir.

Respublikamızın həyatında əlamətdar hadisə

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçımız Mehriban xanım haqqında bildirmişdir: “2004-cü ildən bu günə qədər Mehriban Əliyeva Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidentidir. Heydər Əliyev Fondu onun rəhbərliyi ilə nəinki Azərbaycanın, hesab edirəm ki, regionun ən böyük və nüfuzlu ictimai təşkilatına çevrilmişdir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Fondun təşəbbüsü ilə bir çox önəmli layihələrə, proqramlara start verilmişdir”.

Bu fikirlər ölkə rəhbərinin birinci xanımın fəaliyyətinə verdiyi ali dəyərin göstəricisidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyevanın ölkəmizin ilk Birinci vitse-prezidenti təyin olunması respublikamızın həyatında əlamətdar bir hadisəyə çevrildi. Bu təyinat hər kəsin ürəyindən xəbər verdi və cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması, eyni zamanda, respublikamızın ictimai-siyasi həyatında yeni dövrün başlaması deməkdir. Şübhəsiz ki, Birinci ledi kimi böyük uğurlara imza atan Mehriban xanım bundan sonra da respublikamızın inkişafına öz dəyərli töhfələrini verəcək".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Mehriban Əliyeva Azərbaycanın hərbi qulluqçularını və veteranları təbrik edib

Mehriban Əliyeva: Ümid edirəm və inanıram ki, Bəhram sağalacaq

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan uşaqlarını təbrik edib

İtaliya hökuməti İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib

İlham Əliyev və Mehriban Əliyeva “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib

Mehriban Əliyeva xalqımızı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndərin doğum günü münasibətilə ağac əkiblər

İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər

Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva xalqa müraciət edib

Mehriban Əliyeva Gürcüstana minnətdarlıq edib

Mehriban Əliyeva qanvermə aksiyasına qoşulanlara təşəkkür edib

Mehriban Əliyeva Atakule qülləsində Azərbaycan bayrağının işıqlandırılması ilə bağlı Türkiyəyə minnətdarlığını bildirib

Mehriban Əliyeva: Yaranmış fövqəladə vəziyyət ümummilli səfərbərlik tələb edir

Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət edib

Mehriban Əliyeva: “Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır”

Mehriban Əliyeva: "Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir"

İlham Əliyev və Mehriban Əliyeva Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış olublar (FOTO)

Mehriban Əliyeva güləşçilərimizi təbrik edib

10 İyul 2020, 18:01 (GMT +4)
Respublikaya daxil olan bütün sürücülər test edilir - TƏBİB

10 İyul 2020, 17:55 (GMT +4)
Yaqut Qarayeva: Bəlli bir sabitləşməyə nail ola bilmişik

10 İyul 2020, 17:54 (GMT +4)
ABŞ Yaponiyaya 105 ədəd "F-35" təyyarəsinin satışını təsdiqləyib

10 İyul 2020, 17:47 (GMT +4)
Hikmət Hacıyev: Yoluxanlarla sağalanlar arasında cüzi fərq nisbəti var

10 İyul 2020, 17:46 (GMT +4)
İran XİN Nətənz nüvə obyektindəki insidentin arxasında xarici amilin olması ehtimalını şərh edib

10 İyul 2020, 17:45 (GMT +4)
Sobyanin Moskvada koronavirusun ikinci dalğası ehtimalını dəyərləndirib

10 İyul 2020, 17:33 (GMT +4)
Türkiyə Dövlət Şurası "Ayasofya"nın statusu ilə bağlı qərarını elan edib

10 İyul 2020, 17:25 (GMT +4)
DGK sədri İspaniyanın müvəqqəti olaraq Qərb altqrupunda təmsil olunmasını təklif edib

10 İyul 2020, 17:11 (GMT +4)
Ərdoğanın nümayəndəsi Ayasofyanın statusu ilə bağlı açıqlama verib

10 İyul 2020, 17:09 (GMT +4)
Azərbaycanda daha 526 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

10 İyul 2020, 16:56 (GMT +4)
Azərbaycanda 190 manatın verilməsi başa çatdırılıb

10 İyul 2020, 16:51 (GMT +4)
Səudiyyə Ərəbistanında son sutkada koronavirusdan 51 nəfər ölüb

10 İyul 2020, 16:40 (GMT +4)
ABŞ-da son sutkada COVID-19-a yoluxmuşların sayı rekord həddə çatıb

10 İyul 2020, 16:32 (GMT +4)
DİM vaxtında qeydiyyatdan keçməyən rezident namizədlərə müraciət edib

10 İyul 2020, 16:17 (GMT +4)
Energetika Nazirliyi: I yarımildə elektrik enerjisi ilə bağlı 2 700-dən çox müraciət olub

10 İyul 2020, 16:15 (GMT +4)
Braziliyada son sutkada COVID-19-a yoluxanların sayı 42 mindən çox artıb

10 İyul 2020, 16:01 (GMT +4)
Şamaxıda yeni stadion inşa olunur

10 İyul 2020, 15:47 (GMT +4)
Emanuel Makron İsraili Fələstin ərazilərini özünə ilhaq etməməyə çağırıb

10 İyul 2020, 15:44 (GMT +4)
Kreml Safronovun cinayət işinin qapalı olmasına münasibət bildirib

10 İyul 2020, 15:40 (GMT +4)
Nazirlik onlayn müsahibələrin keçirilmə tarixi açıqlayıb

10 İyul 2020, 15:24 (GMT +4)
AZAL sərnişinlərə müraciət edib

10 İyul 2020, 15:07 (GMT +4)
Lavrov nüvə təhlükəsinin artıdığını bəyan edib

10 İyul 2020, 14:44 (GMT +4)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

10 İyul 2020, 14:39 (GMT +4)
İranda son sutkada koronavirusdan 142 nəfərin ölümü qeydə alınıb

10 İyul 2020, 14:34 (GMT +4)
Trampın fikrincə Baydenin "beyni yuyulub"

10 İyul 2020, 14:30 (GMT +4)
DYP: 1 440 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

10 İyul 2020, 14:14 (GMT +4)
ABŞ generalı: Rusiyanın Talibanla əlbir olması barədə məlumatlar təsdiqlənsə müvafiq tədbirlər görüləcək 

10 İyul 2020, 14:05 (GMT +4)
AERA bu il 431 texniki yoxlama aparıb

10 İyul 2020, 13:43 (GMT +4)
Çin Qazaxıstanda "ölümcül sətəlcəmin" yayıldığı iddia edir

10 İyul 2020, 13:30 (GMT +4)
Vüsal Qasımlı: Dövlət 1,5 mlrd. manatlıq kredit portfelinə subsidiya və zəmanət verəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66