Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Azexport”-a 7 ayda daxil olmuş sifarişlərin dəyəri açıqlanıb

23 Avqust 2017, 14:33 (GMT +4)

Bakı, 23 avqust, SalamNews"Azexport"a 7 ayda 53 ölkədən 264 milyon dollar ixrac sifarişi daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən SalamNews-a bildiriblər ki, bu barədə qurumun "İxrac İcmalı"nın avqust ayı üçün təqdim olunmuş sayında qeyd olunub. İcmalda göstərilir ki, 2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac olub. İxrac əməliyyatlarında 1333 subyekt iştirak edib. Bu ilin 7 ayı ərzində qeyr-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistanın adı var.

Yeddi aylıq məlumatlarının təhlilindən aydın olub ki, qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin 7 ayı ərzində pambıq lifi ixracı 8,3 dəfə, elektrik enerjisi 3,2 dəfə, çay 60 faiz, meyvə-tərəvəz 42 faiz, kimya sənayesi məhsulları 30 faiz, alüminium və ondan hazırlanan məmulatlar 29 faiz, spirtli və spirtsiz içkilər 26 faiz, plastmassa və onlardan hazırlanan məmulatlar 12 faiz artıb.

Bu ilin iyul ayına gəldikdə isə qeyd edək ki, ötən ay qeyri-neft sektoru üzrə 459 subyekt tərəfindən 117 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları həyata keçirilib. Azexport.az portalının qeyri-neft sektoru üzrə ixraca töhfə verməsinə gəlincə isə "İxrac İcmalı"nda qeyd edilir ki, 2017-ci ilin 7 ayı ərzində Azexport.az portalına dünyanın 53 ölkəsindən 264,3 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Azexport.az portalına iyul ayında daxil olan ixrac sifarişlərinin dəyəri iyun ayı ilə müqayisədə 15 faiz çox olub. Belə ki, Azexport.az portalına 2017-ci ilin yanvar ayında 48, fevral ayında 6,5, mart ayında 27, aprel ayında 29,9, may ayında 19, iyun ayında 62,3 və iyul ayında 71,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (19 faiz) ilə yanaşı Ukraynanın (7,8 faiz), Türkiyənin (7,4 faiz), ABŞ-ın (4,8 faiz) və Səudiyyə Ərəbistanının (4,8 faiz) adı var.

2017-ci ilin iyul ayında Azexport.az portalına ilk dəfə Qətər, Tanzaniya və Ekvador kimi ölkələrdən sifarişlər daxil olub. İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıc, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və sair tələbat böyükdür.

Bu məhsullar içərisində mahlıca, pambıq lifinə, almaya, fındıq ləpəsinə, toyuq ətinə müxtəlif ölkələrdən daxil olan sifarişlərin hər birinin dəyəri ayrı-ayrılıqda bir milyon ABŞ dollarından çox olub.

Həmçinin "İxrac İcmalı"nın bu sayında pambıqçılığın inkişafı qeyri-neft sektoru üzrə ixracın artmasına töhfəsi, Azexport.az portalı vasitəsilə Azərbaycan mallarının "Amazon.com" portalında yerləşdirilməsi, Gömrük Bəyannamələrinin Rəqəmsal Ticarət Qovşağı vasitəsilə doldurulması, Eskrou xidmətindən istifadə imkanları, pambıq və tütün məhsullarının istehsalı, emalı və ixracı ilə məşğul olan şirkətlər barədə məlumatların Azexport.az portalında yerləşdirilməsi barədə də ətraflı məlumatlar əksini tapıb.

"İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

http://iqtisadiislahat.org/store//media/documents/ixrac_icmali/avqust/ExportReview_2017-5.pdf


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Azexport” portalı “Rəqəmsal ödənişlərin inkişafı” mövzusunda təlim keçirib  

21 May 2019, 18:10 (GMT +4)
Aİ-nın nümayəndələri Mingəçevirdə tvininq layihəsinin nəticələri ilə tanış olublar

21 May 2019, 18:03 (GMT +4)
Azərbaycan buğda idxalını 28% artırıb

21 May 2019, 17:58 (GMT +4)
London və Doha Körfəz bölgəsindəki vəziyyəti müzakirə edib

21 May 2019, 17:50 (GMT +4)
“Səngəçal” Elektrik Stansiyasında itirilmiş 62 meqavat güc bərpa edilib

21 May 2019, 17:43 (GMT +4)
“Azərsığorta”nın fəaliyyətinə məhdudiyyət aradan qaldırılıb

21 May 2019, 17:36 (GMT +4)
Kibertəhlükəsizlik üzrə Gənclər Seminarı keçirilib

21 May 2019, 17:30 (GMT +4)
Qazaxda satış məqsədi ilə daşınan ölü heyvan aşkarlanıb (FOTO)

21 May 2019, 17:29 (GMT +4)
Lisey və gimnaziyalara qəbulla bağlı müsahibə başlayıb

21 May 2019, 17:26 (GMT +4)
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib

21 May 2019, 17:21 (GMT +4)
Zelenski 32 dollar məbləğində cərimə ödəyib

21 May 2019, 17:14 (GMT +4)
Aprelin 14-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

21 May 2019, 17:05 (GMT +4)
Ölkədə 4 ayda 224,8 milyon manatlıq hazır metal məmulatı istehsal olunub

21 May 2019, 17:04 (GMT +4)
Ukraynada Poroşenkoya qarşı cinayət işi açılıb

21 May 2019, 16:53 (GMT +4)
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar

21 May 2019, 16:51 (GMT +4)
Avropa İrana görə ABŞ-ın çox ciddi təzyiqi ilə üz-üzədir – Fransa

21 May 2019, 16:45 (GMT +4)
Azərbaycanda III Robot Olimpiadası keçiriləcək

21 May 2019, 16:39 (GMT +4)
Bakı Şəhər İcra Hakimiyyəti “Tarqovı”nın bağlanmasına rəsmi münasibət bildirib

21 May 2019, 16:38 (GMT +4)
Mətbuat Şurası Avropa Liqasının final oyunu ilə bağlı bəyanata cavab hazırlayır

21 May 2019, 16:32 (GMT +4)
Vergilər nazirinin müavini Qusarda vətəndaşlarla görüşəcək

21 May 2019, 16:30 (GMT +4)
Misir ordusu ölkənin şimalında 16 silahlını zərərsizləşdirdiyini bildirib

21 May 2019, 16:22 (GMT +4)
Aqrar Xidmətlər Agentliyinin əsasnaməsi təsdiqlənib

21 May 2019, 16:15 (GMT +4)
Vergi Məcəlləsindəki dəyişikliklər biznes və iş adamları tərəfindən müsbət qarşılanıb

21 May 2019, 16:08 (GMT +4)
“Nar” gənclər üçün iş imkanları təklif etməkdə davam edir

21 May 2019, 16:05 (GMT +4)
Kreml  Zelenskinin Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi istəyini şərh edib

21 May 2019, 16:00 (GMT +4)
Birinci vitse-prezident Bakının Kürdəxanı qəsəbəsində olub

21 May 2019, 15:50 (GMT +4)
Şəkidə Beynəlxalq Keramika Simpoziumun açılış mərasimi keçirilib (FOTOLAR)

21 May 2019, 15:50 (GMT +4)
Azərbaycan Prezidenti: Pensiyaların, əməkhaqlarının, müavinətlərin artırılması gündəlikdə duran məsələlərdən biridir

21 May 2019, 15:44 (GMT +4)
Aİİ-də “Quran mətni islahatçılıq qaynağı kimi” mövzusunda seminar keçirilib

21 May 2019, 15:20 (GMT +4)
ETSN-də Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri ilə görüş olub

21 May 2019, 15:13 (GMT +4)
Səudiyyə turistlərini Türkiyəyə səfərə getməməyə çağırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66