İŞİD İspaniyanı yeni terror hücumları ilə hədələyib 24 Avqust 2017, 11:52 (GMT +4) Bakı, 23 avqust, SalamNews. İŞİD-in terror dəstələrindən biri İspaniyanı yeni terror hücumları ilə hədələyən video yayıb.
SalamNews-un xəbərinə görə, "El Pais” qəzeti bu videoyazıdan hissələr dərc edib.
Videoda Əbu Lais əl-Kurdubi kimi qələmə verilən şəxs deyir: “Allahın iznilə, Əndəlus yenidən xəlifə torpağı olacaq. Cihad sərhəd tanımır. Cihad siz olan yerdədir. İspaniya məsihiləri, ispan inkvizisiyası zamanında tökdüyünüz müsəlman qanını unutmayın!"
Xatırladaq ki, avqustun 17-də furqon Barselonanın piyadalar üçün olan Rambla küçəsində insan kütləsinin üstünə sürülüb. Daha sonra Kambrilsdə naməlum şəxslər maşınla küçənin piyadalar üçün nəzərdə tutulmuş hissəsinə girməyə cəhd ediblər.
15 nəfərin ölümü, 130 nəfərin xəsarət alması ilə nəticələnən bu hadisələrlə bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.
|