Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bakı Telefon Rabitəsi MMC “Təhlükəsiz internet” xidmətini istifadəyə verib

24 Avqust 2017, 16:36 (GMT +4)

Bakı, 24 avqust, SalamNews. “Baktelecom” bu gündən etibarən “Bakinternet” istifadəçiləri üçün “Təhlükəsiz İnternet” xidmətinin tətbiqinə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən SalamNews-a bildirilib ki, bu filtrasiya xidməti vasitəsilə bütün yaş kateqoriyasına aid istifadəçilər hər növ təhlükəli məzmunlardan qoruna biləcəklər. Beləliklə, internetdən istifadə edən hər kəs bank hesablarını ələ keçirən onlayn qumar oyunları, spirtli içki, tütün və narkotik maddələri təbliğ edən saytlara girişi bloklamaqla, öz şəxsi məlumatlarını kibercinayətkar şəbəkələr və digər fişinqlərdən qorumaq imkanı əldə edəcək. Həmçinin səmərəliliyin artırılması məqsədilə təhlükəsiz internet xidmətini iş yerlərində də tətbiq etmək mümkündür.

Geniş seçim imkanı təqdim edən xidmət sayəsində valideynlərin azyaşlılara psixoloji zərər yetirə biləcək cinayətkarlıq, zorakılıq, irqçilik, diskriminasiya, ekstremizm və sair təbliğ edən oyun və filmlərin daxil olduğu resurslara nəzarəti güclənəcək.

Təhlükəsiz internet xidmətindən istifadə çox sadədir. Belə ki, istifadəçi www.baktelecom.az saytının “Şəxsi kabinet” bölməsinə daxil olaraq “Təhlükəsiz internet” xidmətinə qoşula bilər. Xidmətə qoşulduqdan sonra təqdim olunmuş siyahıdan təhlükəli hesab edilən kontentləri “qara siyahı”ya daxil edərək, istifadəni məhdudlaşdırmaq mümkündür. Həmçinin istənilən zaman filtri deaktiv edərək, “qara siyahıya” daxil edilən resursu aktivləşdirmək də olar.

İstifadəçilər bu xidmətə qoşulmaq üçün aidiyyəti telekommunikasiya qovşaqları və “Şəbəkə” xidmət mərkəzlərinə də müraciət edə bilərlər. Ətraflı məlumat üçün 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

14 Noyabr 2019, 16:15 (GMT +4)
İraq polisi 1648 etirazçını sərbəst buraxıb

14 Noyabr 2019, 16:12 (GMT +4)
Türkiyə amerikan əsilli İŞİD terrorçusunu ABŞ-a deportasiya edir

14 Noyabr 2019, 15:53 (GMT +4)
"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

14 Noyabr 2019, 15:45 (GMT +4)
Hərbi Dəniz Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir

14 Noyabr 2019, 15:34 (GMT +4)
Morales ölkəsindəki çevrilişdə ABŞ-ı ittiham edib

14 Noyabr 2019, 15:21 (GMT +4)
İlk dəfə olaraq Rusiya Suriyanın şimal-şərqində havadan müdafiə sistemləri yerləşdirib

14 Noyabr 2019, 15:05 (GMT +4)
Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:04 (GMT +4)
Polşada müsəlmanlara qarşı hazırlanan terror hücumlarının qarşısı alınıb

14 Noyabr 2019, 14:57 (GMT +4)
Azərbaycanın bu universitetində dəyəri 5 min manatdan baha olan əl işi sərgilənir (FOTO)

14 Noyabr 2019, 14:50 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

14 Noyabr 2019, 14:37 (GMT +4)
İraqın şimalında 8 PKK terrorçusu məhv edilib

14 Noyabr 2019, 14:31 (GMT +4)
Peyğəmbərin mövluduna görə İranda 3552 məhbus əfv edilib

14 Noyabr 2019, 14:30 (GMT +4)
“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

14 Noyabr 2019, 14:19 (GMT +4)
Boliviyada kütləvi etiraz aksiyaları qurbanlarının sayı artır

14 Noyabr 2019, 14:16 (GMT +4)
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib

14 Noyabr 2019, 14:04 (GMT +4)
Bir qrup şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

14 Noyabr 2019, 13:50 (GMT +4)
Tusk Rusiyanı AB-nin "strateji problemi" adlandırıb

14 Noyabr 2019, 13:42 (GMT +4)
İntensiv aksiyalardan sonra Küveyt hökuməti istefa verib

14 Noyabr 2019, 13:38 (GMT +4)
Vilayət Eyvazov Fransa səfirini qəbul edib

14 Noyabr 2019, 13:18 (GMT +4)
İsveçdə 30 il gizlənən "cəllad" həbs edilib

14 Noyabr 2019, 13:10 (GMT +4)
Türkiyədə sursat anbarında baş verən partlayışlarda 16 hərbçi yaralanıb

14 Noyabr 2019, 13:04 (GMT +4)
Azərbaycanın Energetika naziri Qazaxıstana səfər edəcək

14 Noyabr 2019, 13:00 (GMT +4)
KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib

14 Noyabr 2019, 12:41 (GMT +4)
Ərdoğan Trampın məktubunu ona qaytarıb

14 Noyabr 2019, 12:30 (GMT +4)
AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb

14 Noyabr 2019, 12:23 (GMT +4)
İranın cənub şərqində avtoqəza nəticəsində 28 nəfər həyatını itirib

14 Noyabr 2019, 12:14 (GMT +4)
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib

14 Noyabr 2019, 12:03 (GMT +4)
Quaydonun tərəfdarları Venesuelanın Braziliyadakı səfirliyini işğal ediblər

14 Noyabr 2019, 11:55 (GMT +4)
UNESKO Baş Konfransında Azərbaycan nümayəndə heyəti erməni yalanlarını ifşa edib

14 Noyabr 2019, 11:42 (GMT +4)
ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66