Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məktəbəhazırlıq qruplarına qəbul üçün 12 mindən artıq uşaq qeydiyyatdan keçib - BŞTİ

25 Avqust 2017, 17:40 (GMT +4)

Bakı, 25 avqust, SalamNews. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 12 633 ərizənin onlayn qeydiyyatı (25.08.2017-ci il tarixinə saat 17.00-a olan məlumata əsasən) aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) SalamNews-a verilən məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Avqustun 15-dən həyata keçirilən məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 20-dək aparılacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” məktəbə təqdim olunmalıdır.

Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə müvafiq qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsi işə qəbul elan edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyinat olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müdir təyinat edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi son statisik məlumatları açıqlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 9161 müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ötən ay 6 989 müraciət daxil olub

Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsində 4 852 müraciətə baxılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məktəb-Lisey Kompleksində olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi IV könüllülük proqramına start verib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab verilib

SOCAR-ın Ekologiya İdarəsi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi əməkdaşlıq sazişi imzalayıblar

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 25 yeni layihəyə start verir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi gəncləri könüllü əməkdaşlığa dəvət edir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi növbəti səyyar qəbulun vaxtını açıqlayıb

22 Avqust 2019, 18:01 (GMT +4)
Dövlət İmtahan Mərkəzinin hazırlıq kurslarına qeydiyyat davam edir

22 Avqust 2019, 17:57 (GMT +4)
Egey dənizində təxminən bir ton ağırlığında beş metrlik köpək balığı tutulub

22 Avqust 2019, 17:55 (GMT +4)
“Nəqliyyat Agentləri” könüllülük proqramının iştirakçıları üçün təlim keçirilib

22 Avqust 2019, 17:53 (GMT +4)
Rəsmi Moskva Xan-Şeyxunun azad edilməsinə münasibət bildirib

22 Avqust 2019, 17:41 (GMT +4)
“Azərişığ"ın rəhbərliyi  Qərb bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib

22 Avqust 2019, 17:41 (GMT +4)
Bərdədə top mərmisi tapılıb (FOTO)

22 Avqust 2019, 17:31 (GMT +4)
Taxta bazarındakı yanğında FHN-nin iki əməkdaşı xəsarət alıb

22 Avqust 2019, 17:25 (GMT +4)
BMT-in Yəmən üzrə rəsmisi husilərin lideri ilə görüşüb

22 Avqust 2019, 17:23 (GMT +4)
Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22 Avqust 2019, 17:12 (GMT +4)
“Kənddən Şəhərə” yarmarkası davam edir

22 Avqust 2019, 17:11 (GMT +4)
Çində güclü yağışlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb

22 Avqust 2019, 17:01 (GMT +4)
Magistraturanın boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı sabah başa çatır

22 Avqust 2019, 16:50 (GMT +4)
“Azəriqaz”: Ölkədə qazlaşdırma səviyyəsi ümumilikdə 96%-ə yaxınlaşır

22 Avqust 2019, 16:36 (GMT +4)
Bakıda taxta bazarı yanır (FOTO/VİDEO)

22 Avqust 2019, 16:30 (GMT +4)
XİN: Rusiya İdlib üzrə Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcək

22 Avqust 2019, 16:22 (GMT +4)
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədi ilə aparılan işlərin təqdimatı olub

22 Avqust 2019, 16:17 (GMT +4)
Suriya Ordusu tərəfindən mühasirədə qalan Türkiyə post patrul mövqeyinə atəş açılıb

22 Avqust 2019, 16:13 (GMT +4)
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

22 Avqust 2019, 16:13 (GMT +4)
Türkiyədə ilin əvvəlindən 635 terrorçu zərərsizləşdirilib

22 Avqust 2019, 15:52 (GMT +4)
Bakı polisi avtomobillərinə səsgücləndirici quraşdıran sürücülərə çağırış edib

22 Avqust 2019, 15:40 (GMT +4)
Belçika millətçiləri Trampa Valoniyanı 1 avroya almağı təklif edirlər

22 Avqust 2019, 15:20 (GMT +4)
ABŞ-ın təzyiqlərindən sonra Paraqvay HƏMAS və Hizbullahı terror təşkilatı elan edib

22 Avqust 2019, 15:10 (GMT +4)
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

22 Avqust 2019, 15:10 (GMT +4)
Ukraynanın ABŞ-dakı səfirliyi G7 liderlərinə müraciət edib

22 Avqust 2019, 14:57 (GMT +4)
Zaqatalada bir həftə əvvəl ağacdan yıxılan kişi xəstəxanada ölüb

22 Avqust 2019, 14:47 (GMT +4)
Nazir müavini: bütün vasitələrdən istifadə etməklə yanğınların söndürülməsinə çalışırıq

22 Avqust 2019, 14:31 (GMT +4)
Məhəmməd Cavad Zərif: Müharibəni başladan biz olmayacağıq 

22 Avqust 2019, 14:23 (GMT +4)
Avropa İttifaqı Rusiyanın G8-ə qayıtmasına qarşı çıxır

22 Avqust 2019, 14:18 (GMT +4)
Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

22 Avqust 2019, 14:08 (GMT +4)
ETSN: Ağac kəsən şəxs cəzalanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66
12